Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ölkə prezidentinə müraciət etmişəm” - Müsahibə

“Ölkə prezidentinə müraciət etmişəm” - Müsahibə

Ümid Partiyasının sədri, 2015-ci ilin parlament seçkilərində deputatlığa namizədliyini vermiş İqbal Ağazadə “Yeni Müsavat”a müsahibəsində seçkilər və bundan sonrakı fəaliyyəti ilə bağlı  danışıb.


 


- İqbal bəy,  ölkədə parlament seçkilərindən öncəki və sonrakı siyasi durumu necə qiymətləndirirsiz?


 


- Durğun siyasi dövrdür. Çünki regionda  baş verən hadisələr və  geopolitikada böyük gəlişmələr vardır ki, bu da Azərbaycanı proseslərin içərisində çox kiçik göstərir. Hesab edirəm ki, buna görə də vəziyyət haqqında ümidli danışmaq mümkün deyil. Azərbaycan təkcə özünə aid və məxsus siyasət yürüdüb, qərarlar verə bilmir. Regionda baş verən hadisələrdən Azərbaycanın taleyi çox asılıdır. Yaxın Şərqdə, postsovet ölkələrində, Rusiya və Avropa Birliyi, Amerika münasibətlərindən kifayət qədər asılıyıq. Bu gəlişmələrin Azərbaycandakı proseslərə hökmən təsiri olacaq. Ona görə də hesab edirəm ki,  hadisələrin axarını gözləmək daha düzgün olar. Ancaq təbii ki, dövlət, xalq və müxalifət olaraq üzərimizə böyük vəzifələr düşür. Bu məsələlərdə hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, ölkədə daxili sabitliyi qorumaq, dövlət üçün zərər verəcək hər bir şeyi aradan qaldırmaq  bizim ən böyük vəzifəmizdir. 


 


- 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər ölkə müxalifəti nə etməlidir? Konkret olaraq Ümid Partiyasının planları nədir?


 


- İlk növbədə ölkə müxalifətinin qarşısında duran vəzifə seçici ilə düzgün işləmək və doğru mesajlar verməkdir. Qrup şəkilində fəaliyyət yox, xalqı prosesin içərisinə çəkməyi bacarmaq lazımdır. Çünki   siyasət uzun illərdir bu şəkildə davam edir. Müxalifət olaraq qrup şəkilində prosesi davam etdiririk, xalq isə  gedən proseslərdən kənarda qalmış kimi görünür. Xalqın proseslərdən kənarda qalması əslində iqtidarın da işinə yarayır. İqtidar qrupların savaşında maraqlıdır. Bu savaşda isə inzibati maliyyə resursları kifayət qədər güclü olan iqtidar hər zaman udur. 






- Belə çıxır ki, xalq prosesdə deyilsə, iqtidarın yanındadır?


 


- Xeyr, bu o demək deyil. Xalq sadəcə olaraq iqtidarla problemlərini həll edə bilmədiyi üçün ona inanmır. Müxalifətin mesajları isə onun tələblərinə cavab vermir. Ən başlıca məqsəd və vəzifəmiz 2018-ci ilə qədər bu sistemi dəyişmək və xalqla, seçici ilə münasibətlərimizi yeni müstəviyə çıxarmaqdır. 


 


- Bəzi siyasi qurumlar seçkilərə qatılmaqdan imtina edərək, boykot qərarını verdilər. Bunu doğru addım hesab etmək olarmı?


 


- Boykot qərarını doğru addım hesab etmirəm. Düşünürəm ki, mübarizə və seçici ilə ünsiyyət sona qədər davam etməlidir. Bu proses seçicinin rəyini  alana qədər də getməlidir. Ən asan şey, boykot etməkdir. Nə qədər çox mübarizə olacaqsa, o qədər də nəticə olacaq. Nəticəni prosesin içərisində olaraq əldə etmək mümkündür. Prosesdən kənarda nəticə olmur.  Daha çox adam qatılmış olsaydı, eyni sayda da seçici proseslərə qarışacaqdı.


 


- “125-lər” Siyasi Klubunun bundan sonrakı aqibəti necə olacaq?


 


- Bu barədə danışacağıq. Biz bunu birdəfəlik layihə kimi nəzərdə tutmamışıq. Bu, bir prosesdir. Azərbaycan demokratikləşənə qədə bu proses davam edəcək. Ancaq “125-lər” barədə qərarı mən vermirəm, bütövlükdə “125-lər” klubu verir. Yaxın günlərdə   parlament seçkiləri ilə bağlı şikayətlər və mübahisəli məsələlər bitdikdən sonra yığışıb qərar verəcəyik.






- Ümid Partiyası olaraq müxalifət partiyaları ilə hər hansı bir yeni formalı əməkdaşlıq barəsində düşünürsünüzmü?


 


- Biz müxalifət partiyaları ilə hər zaman əməkdaşlıq etmişik. İstər 2013-cü ilin prezident seçkiləri ərəfəsində, istərsə də sonrakı dövrlərdə insan haqlarının pozulması və demokratikləşmə ilə bağlı  məsələlərdə eyni fikir mərkəzində olmuşuq. Seçkilərə ayrı getmişik. Ancaq bundan sonra yenə də əməkdaşlığımızı davam edəcəyik. Biz açıq təşkilatıq. Azərbaycanın demokratikləşməsi istiqamətində, hər kəsə  doğru addım atmağı bacarırıq. 


 


- İqbal bəy, gözləyirdinizmi ki, seçkilərin nəticəsində sizin namizəd olduğunuz dairədən Araz Əlizadə seçiləcək?


 


- Araz Əlizadə seçilməyib. Onun saxta nəticələri elan olunub. Bu əlimdə olan protokollardan da bəllidir. 26 məntəqənin protokolu əlimdədir. Bu protokollara əsasən Araz Əlizadə 3 hərbi hissədə olan səsləri çıxarsaq, cəmi 406 səs toplayıb. Qeyd etdiyim hərbi hissələrdən də ona 1300 səs yazıblar. Mən isə rəsmi, möhürlü protokollara görə 7 mindən yuxarı səs toplamışam. Buna görə də “Araz Əlizadə seçilib” deyə bir anlayış yoxdur. Dairə Seçki Komissiyası (DSK) və Mərkəzi Seçki Komissiyası (MSK) saxta rəqəmlərlə Araz Əlizadəni qalib elan edə bilər. Ancaq bu təkcə bizim verdiyimiz rəqəmlərlə deyil, MSK-nın öz  rəqəmlərində də var. Yeri gəlmişkən, biz bəzi  mərhələli mübarizə taktikası seçmişdik. Əvvəlcə əlimizdə olan protokollara rəğmən, məntəqələrin ayrı-ayrı hissələrinin ləğv olunmasını düşünmüşdük. Bizim təkzibedilməz faktlarımız qarşısında Araz Əlizadəyə  98 faiz səs yazdıqları 26 və 18-ci məntəqələri ləğv etdilər. Bunun müqabilində guya digərlərinin də şikayətləri əsasında ən çox mənim real səs topladığım 3 məntəqəni də ləğv etdilər. Ancaq əslində bununla bağlı nə iclas keçirildi, nə də ekspert qrupu işlədi. Dairədəki nümayəndəmizə heç bununla bağlı məlumat da verilməyib. MSK-nın elan etdiyi seçici fəallığı siyahısında kifayət qədər ciddi rəqəmlər var. Misal üçün, saat 19:00-da qutular bağlanan zaman seçki bülletenlərinin sayı 19 min 400 göstərilib. Rəsmi nəticələrdə isə 18 min seçici qeyd olunub. Bu kimi faktlar çoxdur. Rəsmi protokollarda da açıq-aşkar Araz Əlizadənin neçə səs toplaması qeyd olunub. Misal üçün, 2 saylı protokolda 131 səs İqbal Ağazadədir, 91 səs Araz Əlizadədə. Lakin siyahıda Araz Əlizadəyə 350 səs yazılıb. Bu cür faktlar da çoxdur və hər biri faktlarla əlimizdədir. MSK və dairə yetkililəri bu faktları öz üzərilərindən atırlar. Hesab edirlər ki, bu, siyasi qərardır. Bu gün Baş Prokurorluğa da müraciət edəcəyik. O cümlədən hələ ictimaiyyətə bəlli olmayan, bəzi videoları təqdim etmişik. Bu videoda kim tərəfindən saxtalaşdırıldığı və sifarişin kimin verməsi ilə bağlı faktlar var. Qeyd etdiyim kimi bu barədə ictimaiyyətə məlumat verməsək də, yetkili orqanlara materiallarımızı göndərmişik. 


