Amerikalı alimlər apardıqları tədqiqat nəticəsində qeysəriyə əməliyyatının uşaqlarda piylənməyə səbəb olduğunu bildiriblər.
Massaçusets ştatının Boston şəhərindəki uşaq hospitalında aparılan araşdırmada piylənmənin uşaq 3 yaşına çatdığı zaman özünü büruzə verdiyi öyrənilib.
Bun səbəbinə gəldikdə isə həkimlərin fikrincə, qeysəriyə əməliyyatı bağırsaqlardakı bakteriyalara təsir edir ki, bu da qidanın həzm olunmamasına gətirib çıxarır.