Bu arada Aida Yespika iddialarla bağlı danışıb. Fanat.az xəbər verir ki, təxminən 8 aydı Malibuda yaşayan 31 yaşlı Venesuella gözəli İtaliyanın "Sport Mediaset" kanalına müsahibə verib.
Yespika Mesutla 2 il əvvəl tanış olduğunu deyib: "Onunla bir diskotekada tanış olduq. Madriddəki bu görüşdən sonra bir-birimizə telefon nömərələrimizi verdik. Bir gecə Mesut sürpriz bir şəkildə mənə zəng edib "Milandayam, görüşəkmi?" dedi. Həmin gecə görüşdük. Açıq-aşkar şəhərin məşhur məkanlarından birində axşam yeməyi yedik. Həmin məkanın önü həmişə paparatsilərlə dolu olur".
Aida Özillə çox gözəl bir gecə keçirdiklərini bildirib: "Çox əyləndik. Yarı ingilis, yarı ispan dilində danışırdıq. Ancaq o gecədən sonra bir daha görüşmədik".
Venesuella gözəli Mesutun hazırda başqa bir qadınla birlikdə olduğunu bildirib: "Özilin "Real"dan ayrılması ilə heç bir bağlılığımın olması mümkün deyil. Mənim üçün böyük pullar xərcləməsi ilə bağlı iddialar da yalandı. O, indi başqa bir qadınla birlikdədi və çox xoşbəxtdi. Mən də həmçinin".
Yespika Özilin onunla bir gecəlik görüşmək üçün 18 min avroya təyyarə icarəyə götürməsi ilə bağlı iddiaya "bunu mən hardan bilim" cavabını verib.
Aida Özillə dost olduqlarını bildirib: "Mən onunla münasibətlərimizi sadəcə "gözəl dostluq" olaraq xarakterizə edə bilərəm. Ayrıca Mesut məndən daha gənc və boyca qısadı. Bir-birimizi bu qədər az zamanda gördüyümüz halda ortaya belə iddiaların atılmasını səbəbini bilmirəm".
Yespika bu tip dedi-qodularda adının hallanmasının səbəbini açıqlayıb: "Çünki mənim adım insanlara şöhrət gətirir. İnanırsız, Londondan iki jurnalist sevgilimə zəng edərək Mesutla mənim aramda hər hansı bir münasibətin olub-olmadığını soruşdu. Sevgilim bundan şoka düşdü. 8 ayda onun yanından bir an olsun ayrılmamışam, 24 saat bərabər olmuşuq".
Venesuella gözəli Mesutun da onunla bağlı açıqlama verməli olduğunu bildirib: "Onun nömrəsini telefonumdan silmişəm. Mənim də nömrəm onda yoxdu. Çünki dəyişdirmişəm. Bu xəbərlərlə bağlı ondan da bir təkzib gözləyirəm. Ancaq bu zaman dürüst insan olduğunu göstərmiş olar".
Yespika Mesutla qarşılaşacağı halda görüşəcəyini bildirib: "Bunu təbii ki, edərəm. Çünki o mənim dostumdu".