Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Milləti düşünməyən millət vəkilləri daha nə qədər o kresloda oturacaq..?"

“Yanvarın 1-də 10 saylı Binəqədi üçüncü dairə seçki komissiyasından Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi imza vərəqələrini götürdü və elə həmin tarixdən də imzatoplama kompaniyasına başladıq”.


Bunu sosial media üzərindəki paylaşımında MMP-nin sədr müavini Könül İsmayılova yazıb.



 Könül xanım iki gündür özünün iştirakı ilə Biləcəri qəsəbəsində 130 ailədə olduğunu və onların imzalarını aldığını bildirib:



 “Hər bir seçicini şəxsən dinləmişəm. Söhbətlərdən belə məlum olub ki, onlar Biləcəri qəsəbəsindən seçilən keçmiş millət vəkillərinin üzünü də görməyiblər, sadəcə adını eşidiblər.



Seçicilərin sosial problemləri o qədər çoxdur ki, insan onları dinlədikcə, cox məyus olur. 5 illiklərdi o postu tutan millət vəkili qəsəbədə onu “seçən” seçicilərinin problemlərini həll etmək üçün cəhd də etməyib. Dəhşətdir! Əgər millətə qayğı göstərə bilmirdisə, niyə millət vəkili adını daşıyır və bu postu indiyə qədər “zanit” saxlayıb, üstəlik yenidən namizədliyini verib? Daha nə qədər öz cibinə işləyənlər o kürsülərdə əyləşəcək? Axı cənab Prezident jurnalistlərlə görüşündə də bildirdi ki, millət vəkili olmaq istəyən, dairəsini tanısın. Yəni seçiciləri ilə tanış olsun. Amma mən qapı-qapı gəzdiyim küçələrdə eks deputat heç imza toplamağa da gəlməyib, ümumiyyətlə seçicilərini tanımır, eləcə də seçicilər onu tanımır”.



Könül İsmayılova bildirib ki, imzatoplama kompaniyasında partiyanın 2-ci qrupu Binəqədi qəsəbəsi ilə işləyir. Orada isə vəziyyət ürəkaçan deyil:



 İnsanları qorxudurlar ki, heç kimə imza verməyin sizin millət vəkiliniz var3-cü qrupumuz 9 mk/r işləyir. Orda isə əhalinin bir hissəsindən şəxsiyyət vəsiqələri yığılıb və əraziyə baxan uçaskovu şəxsiyyət vəsiqəsinin surətin yığıb. Görəsən niyə bu qədər narahatdırlar? Niyə imkan vermirlər ki, real, düzgün seçki keçirilsin? Milləti düşünməyən millət vəkilləri daha nə qədər o kresloda oturacaq? Dincəlmək üçün o kresloda yox, gedib dəbdəbəli villalarında dincəlsələr yaxşıdır... Axı seçicilər sizləri istəmir, sizləri tanımır...



 Keçmiş millət vəkilləri, pensiya yaşı ötmüş millət vəkilləri, həqiqətən yenidən o kresloda oturmaq istəyirsinizsə, xalqın içində olun, evlərə gedin ki, sizi həqiqətən tanısınlar. Çünki o tanımadığınız insanlardan səs olaraq, say olaraq istifadə edirsiniz”.



 


Teqlər:
Bu xəbər cəmi 3320 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR