Vətəninfo.az-ın Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola özünə Beverli-Hillsdə 58 milyon dəyərində olan villa alıb. Villada 7 yataq otağı, 11 hamam, art-qalereya, lift, ofis-kabinet, oxu zalı, hovuz və s. var. Villanın bağçasında bir neçə fəvvarə və süni arxlar yaradılıb. Yeraltı qarajda 12 maşın saxlamaq üçün nəzərdə tutulan yer də var. Yaxınlıqda isə personal üçün qonaq evi yerləşir.
2010-cu ildə Lola Jenevrə yaxınlığında 41 milyon dollara daha bir villaya sahiblənmişdi. Lolanın böyük bacısı Gülnarə isə Özbəkistanın İspaniyadakı səfiridir. Gülnarənin İsveçrədə 18 milyonluq malikanəsinin olduğu vurğulanır.