Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Polisi azarkeşindən çox olan futbolumuz

Polisi azarkeşindən çox olan futbolumuz
İqbal Aslanov


Bizim əsas problemimiz futbolumuzdadır yoxsa, azarkeşlərimizdə? Yəqin ki, böyük əksəriyyət deyəcək ki, futbolumuzda. Amma azarkeşlərimizdə də az yoxdur. Çünki ancaq havalar qızanda, yay gələndə stadionlarımız biraz da olsa, əsl stadiona oxşayır. Deməli, biz futbolla yatıb, futbolla duran xalq kateqoriyasına daxil deyilik. 



Yaxşı, razıyam, bizdə yuxumuza haram qatacaq, gecəmizi gündüzümüzlə bir edəcək futbol yoxdur. Amma bu yoxluğu da aradan qaldırmalı olan da bizlərik. Çox uzağa getməyim, iyulun 11-də Avro Liqanın I təsnifat mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” “Metallurq”la qarşılaşdı və 1-0 hesabı ilə qələbə qazanıb adını növbəti mərhələyə yazdırdı. Amma stadionda güc- bəla ilə cəmi 2 sektor azarkeşlə dolmuşdu. Gələnlər də ağızlarına su alıb yerlərində oturmuşdular. Daha doğrusu, əksəriyyət, bizim publika üçün xas olan istənilən tamaşanın, (bura futbol, voleybol, avto qəza və .s aiddir) ayrılmaz parçası sayılan tum çırtlamaqla məşğul idilər. “Fan klub” isə yalnız 15-20 dəqiqədən bir ya “Qarabağ”, ya da türklərdən oğurladıqları, komandaların formalarını əks etdirən, şüarları qışqırmaqla məşğul idilər ki, bu da stadionun heç o biri tərəfində eşidilmirdi. “Fan klub” dediyim də 30-40 nəfər, əsasən də yaşı 12 -14 arası olan uşaqlardan ibarət olan bir toplu. Əlbəttə ki, futbola gəlmək, sevdiyi kluba azarkeşlik etmək yaşından asılı olmayaraq hər kəsin haqqıdır. 



Gələk başlıqda yazdığım fikri bir qədər xırdalamağa... Yenə sonuncu getdiyim “Qarabağ” “Metallurq” oyunundan misal gətirəcəm. Həmin “azarkeşlə dolu olan 2 sektor” haqqında bir iki cümlə dedim. Ancaq mənim diqqətimi çəkən ən əsas məsələ polislər oldu. Hər sektorun önündə ən azı 7-8 polis nəfərinə rast gəlmək olardı. Adamın üstündə allah var, həmin matçda polislərin sayı azarkeşlərin sayını ötməzdi. Bu dəqiq belə idi. Çünki mediya sektoru da jurnalistlərlə dolu idi, üst-üstə toplasaq, azarkeş sayı ağır gələrdi. Yenə sağ olsunlar, hüquq mühafizə orqanı nümayəndələrimiz hər sahədə olduğu kimi futbolda da təhlükəsizliyimizin qayğısına qalırlar. Fərqi yoxdur, istər Topaz Premyer Liqasının oyunları olsun, istərsə də Avro kubok görüşləri. Bunu həm də başqa şeylə də izah etmək olar. Futbola gələn polislər həm azarkeşlərin təhlükəsizliyini qoruyur, həm də bir növ gərgin iş rejimlərindən sonra futbola baxaraq bir qədər dincəlirlər. Demək olar ki, 90% belə hallarda onlar heç nə qorumurlar. Çünki stadiona azarkeş gəlmir axı! Kimi kimdən qorusunlar, nəyi qorusunlar? Bəzən “Neftçi”-“Xəzər Lənkəran”, “Qarabağ”- “Neftçi” oyunlarında azarkeş çoxluğu müşayət olunur. Təkrarçılıq çıxmasın bir də vurğulayım. O da ki, yaz- yay aylarında, hava gözəl olanda. Ancaq futbol havasını gözəl edəcək amil azarkeşdir. Yoxsa, dünya futbolunda “azarkeş 12-ci oyunçudur” deyə bir fikir yaranmazdı. Bəlkə də hər hansı bir oyun zamanı polis işçisinə yaxınlaşsan və meydanda mübarizə aparan iki klubdan birinin heyətini həmin polisdən soruşsan, o, sənə “filan klubun azarkeşiyəm” deyən insandan daha çox məlumat verər. Çünki ən az həftədə bir dəfə polis stadionda olur, istər- istəməz heyəti əzbər yadına həkk edir. 



Bu arada yadıma daha bir fakt da düşdü. Azərbaycanın Lüksemburqla dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi ev oyunu. Həmin matç “Bakcell Arena” stadionunda keçirilmişdi və milli komandamız 1-1-lik heç heçə etmişdi. Doğrudur, həmin oyunda stadion demək olar ki, azarkeşlə dolu idi. Ancaq 60–cı dəqiqədə, hesab hələ açılmamış azarkeşlərdən gələn “istefa” şüarı içi mən qarışıq futbolçuları da məətəl qoymuşdu. Mən həmin anda Ruslan Abışovla Mahir Şükürovun bir- birinə necə yazıq, məna dolu, (axı, hələ hesab açılmayıb bunlara nə oldu belə, deyən) baxışlarının şahidi oldum. Oyundan sonra Ruslan Abışovun verdiyi açıqlama da bu istiqamətdə olmuşdu: “Hesab açılmayıb lakin azarkeşlər istefa qışqırır. Bu bizim motivasiyamıza əngəl törədir. Belə azarkeşlik edəcəklərsə, gəlməsinlər”. Mən bununla futbolçuların tərəfini saxlamıram. Bəli, həmin oyunda Azərbaycan yığması Lüksemburq kimi zəif komandanı məğlub etməyə borclu idi amma təəssüf ki, bu belə olmadı. Bununla belə insaf da yaxşı şeydi: hesab hələ açılmayıb, kimi istefaya göndərək?


Teqlər:
Bu xəbər cəmi 1975 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR