Qaynarinfo bu haqda Mash teleqram kanalına istinadla xəbər verir.
Kanalın məlumatına görə, siyasətçinin ağciyərləri 50-75% zədələnib, onda ikitərəfli qulaq iltihabı – otit var. Kanal onu da bildirir ki, həkimlər onu gündə iki dəfə çevirir, o, dekubitə qarşı döşəkdə uzanır.
Bundan əlavə, Jirinovskinin orta dərəcəli qan azlığının olduğu bildirilir. Həkimlər dərmanlarla dəmirin səviyyəsini yüksəltməyə çalışırlar. Ola bilsin ki, ona qan köçürülsün.
Jirinovski fevralın 9-da xəstəxanaya yerləşdirilib. Daha əvvəl onun əməliyyata ehtiyacı olacağı bildirilirdi.