F.Xəlilov Publika.Az-a açıqlamasında deyib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Yazılan məlumatlar tamamilə yalan və cəfəngiyatdır. Hazırda Zakir müəllim Abşeronda iş başındadır, o heç yerə getməyib”.
Xatırladaq ki, bir sıra mətbu orqanlarda Bakı meri Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə xəbərlər yayılıb. Hətta, onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun gətiriləcəyi gözlənilir.