Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Eldar Namazovun vəzifəsi Heydər Əliyevin qovluqlarını daşımaq olub”

“Eldar Namazovun vəzifəsi Heydər Əliyevin qovluqlarını daşımaq olub”
“Yeni Azərbaycan” qəzetindən Eldar Namazova ağır ittihamlar «Yeni Azərbaycan» qəzeti “El” Hərəkatının lideri Eldar Namazov haqqında tənqidi məqalə yayıb. Teleqraf.com həmin məqaləni təqdim edir: Eldar Namazov reneqatdırmı?


Vaxtilə hakimiyyətdə təmsil olunmuş, sonra isə ya istefa vermiş, ya da vəzifədən uzaqlaşdırılmış şəxslərin müxalifət düşərgəsi ilə təmasları cəmiyyətdə heç zaman birmənalı qarşılanmayıb. Onlar bir tərəfin etimadını itirdikdən sonra digər tərəfə yarınmağa çalışsalar da, yalnız siyasi maraqların reallaşdırılması üçün vasitə rolunu oynamaqdan uzağa getməyiblər. Təsadüfi deyil ki, Azərbaycan mediası da dönük şəxsləri ciddi qəbul etmir, onlara reneqat damğası vurur. Ancaq siyasiləşmiş mətbuatda həm də belələrinin reabilitasiyasına cəhdlər müşahidə edilir. Bu mənada “Yeni Müsavat” qəzetinin 17 fevral 2013-cü il tarixli sayında dərc olunmuş “Siyasətdə romantika və reallıqlar” başlıqlı məqalədə vaxtilə hakimiyyətdə yüksək postlar tutmuş, sonra isə müxalifətçilik eşqinə düşmüş bəzi şəxslərin, konkret olaraq Lalə Şövkət Hacıyevanın və Eldar Namazovun reneqat olub-olmadıqlarının araşdırılması maraq doğurur.



Məsələnin mahiyyətinə keçməzdən əvvəl məqalədə əks olunmuş bəzi fikirlərin səmimiliyi barədə bir neçə söz demək istərdik. Birincisi, bu məqalə adı çəkilən şəxslərə uğursuz bəraət qazandırmaq cəhdidir. Çünki əgər onlar həqiqətən də iddia olunduğu kimi, “qətiyyət və mübarizliyi ilə seçilən müxalifət nümayəndələri” olsaydılar, belə primitiv müdafiəyə ehtiyacları olmazdı. L.Ş.Hacıyevanın seçkidən-seçkiyə hakimiyyətə “yumruq silkələməsi”, Eldar Namazovun isə uzun illər xidmət etdiyi iqtidara qarşı çıxması, üzdə müxalifətçilik etməsi, arxada isə müxalifəti məsxərəyə qoyması “qətiyyət və mübarizlik” kimi xarakterizə oluna bilərsə, onda müəllifin səmimiliyi ciddi müzakirə obyektidir. Müxalifət həmişə hakimiyyətdən uzaqlaşdırılmış şəxsləri öz tərəfinə cəlb etmək istəyib və müxalifət mətbuatı onları “ağartmağa” çalışıb. Cəmiyyət isə gözlərinin qarşısında baş verən hadisələrin belə kobud şəkildə təhrif edilməsini, müxalifət mətbuatının tənqid hədəfi olan adamları bayağı təriflərlə ucaltmaq cəhdlərini heç vaxt normal qəbul etməyib. İkincisi, iqtidar mətbuatını “qara piar” kampaniyası aparmaqda, birtərəflilikdə ittiham edən müəllif bir az da müxalifət jurnalistlərinə öz “dəyərli tövsiyələrini” versəydi, daha səmimi görünərdi. Hər gün məmurları “toqquşduran”, çayxanalarda oturub “şok başlıqlar” uyduran, kolun dibində də “qiyam”, “xalq hərəkatı” axtaran jurnalistlərin peşəkarlığa daha böyük ehtiyacları var.



L.Ş.Hacıyeva 1994-cü ildə istefa verəndə öz qərarının səbəbləri barədə cəmiyyətə açıqlama verdi. Onun dediklərini qəbul edənlər də oldu, etməyənlər də. Amma insanlar hər halda ortada bir mövqe gördülər. Eldar Namazov isə Vəfa Quluzadə və Tofiq Zülfüqarovla birlikdə bu addımı atdı, lakin onların heç biri bu günə kimi istefalarının səbəbləri barədə heç nə deməyiblər. İndi müəllif iddia edir ki, E.Namazov “1999-cu ildə İstanbul sammitində supergüclər tərəfindən Qarabağın Azərbaycandan alınması cəhdlərinə etiraz olaraq Prezident Katibliyinin rəisi, Prezidentin köməkçisi vəzifələrindən istefa verdi”. Üstəlik, sən demə, E.Namazov Prezidentin köməkçisi kimi xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələlərini kurasiya edirmiş.



