Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Günahdan qorxmayanlar!

Günahdan qorxmayanlar!
Bir az əvvəl dostlarımdan biri dedi ki oxumusan Asəf Quliyev adında bir adam yazı yazıb adını da belə qoyub. “Qənirə Paşayeva dedi mənə zəng vur”. Açıb oxudum şəhid ailələrinin problemlərindən yazan bu adam yazının sadəcə sonunda Sabirabad rayonunda şəhid Pərvin Abdullayevin anası ilə söhbətini yazır və bizim bir neçə il əvvəl şəhidin yas yerində iştirak etməyimizə toxunur. Şəhid ailəsinin problemləri olduğunu yazandan sonra yazını ananın dilindən belə bitirir. “Ehtiyacım olanda da kiməsə ağız açmağa utanıram. Qənirə Paşayeva telefon nömrəsini verdi, dedi, nə sözün olsa, zəng elə. Bir dəfə zəng elədim. Telefona cavab vermədi. Daha zəng vurmadım....”


Bəli, əziz dostlar bu Asəf Quliyev adlı şəxs də şəhid ailəsinin telefon zənginə bir dəfə nə zamansa cavab verə bilmədiyimə görə (Mən bunu da araşdıracam hələ nə qədər dəqiq faktdır) dolayısı ilə məni şəhid ailəsinə biganəlikdə günahlandırır. Sadəcə ayıbdır, günahdan qorxmursansa Allahdan qorx Asəf Quliyev deyirəm. Bəli, mən hətta seçici dairəmə daxil olmasa da o şəhidin yasında iştirak etmişəm və ümumiyyətlə hər zaman çalışmışam ki, hansı rayonda olursa olsun bütün şəhidlərimizin yasında iştirak edim və bunu özümə borc hesab etmişəm. Mən bilmirəm sizə özünüz şəxsən o yasda iştirak etmişdiniz ya yox amma mən oraya getməyi və ailənin yanında olmağı özümə borc bilmişdim. Bəli, həmin anaya telefon nömrəmi də vermişdim. Səhv etmişdim? Bəli, demişdim ki, problemin olsa övladın kimi çəkinmədən mənə zəng et. Səhv etmişdim? Mən Asəf Quliyevin sadəcə məntiqini anlamadım.. Ana deyir ki, utanıram kiməsə müraciət etməyə bir dəfə Qənirə xanıma zəng etdim telefonu cavab vermədi daha zəng etmədim. Mən sadəcə aylar sonra həmin ailənin bir dəfə telefon zənginə cavab verə bilməmişəm deyə Asəf Quliyev məni ittiham edir. (Bir daha araşdıracam hələ nə qədər dəqiq faktdır). Onun diqqətinə çatdırıram ki, o vaxtını mətbuat səhifələrində kimlərəsə sataşmaqla keçirəndə mən xarici ölkələrdə elə o şəhid ailələrini də ciddi narahat edən Qarabağ problemi ilə bağlı tədbirlərdə oluram və həmin zaman telefon nömrələrimiz rominq deyilən sistemdə olur və bir çox hallarda gələn nömrələr görünmür. Toplantılar, görüşlər zamanı telefon zənglərinə cavab vermək olmur və nömrələr gizli gəldiyi üçün sonradan onlara cavab da vermək də olmur. Bunu hər kəs gözəl bilir.. Şəhid ailəmiz gərək ikinci dəfə zəng edəydi və ya məsaj göndərəydi. Yox əgər onlara cavab verməsəydim o zaman Asəf Quliyevin nəsə yazmaq kimi mənəvi haqqı olardı. İkincisi məktub göndərmək olardı, deputat köməkçisinə zəng edilərək məlumat verilə bilərdi. Bunların heç biri olmayıb və sadəcə bir zəngə cavab verilmədiyinə görə bu qədər ədalətsiz, haqsız, mənəviyyatsız ittiham irəli sürülür. Sizi ölənə qədər bağışlamayacağam Asəf Quliyev! Çünki siz mənə mənim üçün ən həssas məsələdə bu qədər ədalətsizlik etdiniz. Başqa hansı məsələ olsa idi sizi bağışlayardım amma mənim üçün çox həssas məsələdə bu qədər haqsızlığınızı bağışlamayacağam. Unutmayın, bu ölkədə kimin kim olduğunu bilənlərin sayı sizin kimilərindən daha çoxdur ..



Və sonda əgər siz gerçəkdən səmimi olaraq şəhid ailələrini düşünən biri olsaysınız siz özünüz o ailənin problemini dinlədikdən sonra mənə müraciət edərək bu barədə məlumat verə bilərsiniz. Amma siz bunu etmədiniz. Demək ki, məqsədiniz sadəcə sataşmaq, ləkələməkdir.. Amma yalan ayaq tutar yeriməz deyiblər...



Sizə cavab yazmaya da bilərdim amma bir dostum iki gün əvvəl gözəl bir söz dedi. Mədəniyyət və tərbiyənə görə kimlərəsə cavab vermədikcə elə bilirlər onlardan qorxursan və bir az da fəallaşırlar dedi. Sözümü dedim bundan sonra nə qədər istəyirsiniz şər-böhtan yazın.. Bundan sonrası Allah əmanət. Allah özü sizə daha layiqli cavabı versin!


Teqlər:
Bu xəbər cəmi 2470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR