Səyyad Əlizadə metroda daha bir klip çəkdirdi - Video
“Bizim Metropoliten” klipindən sonra gündəmə gələn Səyyad Əlizadə “Əfsanə” adlı mahnısına yeni klip çəkdirib.Klipin rejissoru Natiq Novruzovdur: “Sözləri mənə aid olan mahnının musiqisi anonimdir”.
Səyyad Əlizadə klipin metroda çəkilməsi barədə yayılan fikirlərə də münasibət bildirib: “Bu mənim fikrim deyildi. Rejissor istədi ki, müəyyən fraqmentlər metroda çəkilsin. Əslində klip metroda deyil, Cəfər Cabbarlı ilə 28 Mayı birləşdirən keçiddə çəkilib. Klipdə Əfsanənin timsalında bütün Azərbaycan qızları təcəssüm olunub. Siz klipi izləsəz görərsiz ki, həmin qız heç bir kosmetikadan istifadə etməyib”.
Müğənni barəsində yayılan fikirlərə də münasibət bildirib: “Mənim sözüm gənclərədir. Gözəllik içində çirkinlik axtarmaqdansa, çirkinlik içində gözəllik tapsınlar. İnsanın qəlbi necədirsə, hər şeyi elə görür. Bu qədər iş görürük, bir şey tapıb çıxarırlar”.
Səyyad Əlizadə sonda “Bizim Metropoliten” klipindən də danışıb. O, klipdən sonra dünyanın müxtəlif ölkələrindən təşəkkür məktubu aldığını vurğulayıb: “Mənə yazırlar ki, klipə baxıb Bakı metrosuna heyran olublar. Hətta Londonda, Parisdə belə metro olmadığını qeyd edirlər”.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.