Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!

“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!
"Nar” ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş olunduğu 25-ci "BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. Dekabrın 3-6-da keçiriləcək sərgidə yenilənmiş "Nar” stendinə yaxınlaşan ziyarətçilər həm mobil operatorun məhsulları ilə tanış ola biləcək, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.


Qeyd edək ki, dörd gün davam edəcək sərgidə "Nar” hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verən "Nar+” tətbiqini, "WhatsApp”-da pulsuz yazışma, sərfəli zəng və internet təklifi ilə səyahətsevərlərin istirahətini daha zövqedici edən "Rominq” paketlərini, həm internetdən, həm də sosial şəbəkələrdən çox istifadə edənlər üçün ikiqat internetdən yararlanmaq imkanı verən "CavanNar” tarifini abunəçilərinə təqdim edəcək. Ziyarətçilər eyni zamanda virtual reallıq oyunu vasitəsilə "Nar” şəbəkəsini test və 4G sürətini hiss edə biləcəklər



Bundan başqa, mobil operatorun stendində əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi 4 gün ərzində "Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon qazana biləcəklər.Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci "BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisindəki "Nar” stendinə dəvət edir.


Teqlər:
Bu xəbər cəmi 3375 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR