Lyudmila Bahədddin qızı Əliyeva prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, Ombusdman Elmira Süleymanovaya teleaparıcı İlham Mirzəyevin əməllərindən şikayət edib. Vətəndaş eyni zamanda müraciətini “Qafqazinfo”ya da göndərib. Müraciətdə qeyd olunur ki, oğlu Əliyev Asif “Space” telekanalının aparıcısı İlham Mirzəyev tərəfindən şər və böhtana məruz qalıb.
Lyudmila Əliyeva bildirib ki, İlham Mirzəyevlə tanışlıqları 7 il əvvələ gedib çıxır: “Qızımın baldızı onun həyat yoldaşıdır. İlahm Mirzəyev oğlumun subay və qızın ailəsinə nisbətən imkanlı olmasını bilərək, öz dayısı qızı Həsənova Aysel ilə, aralarında 17 il yaş fərqi olmasına baxmayaraq, evlənməsini təklif edib. Onların ailəsini tanıdığım, qızın əvvəllər nişanlı olmasını bildiyim üçün və qohumluq əlaqələrinin gələcəkdə pozulmaması məqsədi ilə bu nigaha etirazımı bildirdim. Buna baxmayaraq mənim xəbərim olmadan İlham Mirzəyev oğlumla dəfələrlə çayxanalarda görüşlər keçirərək, onu dayısı qızı ilə evlənməyə razı salıb. Mən də oğlumun xətrinə dəyməmək üçün əlacsız qalıb razılıq vermişəm. 7-8 ay nişanlı olublar. Bu müddət ərzində onlara cəmi bir dəfə qızın evində valideyinlərinin yanında görüşməyə icazə veriblər. Ana qeyd edir ki, oğlunun 21 aprel 2012-ci ildə toyu olub. Evli olduqları müddətdə İlham Mirzəyev və anası Gülarə oğlumun ailəsinə dəfələrlə müdaxilə ediblər. Ailədə söz-söhbət yaradaraq boşanma vəziyyətinə gətirib çıxarıblar. Onlara dəfələrlə xahiş edərək bu yeni qurulmuş ailəyə müdaxilə etməmələrini tələb etdim. Lakin bu xahişlər cavabsız qalıb. İndi məlum olur ki, İlham Mirzəyev əvvəlcədən planlaşdırılmış şəkildə toydan əvvəl özünə sərf edən formada nigah müqaviləsi bağlatdıraraq oğlumun evini əldə etmək üçün plan hazırlayıb. Mənim oğlum bütün bunlara baxmayaraq, İlham Mirzəyevin dayısı qızı Aysel Həsənovaya digər bir mənzil alıb vermək istədiyi bildirib. O isə öz vəkili vasitəsi ilə 150.000 azn pul tələbi qoyub. Oğlum işi məhkəməyə verib. Məhkəmə prosesində nəticə oğlumun tərəfinə müsbət həll olub.
Bu zaman İlham Mirzəyev Nərimanov rayon məhkəməsinin hakimi Abbas Əliyevə də təhdid xarakterli fikirlər söyləyərək onun təmənna qarşılığında bu qərarı verdiyini efir vasitəsi ilə yayımlayaraq dövlət hakiminə də böhtan atıb. Məhkəməni uduzduğuna görə əlavə hiylə işlədərək oğluma şər- böhtan atıb. Guya oğlum onun qarşısını kəsib, yolundan çəkilməsini tələb edib. İlham Mirzəyev şahid qismində, maraqlı tərəf olan öz mətbuat katibi Rəbiyyə Zərdabini işə cəlb edib. Onun sözlərinə görə, oğlu İlham Mirzəyevin onun uydurduğu gün və zamanda evdə olub. Kürəkənim ailəsi ilə bizdə olub, oğlum saat 01:00-də yatmağa gedib, onlar isə 30-40 dəqiqə sonra evlərinə gediblər. Hüquq-mühafizə orqanlarının əlində oğlumun evdə olması ilə bağlı şahid ifadələri və onların araşdırılması nəticəsində alınmış məlumatlarda oğlumun və maşınının Yasamal rayon ərazisində olmadığını təsdiq edən sənədlər olmasına baxmayaraq, İlham Mirzəyevin efir vasitəsi ilə hüquq-mühafizə orqanlarına təhdid xarakterli təsir göstərdiyi üçün İlham Mirzəyevdən nəyə görəsə çəkinərək oğlumu həbsə alıblar.
İlham Mirzəyev efir, mətbuat, internetdə bizi dövlət başçısı ilə təhdid edir, aparıcı olaraq çalışdığı “Space” kanalında ona ayrılan efir vaxtından sui-istifadə edərək dövlət orqanlarına və istintaqın gedişinə qanunsuz olaraq təsir göstərir. Sizdən xahiş edirəm ki, mənim oğluma intiqam məqsədi ilə atılmış şər və böhtanın üzərindən götürülməsi,haqq və adalətin yerini tapması üçün köməklik göstərəsiniz”.