Fevralın 22-də Türkiyənin Qaziantep şəhərindəki “Sanko” incəsənət qalereyasında azərbaycanlı rəssam və heykəltəraş Məhəmməd Əliyevin fərdi sərgisi açılacaq.
1952-ci ildə Bakıda anadan olmuş M.Əliyev 1973-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə Sankt-Peterburq Dövlət Rəsm Akademiyasının dulusçuluq fakültəsini bitirib.
1985-ci ildə Sankt-Peterburqda ilk fərdi sərgisini açan, 1986-cı ildə isə SSRİ Rəssamlar İttifaqının üzvü seçilən rəssamın əsərləri daha əvvəl ABŞ, İngiltərə, Avstriya, Almaniya, Fransa, Rusiya və Türkiyədə nümayiş olunub.
M.Əliyevin əsərləri modernist üslubu ilə müəllifinə şöhrət gətirib. Çoxşaxəli bir sənətçi olan həmyerlimiz həm rəssam, həm heykəltəraş, həm də keramikaçıdır.
M.Əliyev Qaziantep Universitetində müəllimlik fəaliyyəti ilə də məşğul olub.
Rəssamın sərgisi martın 8-dək davam edəcək.