Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Maşallah, Əkrəm Əylisli!

Maşallah, Əkrəm Əylisli!
Südabə Sərvi Hərdən düşünürəm ki, bizə doğrudan da düşmən lazım deyil, çünki sapı özümüzdən olan baltalarımız-keçəl həmzələrimiz rahatca bardaş qurub oturublar ocağımızın başında. İmkan düşdükcə işi-gücü millətin bostanına daş atmaq, insanları yanılş yola sövq etmək olur. Özü də bunu sənin inandığın, vaxtilə əsərlərini sevə-sevə oxuduğun bir şəxs-yazıçı edəndə ürəyin ağrıyır. Günlərlə özünə gələ bilmirsən. Həmin anda düşünürsən ki, görəsən, biz niyə beləyik?


Mən xalq yazıçısı Əkrəm Əylislinin son çıxışlarından sonra bu sözü vaxtilə deyən babalarımıza bir daha rəhmət oxudum. Doğrudan da hər bir yazıçı yazdıqlarıyla əslində öz mövqeyini qoyur ortaya. Onun Moskvada “Drujba narodov” jurnalında dərc olunan və düşmən dəyirmanına su tökən “Daş yuxular” əsəri elə kaş ki, doğrudan da yuxu olaydı. Amma nə yazıq ki, yuxu deyil. Həqiqətdir. Xalqın inadığı yaşlı bir ziyalının-yazıçının öz xəyalında sadəcə uydurduğu “həqiqət”. Elə ona agörə də birbaşa mətləbə keçirəm.



Əkrəm müəllim, bağışlayın, mən sizdən çox kiçiyəm, amma yazıçıyam, jurnalistəm, bir sözlə mən də sizin kimi qələm əhliyəm. İki il məşhur “EL” jurnalının baş redaktoru olmuşam və günümüz əsasən arxivlərdə keçirdi. Tarixi yazılarla çıxış etmişəm. Siz bu əsərlə bizi ermənilərlə barışığa çağırırsız. Bu öz yerində. Üstəlik indiyədək ermənilərlə aramızda olub-keçən hadisələrdə Azərbaycan xalqını günahlandırısız. Bilirsiz, yadıma nə düşdü? Vaxtilə Çingiz Aytmatov yazırdı ki, “Əgər xalq mənə onun adından danışmaq səlahiyyəti veribsə, mən kiməm ki, xalqın istəyinə qarşı çıxam?” Yəqin ki məni anladınız.



Yazırsız «Sumqayıt hadisələrində hər hansı bir ədalətsizləyə görə bizlər mərd-mərdanə sözümüzü deməliyik. Azərbaycan yazıçısı bunu deməyəcəksə, bu Azərbaycan xalqının üzərində qalacaq. Erməni deməyi ilə olmaz. Özümüz deyəndə bir başqadır. Biz öz böyüklüyümüzü göstərərək elədiyimiz etiraf eləməliyik...”



Əhsən, vallah sizə! Nə gözəl fikirdir! Lap super fikirdir. Allah, Allah! Demək biz erməniyə deməliyik ki, siz qıran, öldürən, bir sözlə, sizə qarşı əsl genosid edən bizik! Biz türklərik. “Halal olsun” vallah, bu torpağın çörəyi, suyu sizə!



Bir yandan ANS-in efirində canlı yayımda aparıcının verdyi sualın qarşısında özünüzə haqq qazandıraraq deyirsiz ki, o mənim fikrim deyil, obraz deyib. (Başa düşmürəm, məgər biz yazıçılar demək istədiklərimizi və istəmədiklərimizi obrazların dili ilə çatdırmırıqmı oxucuya?) Bir yandan isə Kulis/az-a verdiyiniz mwsahibədə deyirsiz ki, “mənim obrazımın düşüncələri mənə yad ola bilməz...” İndi hansı sözünüzə inanaq, Əkrəm müəllim?



Yazırsınız ki, Əylisdə o vaxt onsəkkizinci ildə bzimkilər erməni qızlarının başını kəsiblər. Əylisdə 5-3 erməninin öldürülməsindən yazırsız, əcəba, bəs niyə onların faşistdən də betər olan əməllərindən yazmırsız? Mən beş-altı il öncə kitabla bağlı material toplamaq üçün İqdırda oalrkən oranın çox yaşlı adamlarından keçən əsrin əvvəllərində, elə siz dediyiniz baxtda ermənilərin Naxçıvanda və İqdırda etdiyi elə vəhşilklərdən danışdılar ki, mən Bakıya gələndən sonra da neçə gün özümə gələ bilmədim. Bircə fakt deyəcəm sizə: bütöv bir kəndin kişilərini bir məscidə yığıb yandırmışdılar, qız-gəlinlərin isə döşlərini kəsib.... ardını buraya uyğun olmadığı üçün yazmıram. O kənddən tək bir adam salamat qalmışdı. (Oxyunun: Nizamettin Onk “İqdır tarihi”. Bütün bunlar sizin Əylisin lap yaxınlığında azərilərə qarşı olan soyqırım idi. Həmin ərəfədə baş verirdi.



