Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yaradıcılıq ruhu olmayan şair, yazıçı, jurnalist və... - BU XOŞAGƏLMƏZ TENDENSİYALARIN SƏBƏBİ NƏDİR?

Yaradıcılıq ruhu olmayan şair, yazıçı, jurnalist və... - BU XOŞAGƏLMƏZ TENDENSİYALARIN SƏBƏBİ NƏDİR?


Son zamanlar adamlar onların düşündüyü kimi, istədiyi kimi hərəkət etmək istəməyən, fikir söyləməyənlərə qarşı çox dözümsüz, aqressivdir.



Axıra qədər dinləməmiş, oxumamış və anlamamış qarşı tərəfi təhqir belə etməyə hazır olanların sayı artır. Bu da özünü daha çox ağıllı, qabiliyyətli və haqlı saymaq əlaməti kimi büruzə verir...



Ən çox narahatlıq doğuran odur ki, bir çox sahələrdə peşəkarların yerini təsadüflər tutur və ətrafındakıları da haqsızlıqda ittiham edir, həyatın umumi axarına eybəcərliklər gətirirlər.



Hamının müşahidə etdiyi bir neçə misal:



Son 10-15 ildə şahidik ki, heç bir təhsili olmayan, bir çümlə yazmaq qabiliyyəti olmayanlar özünü jurnalist adlandırıb düşdülər idarə, müəssisələrin canına.. Dilənçi ilə fərqi yalnız bir az səliqəli geyinməsi və dilənçilərdən daha "üzlü" olmasıdır...



Yaradıcılıq ruhu, düşündürücü bir fikri olmayan özünə şair, yazıçı dedi, kitablar nəşr etdirdi, "söz adamına" çevrilib məclislərin başına keçərək, hər yerdə "gözə girməyə" başladılar...



Bir müddət, elə indi də, heç bir səsi, zövqü olmayan hər adam özünü müğənni, incəsənət adamı adlandıra bildi, özün "müğənni", "sənətkar" saydı, televiziya kanallarını, toyları zəbt etdi...



Indi də hər kəs deputat olmaq istrəyir...



Təsadüfi adamlar utanmaz- utanmaz da elə hesab edir və car çəkir ki, millət vəkili olmağa ən yaxşı namizəd odur... Hamı da, abırına sığınıb onlara: ayıbdır, deyə bilmir. Görünür, bu mərhələni də keçməliyik...



Düşünürəm ki, deputatın vəzifəsi, onun üzərinə düşən missiyalar və hansı bacarıq, keyfiyyətlərə malik olması barəbə insanlarımızda yanlış təsəvvürlər var, bu sahədə əsaslı şəkildə maarifləndirmə işlərinə ehtiyac duyulur. Millət haqqında düşünən, millət vəkili olmaq istəyən məsələyə anlayışla yanaşmağa borcludur. Görməlidir ki, bu iş üçün ondan daha layiqli namizəd var, ona xeyir- dua verərək, geri çəkilmək mədəniyyəti, vətənpərvərlik göstərməlidir. Necə ki, bəzən belələri ilə qarşılaşırıq. Bu mövzuda bir ay öncə "Yeni parlament seçgiləri ərəfəsində" sərlövhəli bir yazım sosial şəbəkələrdə yayılmışdır.Hazırda ictimai qınaq, vətəndaş mövqei lazımı səviyyədə deyil. Bunun əvəzinə, azmı qarşılaşırıq millətin, xalqın əleyhinə aşağılayıcı sözlər işlədənlərlə, "biz beləyik", "düzələn deyilik" kimi yanaşmalarla, düşmən "dəyirmanına su tökmə" kimi yanlış münasibətlərlə?...Bunlar isə çox qüsurlu və yolverilməzdir.Gündən-günə inkişaf edən, qüdrətlənən müstəqil Respublikamızla qürur duyduğumuz, istedad, bilik və bacarıqlı gənclərin dünya arenasında, müxtəlif sahədə uğur qazanması, qalib olaraq Vətənimizə qələbə, mükafatlarla qayıtması, bunlarla fəxarət hissi keçirməyimiz günümüzün danılmaz reallığıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarda Respublikamızı ləyaqətlə, bacarıqla təmsil edən millət vəkillərinin səmərəli fəliyyəti bir nümunədir. Bunlar bir çox üstünlüklərimizin dünyada təsdiqidir!



Axı nəzərə almalıyıq ki, qeyd olunan fəsadlar, eybəcərliklər izsiz keçmir. Cəmiyyətdə bir çox problemlərin yaranma səbəbləri belə mənəvi aşınmalardan qaynaqlanmırmı? Nədir bunların səbəbi? Bir düşündükmü və ya düşünürükmü?

Nə deyirsiniz deyin, ancaq bunlara demokratiya deməyin! Hər birimiz, cəmiyyətin bir üzvü olaraq bu boşluqların yaranmasında, toplum halına çevrilən bu dəstələrin meydana çıxmasında nə qədər günahkarıq? Yaxud, ən azı biganəlik və mövqesizliklə nə qədər günahkarıq? Susmaq bir vərdişmi, gözükölgəlikmi, biganəlikmi?



Ancaq qəbul etməliyik ki, fəal vətəndaş mövqei olmadan problemlərin daha dərindən aradan qaldırılması mümkün deyil...


Teqlər:
Bu xəbər cəmi 3315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR