Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılıb.
TİA.AZ xəbər verir ki, bu barədə futbolçu özü Qazaxıstanın Sports.kz saytına açıqlamasında bildirib.
O, yeni klub axtardığını deyib: ““Qarabağ”dan ayrılmışam. Agentim yeni klubla danışıqlar aparıb. Amma hələ qərar verməmişəm. İndi tətildəyəm və bir neçə gün sonra qərarımı açıqlayacam”.