Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“KQB” “yeraz” kəlməsini hələ 1978-ci ildən qondarıb… Bundan məqsəd...”

“KQB” “yeraz” kəlməsini hələ 1978-ci ildən qondarıb… Bundan məqsəd...”
“Rüstəm İbrahimbəyov: “Yerazlar” Bakıya doluşdular, gərək onları Dağlıq Qarabağda məskunlaşdıraydılar...” “SSRİ DTK-nın idarə rəisi soruşdu ki, öz aranızda Ermənistan azərbaycanlıları ilə bağlı əsasən hansı sözü işlədirsiniz…”

Tanınmış ictimai xadim, sabiq deputat  Maksim Musayev  Moderator.az-a 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi “Parterin ilk sıralarında” adlı yeni kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısını təqdim edib.  Ölkəmizin yaxın tarixinin öyrənilməsi baxımından aktuallığını nəzərə alaraq həmin materialı olduğu kimi dəyərli oxucularımızın müzakirəsinə buraxırıq: 





 


Kitabın 224-ci səhifəsində (5-ci abzas) Əbdürrəhman Vəzirov göstərir ki, dostum Rüstəm İbrahimbəyov yazıb ki: “... “Yerazlar” Bakıya doluşdular, gərək onları Dağlıq Qarabağda məskunlaşdıraydılar...” 


 


Öncə qondarma “yeraz” kəlməsinin yaranma tarixindən… Bu, 1970-ci illərin sonlarından bəri SSRİ “KQB”-si tərəfindən  Qərbi Azərbaycanda, İrəvan elində yaşayan və 1948-1952-ci illərdə  vətənlərindən Azərbaycan SSR ərazisinə deportasiya olunmuş  qaçqınlar üçün xüsusi olaraq düşünülmiş məfhumdur, çekist terminoloqiyasıdır. 1988-1989-cu ildə “Ermənistan” deyilən qədim torpaqlarımızdan soydaşlarımızın növbəti zorakı qovulma dalğası baş verəndə bu üzdəniraq kəlmə insanlarımızın məişət leksikonuna daxil oldu. O zamanlar belə söz-söhbətlər gəzirdi ki, guya həmin kəlmə rəhmətliklər Ziya Bünyadov, yaxud Bəxtiyar Vahabzadə tərəfindən ortalığa atılıb. Bunlar yalan idi və halbuki, “yeraz” kəlməsinin müəllifi konkret bir şəxs  deyildir. Və bu qondarma ad “KQB” tərəfindən hələ Ermənistanla münaqişə başlanandan 10 il öncə quraşdırılıb…




1978-ci ildə Bakıda Xalq Nəzarət Komitəsi təşkilat şöbəsinin təlimatçısı işləyirdim. İdarəmiz Azərbaycan SSR  “KQB”-si ilə eyni binada yerləşirdi. Bir dəfə məni əvvəl işlədiyim kənd təsərrüfatı şöbəsinin müdiri Səid Rzayev dəvət edib bildirdi ki, “KQB”-nin   bir idarə rəisi səninlə görüşmək istəyir. Məlum oldu  ki,  həmin şəxs SSRİ DTK-nın idarə rəisidir.  Söhbət zamanı o dedi ki, sizin atanız Talıb Musayev Ermənistanda yüksək vəzifələrdə işləyib, el arasında böyük hörməti var, çox şeydən məlumatlıdır. Sizin özünüz də orada  və Azərbaycanda yaşayan həmyerlilərinizlə çox ünsiyyətdə olursunuz. Deyə bilərsinizmi, öz aranızda Ermənistan azərbaycanlıları ilə bağlı əsasən hansı sözü işlədirsiniz. “KQB” zabitinə  cavab verdim ki, bu haqda mənim  heç bir məlumatım yoxdur. “O barədə  heç düşünməmişəm. Birinci dəfədir, eşidirəm. Bu, nə deməkdir? Biz Ermənistanda doğulsaq, orada yasasaq da, hamımız Azərbaycanın özündə, müxtəlif regionlarımızda yaşayanlar kimi azərbaycanlıyıq”.  


 




Bu cavabımdan sonra da “KQB” zabiti əl çəkmədi. Dedi ki, get, atandan soruş və bu haqda bizə məlumat ver. Atamdan da soruşdum, o da eyni cavab verdi ki, biz hamımız bir-birimizə adi azərbaycanlı kimi yanaşırıq, bu haqda heç bir standart söz yoxdur. Ancaq bir  neçə gün sonra Səid müəllim özü məni yenə çağırdı ki, nə öyrənə bildim. Dedi ki, iki-üç nəfərdən  də soruşub, onlar da eyni cavab verib. Mən ona  sual etdim ki, kimlərdən soruşmusuz bu haqda. O cavab verdi ki, bunu deyə bilmərik.  Bu söhbətdən sonra xeyli vaxt keçdi.  Bir gün Səid Rzayev  yenə çağırdı və təklif etdi ki,  bir neçə nəfərin də razılaşdığı belə bir söz var: “yeraz”.  Mən qəti etiraz etdim ki, əvvəla,  Ermənistan azərbaycanlılarına hansısa qondarma ad, ayama qoyulmasını qəbul etmirəm. İkincisi də, “yeraz” adı gülünc bir addır. Dərhal adamın  ağlına Yerevan Avtomobil Zavodu gəlir… 


 


Bir müddət sonra mənimlə bir şöbədə işləyən Hüseynov soyadlı bir irəvanlı ilə söhbətimiz zamanı o soruşdu ki, səni də “KQB” zabiti çağırıb belə şeylər soruşublar. Dedim, hə. O dedi, mən də cavab verdim ki, biz bir-birimizə qarşı elə bir ümumi söz işlətmirik… Hüseynov da təəccüblə deyirdi ki, görəsən, bu qondarma ad kimin nəyinə lazımdır… 




Xülasə, bir neçə il keçdi və artıq  gördüm ki,  bəzi yerlərdə bu xoşagəlməz “yeraz” sözünü işlədirlər. 1988-ci ildən, yəni Ermənistandan azərbaycanlıların zorla köçürülməsi başlayandan sonra isə öncə dediyim kimi, bu qondarma ad, təəssüf ki, artıq kütləvi şəkildə işlənməyə başlandı… Həmin adın qondarılmasında SSRİ “KQB”-si, yəqin ki, öz əməkdaşları və digər məxfi qurumlar aralarındakı danışıq və yazışmalarda  “Ermənistan azərbaycanlıları” əvəzinə, qısa bir ad işlətmək məqsədi də güdüb. Amma hesab edirəm ki, əsas hədəf Azərbaycanı regionlara parçalamaq və regionlararası ziddiyyətlər yaratmaq olub… Və bu işdə Qorbaçovun dostu Vəzirovun da özünəməxsus rolu olub…”


(Davamı var)   


 

Teqlər:
Bu xəbər cəmi 3540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR