“Oxumadığım kitabı satmıram” – Şahbaz Xuduoğludan maraqlı açıqlamalar - VİDEO
Azərbaycanda çap olunan dəyərli kitabların xaricə çıxışı üçün Tərcümə Mərkəzinə müraciət eləmişdim, amma təşəbbüsüm eşidilmədi.
Yenimeydan.info xəbər verir ki, bu sözləri Teleqraf.com-a video-müsahibəsində "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib.
Müsahibədən seçmə fikirləri və onun videosunu təqdim edirik: "Kitab yarmarkası ilə bağlı təkliflərim var"; "Maliyyə vəsaitinin çoxu klassiklərə sərf olunur, bu, düz deyil"; "Oxucuların 70 faizi qadınlardır"; "İnsan bağırsağından yazmaq niyə ağlınıza gəlmir?"; "Məmurun kitabına 90 manat qiymət qoyulmuşdu".
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.