ANN.Az-ın "Huffington Post"a istinadən verdiyi xəbərə görə, ölkənin yekə qarına sahib polisləri formaya düşmək və sağlam həyat tərzinə keçmək üçün 12 günlük düşərgələrə qoşulurlar.
Paytaxt Banqkoq ətrafında təşkil edilən düşərgədə təxminən 60-a yaxın polis iştirak edəcək. Polislər arıqlama prosesinin bir hissəsi kimi səhərlər tezdən duraraq qaçacaq, yoqayla məşğul olacaq və müxtəlif aerobik rəqslər edəcəklər.
Düşərgədə həmçinin qida mütəxəssisləri və müxtəlif treynerlər polislərə mühazirə deyəcək. 12 günlük proqramın sonunda ən çox arıqlayan polis 160 dollar mükafat alacaq.
Qeyd edək ki, Taylannda hər il aparılan polis yoxlanmasının nəticəsinə görə, ölkənin 200 minə yaxın polis əməkdaşı arasında ən çox yayılan xəstəlik piylik xəstəliyi, yüksək xolesterol, qaraciyər problemləri, yüksək qan təzyiqi və şəkərdir.