Qarabağ bizim torpağımızdır və istədiyi vaxt Mehriban xanım Əliyeva o torpaqlara gedəcək. Bu səfər isə yaxın vaxtlarda reallaşacaq və buna heç kimin şübhəsi olmasın”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Anna Akopyanın sərsəm fikirlərinə münasibət bildirərkən deyib. H.Hacıyev A.Akopyanın çıxışlarının elə bir əhəmiyyət kəsb etmədiyini bildirib:
“Paşinyanın özü də, arvadı da çaşıb, onların ağlı yoxdur. İlk öncə Paşinyanın nə ixtiyarı var ki, gəlib bizim torpaqlarda o cür qələtlər edir, o cümlədən də onun arvadının çıxışları elə bir əhəmiyyət kəsb etmir. Qarabağ bizim torpağımızdır və istədiyi vaxt Mehriban xanım Əliyeva o torpaqlara gedəcək. Bu səfər isə yaxın vaxtlarda reallaşacaq və buna heç kimin şübhəsi olmasın. Bizim içimizdə bunu istəməyən qüvvələr də var. Qaldı ki, Qarabağ Azərbaycanın torpağıdır Mehriban xanım orda muğama da qulaq asacaq, biz Şuşaya da gedəcəyik. Heç kim bundan narahat olmasın. O cümlədən də Paşinyanın küçələrdə qalmış arvadı bu haqda danışanda etik qaydalara riayət etsə, daha yaxşı olar. Biz Anna Akopyanın Azərbayacana gəlməsinə etiraz etmirik, Azərbaycan tolerant, demokratik bir dövlətdir və istənilən adam ölkəyə gələ bilər. Amma A.Akopyanın bu cür danışması yolverilməzdir, o, yerini bilməlidir.
Paşinyan da ondan əvvəl hakimiyyətdə olanların taleyini yaşayacaq və o, elə düşünməsin ki, hər şey belə də olacaq. S.Sarkisyanın da arvadı belə deyirdi, amma axır aqibətləri nə oldu onlara cinayət işi açıldı. Azərbaycan bu gün qalib, demokratik bir dövlətdir, inkişafa doğru gedir və öz torpaqlarını da işğaldan azad edəcək. Ölkə başçısı İlham Əliyev dəfələrlə qeyd edir ki, biz torpaqlarımızın bir qarışını belə heç kimə verəsi deyilik və biz də bu ruhla, düşüncəylə yaşayırıq və gözləyirik ki, bu istiqamətdə çox ciddi addımlar atılacaq. A.Akopyanın Azərbaycana gəlməsini pis hal hesab etmirəm, çünki bir müddət öncə erməni jurnalistləri də Azərbaycana gəldi. Amma gərək o, dediyi sözlərə də sərhəd qoysun və bilsin ki, bu dünya o dünya deyil, hər gün dəyişir və heç vaxt işğalçı şəxslər əbədi olaraq hakimiyyətdə qala bilmirlər və işğal etdikləri torpaqları əllərində saxlaya bilməyəcəklər. Azərbaycanın qüdrətli ordusu var, vaxtı çatanda Ali Baş Komandan ciddi əmr verəcək və bizlərin də hər biri buna tabe olan insanlarıq. Bu gün dünyada gedən proseslər bizim tərəfimizdədir, BMT-nin dörd qətnaməsi qəbul olunub və son vaxtlar aparılan danışıqlar bizə ümid verir ki, əgər özümüzü içimizdəki xəyanətkarlardan qoruya bilsək, torpaqlarımızı qısa müddətdə işğaldan azad edəcəyik”.