 


- Seçicilərinizdən sizinlə əlaqə saxlayanlar olurmu?


 


- Zəng edirlər. Onların hər birinə minnətdaram. Bir daha sizin qəzetiniz vasitəsi ilə də öz təşəkkürümü bildirirəm. Çox təkliflər irəli sürdülər. Lakin bildirdik ki, hüquqi müstəvidə mübarizəmizə davam edəcəyik. Seçicilərimə bildirirəm ki, mən sizinləyəm. Hər zaman problemlərinizi dilə gətirəcəyəm. Parlament kürsüsündə olmayacamsa, problemlərinizi kütləvi informasiya vasitələri ilə siyasi partiya rəhbəri kimi səsləndirəcəyəm. Bu hal, əslində Xətai rayon seçicilərinin hüququnun pozulmasıdır. 702 səs qazandığım məntəqə var ki, Araz Əlizaədə oradan 11 səs alıb. Bunların hamısının videosu, protokolu var. Bu qədər saxtakarlığa necə getmək olar? Bununla bağlı həm rəsmi saytı, həm də twitter səhifəsi vasitəsi ilə cənab prezidentə də müraciət etmişəm. Hesab edirəm ki, bunun da bir təsiri olacaq. Bu qədər açıq-aydın saxtakarlıq mümkün deyil. Bu tipli hadisələr çox nadir hallarda olur. Adətən olur ki, protokolları vermirlər və sonda saxtalaşdırırlar. Səsləri oğurlanan  tərəf həqiqəti deyir, ancaq əlində fakt olmur. Bizim isə bu qədər faktlarımız var. Səslər arasında o qədər fərq vardı ki, məntəqə komissiyaları belə bu qədər fərqin necə qapadılacağını ağıllarına gətirmirdilər. Çox qısa zamanda qutu açıldı. O zamana qədər də bizim ərazimizdə elə bir ciddi qanun pozuntusu yox idi. Karuselə imkan vermədik, saxta bülletenlər doldurmağa şərait yaratmadıq. Yalnız 21 saylı  məntəqədə qutuya saxta bülleten atılmasına cəhd edildi. Bunu da aşkar edərək “102” xidmətinə zəng etdik. Onlar həmin şəxsi həbs etdilər. 


 


- Məlumat yayılıb ki, Araz Əlizadənin sizin və yaxınlarınızla arasında olan gərginlik sonrası bərk xəstələnərək, hətta yatağa düşüb. Aranızda söylədikləriniz xaricində, ictimaiyyətdən xəbərsiz hansısa gərginlik yaşanıbmı?


 


- Araz Əlizadəyə Allahdan şəfa diləyirəm. Heç kimin də xəstələnərək mübarizəni dayandırmasını arzu etmirəm. Ancaq biz ona heç bir təzyiq filan göstərməmişik. Mətbuatda saxtakarlıqla bağlı mövqeyimizi bildirmişik. Əgər bu ona təsir edibsə, başqa məsələ.


 


- Sizcə, müxtəlif qurumlara etdiyiniz müraciətlərə müsbət cavab veriləcəkmi?


 


- Hesab edirəm ki, bu, araşdırılmalıdır. Zərrə qədər hüquqa, qanunlara hörmət edən hər kəs faktların qarşısında sadəcə olaraq gerçəyi etiraf etməyə borcludur. Ancaq edəcəklərmi? Buna mən cavab verə bilmərəm.


 


- Millət vəkili olmamağınız həyatınıza necə təsir edəcək?


 


- Mən deputat ola-ola həbsdə olmuşam (gülür). Siyasət bir mərhələdən ibarət deyil. Burada müxtəlif mərhələlər və rənglər var.


 


- Hazırkı Milli Məclisi “müxalifətsiz parlament” kimi xarakterizə edənlər də var. Siz necə düşünürsüz?


 


- Ötən illərdə ABŞ Dövlət Departamenti parlamentin tək müxalifəti olaraq məni və Ümid Partiyasını qəbul etmişdi. Əgər bu gün biz də və digərləri də yoxdursa, bu, həqiqətdir.

Teqlər:
Bu xəbər cəmi 3580 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR