Bu dəfə sənətçilər Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Dünya Sülh Səfiri, Vətən mükafatı laueratı İlhamə Quliyevaya etiraz ediblər.
Mədəniyyət təmsilçiləri son günlər davam edən qalmaqallardan narahat olduqlarını ifadə ediblər.
“Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”
Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sözlərinə görə, müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır: “Sənətçi titulları ilə deyil, əməyi, zəhməti ilə tanınmalıdır. Özünüz bilirsiniz ki, mən qalmaqaldan, şoudan uzaq adamam. Mən Ramazan ayına hazırlaşıram və hər kəsi də bu müqəddəs ayda pisliklərdən uzaq olmağa çağırıram. Mənim üçün mənəviyyat hər şeydən üstdə dayanır. Kim kimi təhqir edir, aşağılayır, özü və Allahı bilsin. İstər müğənni, istər siyasətçi, istərsə də jurnalist öz hərəkətləri ilə, əməlləri ilə cəmiyyət üçün nümunə olmalıdır. Qoy hər kəs mənim dediklərimdən öz payını götürsün. Sənətdən başqa bütün digər şeylərlə gündəmə gələn müğənnilər öz əməllərinin cavabını verəcəklər. Əgər cəmiyyətdə o adamların barəsində yaxşı fikir yoxdursa, titulların nə mənası var?”
“Xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə bu qudurğanlığın göstəricisidir”
Xalq artisti, Azərbaycanın sevimli aktyoru Rasim Balayev hesab edir ki, günah səviyyəsi olmayanlara titul verib şişirdənlərdədir: “Biz onları göyə qaldırmışıq və indi də cəzasını çəkirik. Yaltaqlıq edənlər başa çəkilir, sonda xalqa üstən aşağı baxırlar. Normal adam təhqirə yol verməz. Hazırda mən müalicə olunuram və dırnaqarası xalq artistlərindən danışdıqca səhhətim daha da pisləşir. Əgər xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə bu qudurğanlığın göstəricisidir. Hər kəs öz həddini bilməlidir. Belə adamlara xəbər göndərilməlidir ki, qələt edib yerində otur. O da oturacaq. Qadın müğənni ümumiyyətlə özünə hörmət edən insan “mən yemirəm, yedizdirirəm” ifadəsini işlətməməlidir. Bu ifadəni işlədən adamın əxlaqı yerində deyil”.
“Bəzilərinin nə sənəti var, nə də əxlaqı”
Gözəl bəstəkar Nailə Mirməmmədli bəzi müğənnilərin, sənət adamlarının hərəkətinə görə xəcalət çəkdiyini bildirdi: “Onların arzuolunmaz əməllərinin zərbəsi biz bəstəkarlara da dəyir. Konsert, gecə təşkil edirsən, deyir “filankəs oxuyacaqsa, mən oxumayacağam”. Müğənnilərin arasındakı problemdən biz, cəmiyyət niyə zərər çəkməlidir? Bəzən deyirlər ki, “Xalq artisti” və digər titulların geri alınması proseduru hazırlansın. Gör vəziyyəti hansı həddə çatdırıblar ki, millət vəkilləri bu təkliflə çıxış etmək məcburiyyətində qalıblar. Müğənnilər xalq artisti və digər titullardan istifadə edib çərçivəni aşmamalıdırlar. Xalq artistləri əxlaqları ilə cəmiyyətə nümunə olmalıdırlar. Bəzilərinin sənəti var, əxlaqı yerində deyil, bəzilərində isə ikisi də yoxdur”.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.