FİFA “Qızıl Top”a namizədləri açıqlayıb. Ali futbol qurumunun saytında namizədlərin siyahısı təqdim edilib.
Siyahıda aşağıdakı futbolçular yer alıb:
Kriştino Ronaldo, Qaret Beyl (“Real” Madrid), Leonel Messi, Neynar, İniesta, Xavi, Pike, Danile Alves (“Barselona”), Manuel Npyer, Alaba, Aryen Robben, Bastian Şvayştanger, Frank Riberi, Mario Qetze, Mario Mandzukiç (“Bavariya”), Zlatan Ibrahimoviç , Edinson Kavani, Tiyaqo Silva (PSJ), Robert Levandovski, Marko Roys, İlkay Gündoğan ("Borussiya"), Robin Van Persi, Ueyn Runi ("Mançester Yunayted”, Məsut Özil (“Arsenal"), Luis Suares (“Liverpul"), Devid Luiz “Çelsi”, Yaya Ture, Serxio Aquero (“Mançester Siti”), Fred (“Fluminense"), Didye Droqba “Qalatasaray”.
Qeyd edək ki, dekabr ayında ən yüksək bal alan 3 futbolçu finala keçəcək. Final gələn ilin yanvarın 13-də Sürixdə keçiriləcək.
Qaliblər milli komandaların baş məşqçiləri və kapitanları verdikləri səslə müəyyən olunacaq.
Qeyd edək ki, argentinalı Lionel Messi 2009-cu ildən bu yana 4 dəfə “Qızıl top”a sahib olub.