Və yaxud, lap bu yaxınlarda Qarabağ savaşında əsir götürülən minlərlə soydaşımızın başına açılan oyunlardan xəbəriniz yoxdur? Iki il əsirlikdə olmuş ucarlı bir keçmiş döyüşçünün söylədiyini indiyəcən unuda bilmirəm “Ermənilər öldürülmüş bir erməninin yerinə gözümün qabağında 5 azərbaycanlı əsiri aparıb onun məzarı üstündə başını kəsdilər...”



Bax bundan yazmaq lazımdır ki, gələcək nəsil untmasın. Çünki unuda-unuda torpaqlarımızı da verdik getdi. Siz yazıçısınız, özü də Xalq yazıçısı. Gərək unutmayasınız bunlar.



Deyirsiz ki, ağıllı erməni məni başa düşər. (Əlbəttə, ağıllı erməni inanıram ki, bu “qəhrəmanlığınıza” görə sizi qəhrəman da elan edər...) Szi hansı ağıllı ermənidən danışırsız? O ermənilərdən ki, 1918-ci ilin Martında Manaf Süleymanovun dediyi kimi, Azərbaycan xalqının bir nömrəli düşməni olan Şaumyanın başçılığı altında nə qədər Azərbaycan türkünü Bakıda, Şamaxıda, Qubada... qətlə yetirdilər? (Xatırlayın: Mart soyqırımı!)



Yazırsız ki, biz ermənin utandırmalıyıq ki, sizinlə bir yerdə yaşaya, dost ola bilərik.



Siz uşaq başı aldadırsız, Əkrəm müəllim? Axı bu zatıqırıq erməniləri siz də yaxşı tanıyırsız! Onların içində böyümüsünüz! Axı tarixən erməni xisləti hamıya bəllidir. Görkəmli tarixçi Veliçko deyir ki, “Ermənilər zaman-zaman öz ağalarını satan millət olublar...”



Üç il öncə Qarsa getməyinizdən, orada Anı şəhərinin qədim erməni torpağı olmasəndan pəhəpəhlə yazırsınız. Onu da arzı edirsiniz ki, kaş ki, Əylisdə muzey yaradılydı. Azərbaycanlıların erməniləri öldürdüyünə görəmi?

“Xocalı ermənini vicdanındadır” deyirsiz. Məəttəl qalıram sizə. Özü də uşaqlıqdan ermənilərin içində yaşaya-yaşaya bu sözü deyirsiz. Siz yaxşı bilirsiz onların nə dərəcədə vicdanlı olduqlarını. “Hər iki tərəf öz günahını boynuna almalıdır”-deyirsiz. Ermənin nə vaxt öz etdiyini boynuna alıb?



Üstəlik, milli qeyrətli dəyərli yazıçılarımızı guya “cəmiyyətdə yaranmış psixozun təsiri altına” düşən yazıçı kimi qələmə verirsiz. Başa düşmürəm, xalqın mənafeyindən çıxış etmək nə vaxtdan anormal sayılır? Unutmayın ki, elin gözü tərəzidir ay Əkrəm müəllim! Vallah, xalq özü bilir kimin kim olduğunu, kimin hansı məzhəbə qulluq etdiyini. Buna heç şübhəniz olmasın!



Özünüzü Nazim Hikmətlə müqayisə edirsiz. Yazırsız ki, Nazimi də əvvəllər başa düşməyiblər. Yaddan çıxarmayın ki, Nazim Hikmət neçə il sədaqətlə qulluq etdiyi sovet quruluşunun puç olduğunu anlayanda artıq gec idi. Elə həmin quruluş da onun məhvinə səbəb oldu. Bu Nazimin faciəsi idi əslində. Arzu edirəm ki, belə bir faciə sizin başınıza gəlməsin.



Əsərinizdə qaçqınlara münasibətiniz də yaxşı deyil. Sumqayıtda 60 erməninin guya öldürülməsindən ürəklə yazırsız. Nə əcəb o sətirləri yazanda vicdanınz tərpənmədi? Nə əcəb, Xocalıda öldürülən 600 yüzə yaxın günahsız insanları-qocaları, körpəcə uşaqları, bu gün də zəlil olan şikəst, kimsəsiz insanları, başına min oyun açılan cavan qız-gəlinlərimizi yada salmadınız?



Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! “Anlamaq dərdi” bizə bir çox mətləbləri anladır.

Allah sənə rəhmət eləsin, Mirzə Ələkbər Sabir! Zamanında bu günü görüb yazmısan: “Kim nə deyər bizdə olan qeyrətə?”

Gerçəkdən bizə düşmən lazım deyil!



Maşallah, Əkrəm Əylisli, sizin kimi “ziyalı”ların sayəsində erməni bu gün doğrudan da at oynadır. Həm də hərtərəfli.


Teqlər:
Bu xəbər cəmi 1740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR