Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Cəmiyyətin formalaşmasında müəllimlərin əməyi danılmazdır”

“Cəmiyyətin formalaşmasında müəllimlərin əməyi danılmazdır”
Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyevin həyat səhifələrindən “Hər kəs zəhmətlə ucalır”-Babalarımızın deyilmiş və zaman-zaman nəsillərdən-nəsillərə ötürülərək yaşadılan bu üç sözdən ibarət olan hikmətli kəlam, indinin özündə də əsl həqiqət olduğunu ifadə edir. Qızıl sətirlərlə yazılan bu sözlər fəxri ziyalımız, vətənpərvər insan, Azərbaycan İctimai-Siyasi Unversitetinin rektoru Rasim Əmir oğlu Nəbiyevdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olan Rasim müəllim haqqında yazmaq nə qədər şərəfdirsə bir o qədər məsuliyyətli işdir. Onun rəhbər olduğu ali təhsil ocağında işlərin yüksək səviyyədə olması bunu bir daha isbat etmişdir. Qlobxeber.az saytının hörmətli oxucularının xahişini nəzərə alıb Azərbaycan İctimai-Siyasi Unversitetinin rektoru Rasim Nəbiyevin həyatda qazanmış uğurlarını təqdim edirik; Nəbiyev Rasim Əmir oğlu 1950-ci il martin 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil almış və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbin Elmi Şurasının qərarıyla “Marks təqaüdçüsü” adına layiq görülmüş, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. İttifaq və Respublika Konfranslarında birincilik qazandığı üçün elmi nailiyyətlərinə görə 1969-cu ildə Moskvada keçirilən Azərbaycan elm günlərində “SSRİ XTNS-nin medalına” layiq görülmüşdür. Əmək fəaliyyətinə 1975-ci ilin yanvar ayında Bakı Dövlət Universtetində müəllim vəzifəsində başlamişdir. Ali məktəblərimizin bayraqdarı olan Bakı Dövlət Universtetində Böyük Elmi Şuranin üzvü və fakültə dekanı seçilmiş, BDU Partiya Nəzarət Komissiyasının sədri, Dövlət İmtahan Komissiyalarının sədri, digər şəhərlərə tələbə qəbulu üzrə komissiyanin məsul katibi kimi vəzifələrdə çalışmışdır. 1983-cü ildə Tbilisi Dövlət Universitetində çox böyük müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Pedaqoji fəaliyyətilə ictimai fəaliyyətini məntiqi ardıcıllıqla davam etdirərək Respublikamızın siyasi həyatında səmərəli fəaliyyət göstərən ziyalılarımızla birlikdə həmişə milli maraqlarımıza xidmət etmişdir. 1988-ci ilin əvvəllərindən etibarən respublikamizda Dağlıq Qarabağla bağlı keçirilən ilk elmi konfransların təşəbbüskarı və təşkilatçılarından biri olmuşdur. Bu sahədəki fəaliyyəti BDU Elmi Şurası tərəfindən yüksək qiymətləndirilmişdir. Respublikamızın görkəmli dövlət və elm xadimləri olan Murtuz Ələsgərov, Yəhya Məmmədov və Teymur Vəliyev kimi ziyalılarla birlikdə akademik Aqanbekyanin 1987-ci ilin oktyabırında Dağlıq Qarabağla əlaqadər Fransa mətbuatındakı yazıların yalan və böhtan xarakterli mahiyyətinin ifşa olunmasında bir ziyalı və vətəndaşlıq borcunu yerinə yetirmişdir. BDU-da diplomat ixtisaslarının açılması barəsindəki təklifləri Uniersitetin rektoru, Azərbaycan EA-nın müxbir üzvü Yəhyə Məmmədov və tədris işləri üzrə prorektor, Azərbaycan EA-nın müxbir üzvü Teymur Vəliyev tərəfindən, sonralar Universitetin prorektoru olmuş Azərbaycan EA-nın müxbir üzvü Cəlal Alahverdiyev tərəfindən dəstəkləndikdən sonra BDU-da Beynəlxalq münasibətlər, Beynəlxalq hüqüq, Beynəlxalq iqtisadi münasibətlər, Fəlsəfə və Sosialogiya ixtisaslarının açılması uğrunda bir neçə il fasiləsiz olaraq çalışmış və buna nail olduqdan sonara BDU-da Beynəlxalq münasibətlər və Beyhəlxalq hüqüq, eləcə də Fəlsəfə və sosial-siyasi elmlər fakültələrinin yaradılması və təşkilində öz xidmətlərini göstərmişdir. Azərbaycan elminə və təhsilinə vicdanla, şərəf və ləyaqətlə xidmət etmişdir. Azərbaycan EA-nın müxbir üzvləri Y.Məmmədov, T.Vəliyev və C.Allahverdiyev kimi univeristet rəhbərlərinin qətiyyəti, eləcə də bilavasitə Rasim müəllimin inadkarlığı sahəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun alimləri Y.A.Yevseyev, F.İ.Puqaçov, V.V.Qladışev, Moskva Dövlət Maliyyə Akademiyyasının professorları V.N.Şenayev, A.T.Qryaznova və başqaları bir neçə dəfə BDU-də olmuş, onun elmi-pedaqoji potensialı, tədris-metodik və maddi-texniki bazasının diplomat kadrların hazırlanmasına cavab verdiyini əsas götürmüş və bu ixtisasların açılması təşəbbüsünü yüksək qiymətləndirmişdilər. Bu ixtisasların açılmasında Rasim müəllimlə elmi-pedaqoji sahədə əməkdaşlıq edən Moskvalı alimlər proffesorlar V.N.Semenyuta, V.S.Meskov, A.V.Panin, Vİ.Kutsov, V.İ.Surovtseva, L.N.Ozerenskaya və başqaları öz əvəzsiz xidmətlərini göstərmişdilər. Təhsilimiz qarşısındakı xidmətlərini nəzərə alan Universtet Elmi Şurası Rasim Nəbiyevi 1991-ci ildə BDU-nin nəzdində yaradılan İctimai-Siyasi Kollecə direktor vəzifəsinə məsləhət gördü və Universitet rektorunun əmriylə kollecə direktor təyin olunur. O illərdə Respublikamızda baş verən ictimai-siyasi hadisələr Kollecdən yan keçə bilməzdi. İctimai-Siyasi Kollecə qarşı edilən haqsızlıqlar və ədalətsizliklər Təhsil Nazirliyi tərəfindən professor Nurəddin Kazımovun sədrliyi ilə yaradılmış çox nüfuzlu və geniş tərkibli Komissiya tərəfindən araşdırıldı və kollecə qarşı qanuna zidd hərəkətlərin və qərarların ləğv olunması barədə qərar qəbul edildi. 1993-cu ilin may ayının 22-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərmiş DAEK təhsil “Ali İctimai-Siyai Kollec” adıyla müstəqil ali məktəb kimi fəsliyyət göstərməsi barədə qərar qəbul etdi. Bu tarixdən etibarən Rasim Nəbiyev Ali İctimai-Siyasi Kollecin təsisçisi və rektoru vəzifəsində çalışır. 1994-cü ildə Nazirlər Kabinetinin nəzdində yaradılmış akademik F.Maqsudov rəhbərlik etdiyi DAEK “Ali İctimai-Siyasi Kollec” haqqında müsbət rəy qəbul etdikdən sonra Nazirlər Kabinetinin bu tədris müəssisəsinə ali məktəb statusu verilməsi barədə Sərəncamı oldu. Ulu Öndər Heydər Əliyevin xeyir –duasiyla yaradılmış bu tədris müəssisəsi ildən-ilə təkminləşərək respublikamızın tam müstəqil, nümunəvi, qabaqcil ali məktəblərindən biri kimi səmərəli fəaliyyət göstərir. Bu ali məktəb özünün elmi-pedaqoji potensialı ilə seçilən təhsil müəssisələrindəndir. Hazırda burada Azərbaycan MEA-nın 5 həqiqi üzvü, 51 elmlər doktoru və proffesor, 36 elmlər namizədi, dosent çalışır. 10 ixtisas üzrə ali təhsilli mütəxəsis kadrlar hazırlanır. Ali məktəbdə 3 fakültə, 10 kafedra fəaliyyət göstərir. 1999- cu ildən təhsil müəssisəsində Magistraturanın açılması barədə Təhsil Naziri xüsusi əmr imzalamışdır. Təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş və 1999-cu ildə Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. 2000-ci ildə 50 illik yubleyi ilə əlaqədar olaraq eks Təhsil Naziri Misir Mərdanovun imazaladığı Fəxri Fərmana layiq görülmüşdür. 2005-ci ildə təhsil sahəsindəki uğurları ilə əlaqədar ali məktəbin adı dəyişdirilərək “Azərbaycan İctimai-Siyasi Universteti” adlandırılmışdır. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının, 1998-ci ildən etibarən isə YAP Yasamal rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 1998-ci ildən ali məktəbin partiya təşkilatının sədridir. Prezdent və Parlament seçkilərində , eləcə də bələdiyyə seçkilərində Rayon İcra Hakimiyyəti, YAP Mərkəzi Aparatı, YAP Yasamal rayon təşkilatı tərəfindən tapşırılmış məsul işləri ləyaqətlə yerinə yetirmiş, dəfələrlə təşəkkür və Fəxri fərmanlara layiq görülmüşdür. 2000-ci ildə Yasamal Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilməklə, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Müdafiə Şurasında müvəfəqiyyətlə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildən 2009-cü ilədək Azərbaycan respublikası Prezdenti yanında AAK-ın iqtisad elmləri və hüqüq elmləri üzrə Ekspert Şurasının sədri seçilmışdir. Hal-hazırda 6 nəfər xarici ölkə vətəndaşı olan aspirant və dissertanta elmi rəhbərlik edir. Bir neçə monoqrafiya və 2 kitabın, 50-dən çox məqalənin müəllifidir. Xarici ölkələrdə üç elmi məqaləsi çap olunmuşdur. Hal-hazırda “İnkişafın Azərbaycan Modeli” adlı kitabın üzərində işləyir. Elmi, pedaqoji və ictimai sahədəki fəaliyyətinin məntiqi davamı olaraq xeyriyyəçilik işlərini də uğurla yerinə yetirir. Dəfələrlə şəhid, qaçqın ailələrə yardım etmiş, Qocalar və Əlillər evində olmuş, onlara maddi yardım göstərmişdir. Rəhbərlik etdiyi ali məktəbdə yüzlərlə şəhid, qacqın uşaqlarının universitet hesabına təsil almaları üçün şərait yaratmışdır. Bir neçə ildir ki, fasiləsiz olaraq sərhəd bölgələrində hərbi hissələrdə olur, əsgərlərlə görüşlər keçirir, onlara maddi və mənəvi yardımlar göstərilməsində iştirak etmişdir. Bununla əlaqədar hərbi hissə komandanlığının Fəxri fərmanına layiq görülmüşdür. Respublikaya lazım olan, zəruri ehtiyac duyulan onlarla elmi əsərin, dərslik, dərs vəsaiti və proqramların çap olunmasına sponsurluq etmişdir. Rəhbərlik etdiyi ali məktəbin biləvasitə maliyyə yardımı ilə çap olunan “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” nin giriş hissəsində akademik Budaq Budaqovun yazdığı bu sözləri oxumaq olar; Bu əsər... onun ilkin variantda yazılması üçün lazım olan maliyyə xərclərini öhdəsinə götürmüş Ali İctimai-Siyasi Kollecin rektoru Rasim Nəbiyevin qayğısı sahəsində nəsillər şübhəsiz ki, minnətdarlıqla xatırlayacaqlar.. Məqalə hazırlanarkən Rasim müəllimin daha bir uğuru haqda məlumat əldə etdik. Belə ki, qardaş Türkiyə Dövlətinin “Türk Dünyası Araşdırmaları uluslararası ilimler Akademisi” tərəfindən Qızıl ulduzlu medalla təltif edilmişdir. Əldə etdiyimiz məlumata görtə, ilk olaraq Qızıl ulduzlu medala görkəmli xadimlərimiz Prezdent Aparatının Rəhbəri Ramiz Mehdiyev, Bakı Dövlət Univerisitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və Xoşbəxt Yusifzadə layiq görülmüşdür. Bunlardan əlavə “ Böyük iqtisadi ensiklopediya” kitabının ərsəyə gəlməsində tanınmış Alim Ziyad Səmədzadə ilə yanaşı Rasim Nəbiyevin də əməyi vardır. Ulu Öndər Heydər Əliyev haqqinda filim hazirlanarkən, Rasim Həbiyevin özünəməxsus müsahıbəsi hər zaman ürəklərdə yaşayacaqdır. Biz inanırıq ki, Rasim müəllimin rəhbərlik etdiy Ali təhsil ocağı bundan sonrada öz uğurları ilə daim öndə olacaqdır.

Teqlər:
Bu xəbər cəmi 5435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR