“Qarabağdan Anadoluya könül körpüsü” adlı tədbirdə Türkiyənin tanınmış sənətçisi Başkal öz zəngin repertuarı ilə səhnə alıb. Konsert proqramında ictimai-siyasi və mədəniyyət xadimləri iştirak edib. Tədbirdə çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva açılış edərək “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Azərbaycana səfər ilk dəfə səfər edən Türkiyənin tanınmış sənətçisi Başkal bəyin səfər etdiyi rayonlardan söz açıb: “Başkal bəylə Tovuz rayonundan sonra Gəncə şəhərində məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünləri ziyarət etdik. Daha sonra Tərtər rayonunda həm hərbi hissədə həm də Tərtərlilər üçün geniş proqramlar və konsertlər keçirilir.”
Millət vəkili Qənirə Paşayeva səhnəyə ilk dəfə Azərbaycana gələn Türkiyənin tanınmış sənətçisi Başkalı və onu müşayiət edən heyəti dəvət edib. O bildirib ki, "Başkal bu tədbir və konsert üçün təsadüfən seçilməyib, Başkal bu konserti verməyə mənəvi haqqı olan bir sənətçidir və hər zaman Azərbaycana, Qarabağa xüsusi həssaslıq göstərən sənətçilərdəndir."
Sonra millət vəkili Türkiyənin tanınmış sənətçisi Başkalı səhnəyə dəvət edib və ona “Tərtər rayonunun fəxri sakini” diplomunu təqdim edib.
Qardaş Türkiyənin tanınmış sənətçisi Başkal Azərbaycanda olmaqdan, bu cür böyük məna daşıyan tədbirlərdə iştirak etməkdən özünü xoşbəxt hiss etdiyini deyib. Azərbaycanın çox gözəl olduğunu, Azərbaycanın sürətli inkişafından və gözəlləşməsindən sevindiyini deyən Başkal bu konserti şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə verməkdən ayrıca məmnuniyyət duyduğunu və bu işin təşkili üçün millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayevaya və digər təşkilatçılara təşəkkür edib.