YouTube-da izləyicilərin marağına səbəb olan 4 yaşlı əfqan uşağın ifası Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın da diqqətindən yayınmayıb.
Prezidentin qızı özünün tvitter hesabında 4 yaşlı “dahi”nin vokalına heyran qaldığını bildirib: “Dünən 4 yaşlı dahinin möhtəşəm “vokal”ını izlədim..Bu, inanılmaz bir şeydir. Buna oxşar bir şey heç vaxt görməmişdim. Bundan sonra daha çox inanırsan”.
Prezidentin qızı daha sonra həmin ifanı paylaşaraq izləyicilərini “təəccüblənməyə” çağırıb.
Gülnarə Kərimova mahnının əfqan əsilli müğənni Əfqan zairə aid olduğunu vurğulayıb.