Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Əli Kərimlinin iqtidar olması fəlakətli olar”

“Əli Kərimlinin iqtidar olması fəlakətli olar”
Aqressiv müxalifət daxilində baş verən olaylar səngimək bilmir. Müsavatla AXCP arasındakı "Milli Şura" davası hər gün daha da kəskinləşir. Partiyaların funksionerləri mətbuatda, sosial şəbəkələrdə qarşılıqlı ittihamlardan ağır sözlərə keçiblər. Müsavat moratorium elan etsə də, hər iki partiyanın üzvləri keçmişdə baş verən hadisələri vərəqləyib bir-birlərinin üstünə yeriyirlər.

Dünən isə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu daha kəskin ifadələrlə demək olar ki, körpüləri tamamilə yandırıb. Onu da əvvəlcədən qeyd edək ki, hər gün bu iki partiyaya məxsus mətbu orqanlarda, sosial şəbəkələrdə təhqir, ittiham, hədə-qorxu, söyüşlər davam etməkdədir. AXCP-çilərin Rauf Arifoğlunun ünvanına söylədiyi ağır ittihamlar çoxluq təşkil etməkdədir. R.Arifoğlunun son qeydləri isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya xitabən yazılıb. Amma bu qeydlər demək olar ki, Müsavatla AXCP arasında olan-qalan münasibətin də üstündən xətt çəkir. "Facebook" səhifəsində ona qarşı edilən hücumlara cavab verən baş redaktorun yazdıqlarından: "Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin Azərbaycanda iqtidar olmasını istəmirəm. Əli Kərimlinin iqtidar olması ölkəm üçün daha fəlakətli olardı. "Milli Şura"nı və bu modeli ilk gündən Azərbaycan siyasətinin fəlakəti, müxalifətin bitirilməsi layihəsi saymışam. Kimdən nə yazmağı qəzet redaktoru və qəzetin rəhbərliyi müəyyən edir, daha ona düşmən olan bir düşərgənin tərəfdarları yox. İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə? Azərbaycan yazıq deyilmi?"


 


R.Arifoğlu bildirib ki, siyasi maraqlar zamana, vəziyyətə, başqa meyarlara görə dəyişir. Sabah da dəyişəcək. Bu baxımdan, hələ qəti bir qənaət demək tezdir, kim haradadır, kim kimdir, kim kim olacaq: "Allah Azərbaycanı Əli Kərimlinin zombi dəstəsindən hifz eləsin" - deyən baş redaktor bir daha dağıdıcı müxalifətin iç üzünü göstərmiş olub.


 


Dünən demək olar ki, adıçəkilən qəzetdə AXCP və onun sədri Əli Kərimli ilə bağlı bir neçə yazı dərc olunub. Hər bir məqalədə bu partiyaların funksionerlərinin bir-birlərinə qarşı olan ədavətləri, xəyanətləri qeyd olunub. Bir yazıda isə qeyd edilir ki, bu ölkədə nə qədər Əli Kərimli kimi siyasətçilər var, demokratiya olması mümkün deyil. Digər yazıda isə AXCP-çilər Azərbaycanın "taliban"ları kimi qələmə verilib. "Azadlıq" qəzeti isə Müsavatın olmayan "Milli Şura"dan getməsini xəyanət adlandıranlara meydan verir. AXCP-çilər sanki axtarışa çıxıblar və harada bir müsavatçı öz partiyasının bu qərarını pisləyirsə onu özləri tərəfə çəkməyə çalışırlar.


 


Dünən "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev isə müsavatçıları ağır təhqir edib. O, Müsavat funksioneri Tural Abbaslının "Eldəniz Quliyev gündəmdə qalmaq üçün min oyundan çıxır. Hər boş sözü danışır. Belə güman edirəm ki, heç özü də nə danışdığını bilmir" fikirlərinə münasibət bildirərkən kəskin sözlər işlədib. E.Quliyev "facebook" səhifəsində yazıb: "Müsavat funksionerləri, ələlxüsus, partiyanın bəzi gəncləri KİV səhifələrində, sosial şəbəkələrdə və s. məsuliyyətsiz, bir çox hallarda isə elementar tərbiyədən uzaq fikirlər səsləndirirlər. Tural Abbaslı isə az qala küçə uşağı tək, mənim ünvanıma təhqir və söyüşlər yağdırır. Mən bu haqda Müsavatın rəhbərliyinə dəfələrlə öz iradlarımı bildirmişəm. Amma görünür, başqan üzvlərinin bu sayaq mərifətsizliyini normal qəbul edir. Buna, əlbəttə ki, təəssüflənməkdən savayı özgə çarə qalmır. Az qala babası yaşında bir adama "gündəmdə qalmaq üçün min oyundan çıxır..." deyən birisinə ancaq və ancaq bir cavab ola bilər: hər halda, gündəmdə qalmaq sənin və sənin partiyadaşlarının gündəyməzdə qalmağından yaxşıdır!". Bu da dağıdıcı müxalifətin ağsaqqalının söylədiyi fikirlər.


 


Bütün bunlar destruktiv müxalifətin daxilində baş verən hadisələrin xoşəgəlməz sonluqla bitəcəyindən xəbər verir. Bir neçə ay öncə əl-ələ verib icazəli-icazəsiz mitinqələrdə "vahid namizəd" seçdikləri Cəmil Həsənliyə dəstək verənlər, hakimiyyətə gəlmək iddiasında olanlar indi bir-birinə ikiüzlü, satqın, zombi dəstəsi, Azərbaycanın "taliban"ları deyirlər. Çox güman ki, bu siyasi şou hələ bir müddət davam edəcək.


    ("Azərbaycan " qəzeti)

Teqlər:
Bu xəbər cəmi 2900 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR