Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tamaşada Özbəkistanın mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Tamaşanın bədii rəhbəri və baş rejissoru Sergey Kapriyelovdur. Əsas rollarda Özbəkistanın xalq Artisti Z.Solovyova, T.Kərimov, Q.Samıkova, D.Tuxtanazarov, M.İskəndərov və digər tanınmış aktyorlar yer alıb. Qeyd edək ki, “Arşın mal alan" ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki "Kollizey" teatrında tamaşaya qoyulub.