Konsertin təşkilatçısı Nahid Emiloğlunun Lent.az-a verdiyi məlumata görə, konsertin təxirə salınmağına səbəb fevralın son 10 günlüyünün Xocalı həftəsi kimi qeyd olunmasıdır. Təşkilatçı bildirib ki, konsertin mart ayına təyin olunması gözlənilir.
Qeyd edək ki, Tarkanın konsertinin fevralın 22-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulurdu. Meqa-star fevralın 24-də isə Qəbələdə konsert proqramı ilə çıxış edəcəkdi.
Onu da əlavə edək ki, artıq neçənci dəfədir, Tarkanın konsertinin vaxtı müəyyənləşdirilsə də, sonradan təxirə salınır.