“Toylarla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlki qərarı qüvvədə qalır”.
"BakuPost" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Epidemioloji göstəricilər nəzərə alınaraq, toylarla bağlı məsələ müzakirə mövzusu deyil. Bu səbəbdən toyların keçirilməsi qadağandır".