Təcrübəli mütəxəssisin açıqladığı heyət yeniliklərlə diqqət çəkib.
Belə ki, Zayzenbaher 90 kq çəki dərəcəsində yığmamızın 1 nömrəsi Elxan Məmmədovu daha ağır – 100 kq çəki dərəcəsində sınayacaq. O, həmçinin London Olimpiadasından sonra ilk dəfə Elnur Məmmədliyə (81 kq) şans verib. Almaniyada bu 2 titullu idmançımızla yanaşı, Orxan Səfərov (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Alimli (81 kq), Şəhməd Məhəmmədov və Şahin Qəhrəmanov (hər ikisi 90 kq) nəyə qadir olduqlarını göstərəcəklər.