Razılaşaq ki, Dağlıq Qarabağın müqəddəratı bütün dönəmlərdə həm hakimiyyət, həm də bütövlükdə cəmiyyət üçün ən birinci, əsas məsələ olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif siyasi, iqtisadi və digər faktorlardan istifadə etməklə beynəlxalq ictimaiyyətin rəyini və mövqeyini Azərbaycanın xeyrinə dəyişdirmək, güclü ermənipərəst qüvvələri neytrallaşdırmaq Ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi strategiyanın əsas hədəflərini təşkil edib. O da faktdır ki, müxtəlif xarici güc mərkəzləri bu məsələni ermənilərin xeyrinə həll etmək istəyiblər və bu cəhdlər hələ də davam edir. Əgər Eldar Namazov hakimiyyətdə bununla bağlı hansısa yanlış mövqe görüb istefa versəydi, onu başa düşmək olardı. Amma “supergüclər tərəfindən Qarabağın Azərbaycandan alınması cəhdlərinə etiraz olaraq” istefa vermək, yəqin ki, siyasət aləmində nonsensdir. Bu, elə Eldar Namazovun “siyasi çəkisini” göstərən bir faktdır. Eldar Namazovun kurasiyasında olan məsələlərə gəldikdə...



Nə qədər gülünc görünsə də, belə çıxır ki, dövləti elə o, idarə edib. Bu, hakimiyyəti hər şeyə görə tənqid edən müxalifətin Eldar Namazovu məhşər ayağına çəkib ittihamlarını ona yönəltməsi üçün göydəndüşmə şansdır. Məsələyə ciddi yanaşdıqda isə, Heydər Əliyev kimi siyasət dahisinin Eldar Namazov kimi dayaz birisinə xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələlərini tapşırmasını iddia etmək, ən azı gülünc görünə bilər. Həmin dövrdə Prezident Administrasiyasında çalışmış bəzi şəxslər deyirlər ki, E.Namazovun vəzifəsi Heydər Əliyevin qovluqlarını daşımaq olub. Yəqin, E.Namazov xarici siyasət məsələsi ilə bağlı hər hansı sənədin qovluğa qoyularaq masasının üstündə saxlamasını və ya Heydər Əliyevin tapşırığına uyğun olaraq digər instansiyaya ötürməsini xarici siyasət məsələlərinin ona həvalə edilməsi kimi başa düşürmüş. Bu mənada, onu nəinki sadalanan sahələr, digər vacib istiqamətlərin də kuratoru hesab etmək olar.



Bütün bunlara görə Eldar Namazovun “milli maraqlar naminə” istefaya getməsi iddiası uğursuz reabilitasiya cəhdindən başqa bir şey deyil. Çünki o, Heydər Əliyevin yanında olanda da, sonrakı dövrdə də yalnız öz mənafeləri üçün çalışıb. 2003-cü il prezident seçkiləri ərəfəsində E. Namazov nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələri ilə görüşmüşdü. Həmin görüşdə iştirak edən adamlardan biri deyirdi ki, o, iqtidarı ciddi tənqid edərək onun hakimiyyətdə qalmasının mümkünsüz olduğunu isbat etməyə çalışıb. Müxalifətə gəldikdə isə, E.Namazov onların keçmişin qalıqları olduğunu, bir dəfə cəmiyyəti uçuruma yuvarlamış qüvvələrin yenidən hakimiyyətə qayıdışına xalqın razı olmayacağını deyib. O, yeni qüvvələrin siyasi meydana gəlməsinin zərurəti barədə uzun-uzadı danışıb və təbii olaraq ən şanslı namizəd kimi öz personasını qabardıb.



Eldar Namazovun hazırkı çıxışları, müsahibələrini izləyərkən Aman Tuleyevin məşhur bir kəlamını xatırlamamaq mümkün olmur: “Öz opponentlərinə qarşı ən qəddar, ən acıqlı və ən dözümsüzlər satqınlar və reneqatlardır”. Belələri ünvanlarına səslənən hər tənqidi, istənilən gözlənilməz məsələni qisasın başlanğıcı kimi qəbul edirlər. Çünki bilirlər ki, xəyanətkarları heç kim və heç vaxt normal qəbul etməyib və onlara nifrət ediblər. O da həqiqətdir ki, xəyanət o adamlar üçün ağrısız olur ki, onlar keçmişdə yaxşı gələcək üçün yaşayıblar. Bunun isə Eldar Namazova heç bir aidiyyəti yoxdur.


Teqlər:
Bu xəbər cəmi 3240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR