Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi

35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi


Ötən yazımızda 35 saylı Xətai seçki dairəsindəki əsas rəqiblərin - “Ümid” partiyasının sədri İqbal Ağazadənin və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun arasında “bir-birinə hücum etməmək” barədə şifahı razılıq (AXP sədri Pənah Hüseynin vasitəçiliyi ilə) əldə olunması barədə qeyd etmiş və belə bir proqnoz vermişdik ki, tezliklə bu razılıq pozulacaq, tərəflər fürsət düşdükcə bir-birinin boşluqlarından istifadə etməyə çalışacaq, bir-birinə qarşı antitəbliğat tezislərini dövriyyəyə buraxacaqlar.Budur, dünən İqbal Ağazadə sosial mediada yaydığı videomüraciətdə Rauf Arifoğlunun adını çəkmədən onun “səngər”inə doğru bir neçə “atəş açıb”, necə deyərlər, atəşkəsi pozub.Partiya sədri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə müraciət edərək, onu seçkilərə müdaxiə etməməyə çağırıb və əgər bu istiqamətdə fəaliyyətinə davam edərsə, onun barəsində ifşaedici məlumatlar yayacağı ilə hədələyib.



“Ümid” rəhbərinin bu cür hədələyici müraciətinin əsas səbəbi odur ki, “Yeni Müsavat” qəzetində Xətai rayonundakı bərbad küçələrin, yaşayış massivlərinin problemlərindən bəhs edən yazılar dərc olunub, bundan qısa müddət sonra İcra Hakimiyyəti öz vəzifə borcunu yerinə yetirərək həmin problemləri həll etməyə başlayıb.“Yeni Müsavat” qəzeti isə, “biz yazdıq, problemlər həll olundu” məzmunlu daha bir yazı dərc edib.Əslində bura qədər hər şey normaldır, “Yeni Müsavat” qəzeti də, digər media qurumları da bütün il boyunca ölkədəki analoji problemlərdən yazırlar və bəzi hallarda İH-lər, bələdiyyələr həmin siqnallara müsbət cavab verir, gücləri çatan problemləri (yol, su, işıq, kanalizasiya və s.) həll edirlər. İcra hakimiyyətləri son zamanlar bu işləri adlarının dilə-dişə düşməməsi üçün çox sürətlə həyata keçirirlər. Ona görə ki, həssas məqamdır, ölkədə islahat gedir, adları yarıtmaz məmur kimi “qara dəftər”ə düşənlərin karyerasında problem yaranır. Bu baxımdan indiki məqamda İH məmurlarının siqnallara operativ reaksiya verməsi anlaşılandır.



 





 



Rafiq QuliyevLakin 35 saylı dairədə məsələni qəlizləşdirən əsas detal odur ki, problemlərdən yazan və onların həll edildiyi zaman əksər qəzet və saytlar kimi, “biz yazdıq, problemlər həll olundu” deməkdən özünü saxlaya bilməyən “Yeni Müsavat” qəzeti 35 saylı seçki dairəsindən rəsmi namizəd Rauf Arifoğluya məxsusdur. Ona görə də qəzetin “biz yazdıq, problemlər həll olundu” məzmunlu qeydləri dolayısı ilə “Rauf Arifoğlu filan problemləri həll etdi” anlamına gəlir, ya da gətirilir.Bununla, dolayısıyla olsa da, İqbal Ağazadə birbaşa seçki təbliğatı, hətta “administrativ resursların Arifoğlunun xeyrinə sərf edilməsi” xəttini görür.Gerçəkliyə qalsa, burada heç bir qanun pozuntusu yoxdur, qəzet yazır, İH problemləri həll edir. Və bunu onlara yasaqlamaq olmaz. Hər kəs öz işini görür. Görülən işlərin namizədlərdən birinin ayağına yazılması isə artıq yozmaq məsələsidir. Əgər Rauf Arifoğlu çıxıb açıq tekstlə “filan küçələrdəki problemləri mən həll etdim” desə və ya jurnalistlər “o problemləri Rauf Arifoğlu həll etdi” yazsa, bu seçki təbliğatı sayıla bilər. İndiki halda isə bu qənaətə yalnız mövzuya dair məqamları yoza-yoza, detalları bir araya toplayaraq, aralarında bağlantı qurmaq yoluyla gəlmək mümkündür. Və İqbal Ağzadə də belə edir.



Onun belə bir müraciət etməsi və bunun ilk, ancaq sonuncu olmayacağını bildirməsi iki mətləbdən xəbər verir:



1. Ağazadə Arifoğlundan bu cür qızğın seçki kampaniyası gözləmədiyi üçün öz kampaniyasının bir qədər sönük qaldığını, indiyə qədər neytral mövqedə olmuş seçicilərin rəqibinə doğru meylləndiyini görür və haqlı olaraq əndişələnir.



2. O, bu kütləvi meyllənmənin üzərinə inzibati resursların da Arifoğlunun xeyrinə ola biləcəyi ehtimalını gəlir və İH başçısının təhdid etməklə onu neytrallaşdırmağa, seçkinin nəticələrinə indidən kölgə salmağa çalışır.



Lakin bu müraciətin əsas mənfi cəhəti odur ki, İH başçıları gərək seçki bitənə qədər öz vəzifə borclarını yerinə yetirmək əvəzinə hərəkətsizlik etsinlər, seçki kampaniyasının bitməsini gözləsinlər. Çünki onların qol qoyduğu hər hansı bir abadlıq işi namizədlərdən birinin və ya bir neçəsinin xidməti kimi yozula bilər.



Bu isə, əslində xalqın ümdə maraqlarına zidd mövqedir. Çünki hər kəsə aydındır: bu ölkədə əsas abadlıq işləri seçki ərəfəsində görülür. İH aparatları və bələdiyyə şuraları məhz seçkilər ərəfəsində (bir də dövlət rəhbərliyinin təşrif buyuracağı məqamlarda) öz işlərini canfəşanlıqla görürlər. Əgər onları təhdid edərək öz görəcəkləri işi təxirə saldırsalar, onda insanların problemlərinin həlli bir az da ləngiyəcək, ya da tamamilə ertələnəcək (yaddan çıxacaq da demək olar). Bununla belə, İqbal Ağzadənin Rafiq Quliyevə ünvanladığı müraciətin sonunda yaxşı bir fikir var. O deyir ki, özü də bənzər videolar çəkib, bəzi küçələrin problemlərini qaldıracaq və İH başçısından adekvat münasibət gözləyəcək.



Bax, bu, çox yaxşı olar. Arada camaatın problemləri həll edilər. Lakin bu halda İqbal Ağazadənin təcili bir qəzet (sayt, tv) təsis etməsi lazımdır ki, bu qurum “biz yazdıq, problemlər həll olundu” qeydi ilə çıxış edə bilsin. Yoxsa “İqbal Ağzadə çəkdi, yazdı, problemlər həll olundu” qeydi yolverilməz seçki təbliğarı hesab olunacaq.



Bir sözlə, 35 saylı dairə bizi darıxmağa qoymayacaq.


Teqlər:
Bu xəbər cəmi 2440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR