Çempionlar Liqasının qalibi Mönhenqladbax “Borussiya”sının qapıçısı Mark-Andre ter Stegeni yayda transfer etməyi planlaşdırıb. 20 yaşlı almaniyalı qapıçı artıq “Barsa” ilə ilkin müqavilə imzalayıb. İspanlar 2015-ci ilə kimi “Borussiya” ilə müqaviləsi olan Stegenin keçidinin detallarını razılaşdırır.
Maraqlıdır ki, millimizin baş məşqçisi Berti Foqts transferə münasibət bildirərək, bunun reallaşmasını istəmədiyini açıqlayıb. Almaniyalı mütəxəssis futbolçu karyerasını həsr etdiyi “Borussiya”da qapıçının qalmağını istəyir: “O, ötən mövsüm Bundesliqada mənim üçün ən yaxşı qapıçı idi. Stegenin “Borussiya”da qalıb, inkişaf etməyi lazımdır. O, qapıçı üçün ideal klubdur. Mark-Andrenin “Barselona”ya gedişi səhv addımdır”.
Qeyd edək ki, Foqts 1965-ci ildən 1979-cu ilə kimi Mönhenqladbax təmsilçisində oynayıb.