Hər hansı bir xalqa düşmən xüsusi xidmət orqanlarının kütlələri idarə etmək üçün yararlandığı silahlar arasında şayiə və məqsədli şəkildə qondarılmış jarqon, ayama və bəzi kəlmələr də böyük rol oynayır...
XX əsrin sonlarından bəri Azərbaycanın qədim İrəvan, Zəngəzur, Göyçə, Basarkeçər, Dərələyiz və s. yurdlarından deportasiya edilmiş və ya didərgin salınmış soydaşlarımıza küçə, məişət söhbətləri səviyyəsində “yeraz” deyilməsi artıq xoşagəlməz bir gerçəkliyə çevrilib...
Belə bir versiyalar səslənir ki, guya bu üzdəniraq məfhum 1988-ci ilin sonlarında Qərbi Azərbaycandan daşnak ermənilər tərəfindən soydaşlarımızın didərgin salınmasından sonra rəhmətliklər Ziya Bünyadov və ya Bəxtiyar Vahabzadə tərəfindən ortalığa atılıb. Ancaq bu məlumat tam yanlışdır. Araşdırmalardan bəlli olur ki, bu qondarma sözü hələ sovet hakimiyyəti illərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycan SSR-dəki idarəsi ilə birlikdə Bakıda “icad” edib...
Bəs hazırda, təəssüf ki, dar düşüncəlilərimizin Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı kinayə ilə işlətdiyi qıcıqlandırıcı “yeraz” kəlməsi konkret nə vaxt və kimlər tərəfindən qondarılıb? “KQB” bunu hansı taktiki və strateji məqsədlərlə edib?..
Bu və ya digər suallara tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayevin tezliklə Moderator.az-də təqdim ediləcək, 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr olunmuş “Parterin ilk sıralarında” adlı yeni kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısında cavab tapa bilərsiniz.