Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fazil Mustafa: “Məndə Azərbaycanla bağlı heç bir qərar şok effekti yaratmır”

Fazil Mustafa: “Məndə Azərbaycanla bağlı heç bir qərar şok effekti yaratmır”
“Fərqli bir situasiya yaranıb və belə qərar verilib”

Deputat, parlament partiyalarından birinin - Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış yeni situasiya barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:


- Fazil bəy, növbədənkənar seçki qərarının veriləcəyindən məlumatınız var idi?


- Xeyr, məlumatsız idim. 


- Yəni siz də bir çoxları kimi şoka düşdünüz?


- Yox. Vallah, məndə Azərbaycanla bağlı heç bir qərar şok effekti yaratmır. Çünki elə bir bölgədəyik ki, hər bir qərara hazır olmalıyıq. Sabah müharibə ola bilər, deməyəcəyik ki, şoka düşdük. 20 ildir anons edilir ki, hər an təhlükə ola bilər. Ona görə də biz siyasi həm partiya olaraq seçkiyə, həm də əsgər olaraq müharibəyə hazırıq!


- Məsələnin konstitusion tərəfi barədə hüquqşünas olaraq nə deyə bilərsiniz?


- Bu qərar konstitusiyaya uyğundur. Prezident parlamenti baş nazirin təsdiq olunmaması halında, Mərkəzi Bankın İdarə Heyəti formalaşmayanda və parlamentin 83 nəfərdən və ondan az tərkibi olduqda, artıq parlamentin fəaliyyətinə xitam verilə bilər. Yəqin ki, bu variant olacaq və parlament seçkiləri elan olunandan sonra iki ay müddətində keçiriləcək. İndiki halda konstitusiyanın heç bir maddəsi pozulmur. YAP parlamenti buraxmır, üzvlərinə çağırış edir, onlar da fərdi olaraq ərizə yazırlar, istefa verirlər.


-Fazil bəy, bundan əvvəl YAP rəhbərliyində olan səlahiyyətli şəxslər dəfələrlə bildirmişdilər ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə əsas yoxdur. Sizcə, bu qərarın verilməsi zərurəti haradan qaynaqlandı?


- Bir sıra hallarda əvvəldən bildirilənlər sonradan qərarla dəyişilir. Ona görə də bu mənada siyasətçilərə hər zaman ehtiyatla yanaşmaq lazımdır. O vaxt elə açıqlama verilmişdi. Situasiya dəyişdi. Fərqli bir situasiya yaranıb və belə qərar verilib.


- Növbədənkənar parlament seçkilərinə gedilməsi üçün referendum tələbi barədə də danışılırdı...


- Yox, yeni bir referendumun keçirilməsinə ehtiyac yoxdur. Ola bilsin doğru anlaşılmayıb. Əgər burada parlamentin say tərkibi yetərli deyilsə, avtomatik olaraq onun fəaliyyətinə xitam verilir və buraxılır. Yəni tam qanuni əsaslarla qəbul olunan qərar olacaq.


- Parlament seçkilərinin gündəmə gəlməsi ilə bələdiyyə seçkiləri yenə arxa plana keçdi, eləmi?


- Bələdiyyə seçkiləri tam fərqli platformadır, parlament seçkiləri bir başqa. İki fərqli platformadan söhbət gedir.


- Artıq parlament seçkilərinə start vermisiniz?


- Yox. Hələ qərar verilsin. Onsuz da bələdiyyələrlə bağlı bizim seçki qərargahımız çalışır. Onun işini gücləndirib parlament seçkilərinə yönəldəcəyik.


- Deməli, parlamentin 29 noyabr iclası sonuncu olacaq, eləmi?


- Yox, ola bilsin sabah sonuncu olmasın. Çünki biz büdcəni 3-cü oxunuşda qəbul etməliyik. Büdcə qəbul olunandan sonra çox güman ki, buraxılacaq. Büdcəni yarımçıq qoya bilmərik axı.


- Yeri gəlmişkən, parlament Ombudsmanı da seçməlidir...


- Seçkini Ombudsmansız keçirmək olar, amma büdcəsiz keçirmək olmaz.


- Seçki nə vaxt keçirilə bilər?


- İki ay müddətdən söhbət gedir. Məsələn, əgər seçki dekabrın əvvəlində təyin edilirsə, iki ay müddətində keçirilməlidir. Çox güman ki, fevralın əvvəlində, yaxud ortalarında seçki keçirilə bilər.


- Azərbaycanda bu, bir ilkdir...


 Dünyada belə hallar çox olub. Hər halda, dünya ilə ayaqlaşmaq lazımdır.


- Tərkiblə bağlı gözləntiniz nədən ibarətdir?


- Bu barədə heç nə deyə bilmərəm. Çünki bunu xalq müəyyən edir. Seçici müəyyən edəcək ki, kim seçilir, kim yox. Biz tərkibi indidən söyləyə bilmərik axı...

Teqlər:
Bu xəbər cəmi 3165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR