Azərbaycan futboluna böyük itki üz verib. SSRİ dövründə “Neftçi”nin heyətində çıxış etmiş Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişib.
1949-cu ildə anadan olan futbol veteranı 1972-1978-ci illər ərzində “ağ-qaralar”ın formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Qulamov Bakı klubunun heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib.
SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb. Allah rəhmət eləsin!