Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"


"Mediamız bərbəd vəziyyətdədir, yaltaqlıqla məşğuldurlar, ancaq şəxsi problemlərinin həllinə çalışırlar"



 Moderator.az xəbər verir ki, tanınmış politoloq, istiqlalçı deputat, professor Cümşüd Nuriyev AYNA-ya müsahibəsində ölkədə aparılan kadr islahatlarından, medianın hazırkı durumundan və bir sıra digər məsələlərdən danışıb, suallarımıza aydınlıq gətirib.



 "Nazirliklərin, tamamilə gənclərdən ibarət olması problem yaradır"



 - Cümşüd müəllim, son dövrdə ölkədə bir sıra kadr dəyişiklikləri oldu. Hətta gözləmədiyimiz şəxslər belə, öz postundan getdi və ya göndərildi. Bu islahatları necə qiymətləndirirsiniz?



 - Kadr islahatlarını müsbət qiymətləndirirəm, dünyanın hər yerində kadr islhatları ilə bağlı rotasiya deyilən bir qanunauyğunluq var. Bizdə isə elə məmurlar - nazirlər, icra başçıları var ki, 10, hətta 20-25 ildir vəzifə başında oturublar. Ounlar artıq iş yerlərinə o qədər alışıblar ki, Azərbaycanla bağlı fikirləri də yoxdur. Oturduqları kürsüdən beşəlli yapışmaqla şəxsi problemlərini həll etməklə məşğuldurlar.



Image result for cümşüd nuriyev



- Gənc kadrların vəzifələrə, xüsusilə nazirliklərə gətirilməsini necə dəyələndirirsiniz?



 



- Nazirliklərin, tamamilə gənclərdən ibarət olması Azərbaycan üçün problem yaradır. Məsələn, İngiltərədə siyasi hakimiyyət dəyişilsə belə, kiminsə nazirin birinci müavinini dəyişməyə ixtiyarı yoxdur. Bizdə isə çox axmaq bir tendensiya yaranıb, nazir hansı bölgədəndirsə, sanki ziyafət məclisi verirmiş kimi, həmin bölgədən olan dostlarını, tanışlarını, qohumlarını yığır ətrafına. Prezident bunlara etimad göstərir, ancaq təəssüf ki, onlar bu məsuliyyəti dərk etmirlər. Yaxşı olar ki, gənclər formaşana qədər, hətta nazir gənc olsa belə, müavinlərindən biri mütləq təcrübəli şəxs olsun. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində köhnədən heç kim qalmayıb, təzə gələnlər də o sahəni yaxşı bilmirlər. Buna görə də il yarımdır, sanki tədris kombinatı kimi fəaliyyət göstərirlər, işi öyrənməyə çalışırlar. Yaxşı olar ki, cənab Prezident bu məsələlərə də xüsusi diqqət yetirsin.



 



"Kadr islahatları dayansa, təhlükəli tendensiya yaranar"



 



- Sizcə, kadr islahatları davam edəcək, yoxsa elə bununla da bitdi?



 



- Əlbəttə ki, davam etməlidir. Bununla bitsə, çox təhlükəli tendensiya yaranar. Birincisi, cənab Prezident islahatlara getdiyini özü bəyan edib, əgər dayandırılsa, inamsızlıq yaranar. İkincisi, uzun müddət vəzifədə oturanlar özlərini daha da harınlamış şəkildə apararlar, onlarda fikir yaranar ki, “mənə gücü çatmadı, mən əvəzolunmazam”. Üçüncüsü də, müxalifətin əlinə dəstəvuz vermiş olar, düşünərlər ki, “ancaq kosmetik dəyişiklik idi, davamı yoxdursa, heç bir effekti olmayacaq”. İnanmıram ki, Prezident belə bir məsələyə yol versin.



 



- İcra hakimiyyəti başçılarının dəyişdirilməsi barədə nə deyərdiniz?



 



- İcra hakimiyyəti başçıları çox az tərkibdə dəyişdirilir. Halbuki 5 ildən çox işləmiş bütün icra başçıları dəyişdirilməlidir. Yerdəyişmə yox, yola salınmalıdır. Azərbaycanda da kifayət qədər belə icra başçıları var. Həmçinin təcrübəsi olmayan gənclərin icra hakimiyyətlərinə təyin edilməsinin də heç bir nəticəsi olmayacaq. Ölkədə kənd təsərrüfatını bilən kifayət qədər mütəxəssislər var, təsərrüfat rayonlarına onlar təyin olunsa, daha yaxşı olardı.





"Ötən əsrdən qalan nazirlər dəyişdirilməlidir"



 



- İslahatlara start veriləndən vətəndaşlar tərəfindən sosial şəbəkələrdə müxtəlif məmurların adları səsləndirilir. Siz konkret olaraq hansı məmurların tutduqları postdan yola salınmasını istərdiniz? Həmçinin gedənlərin yerinə kimlər gətirilsə, daha məqsədəuyğun olar?



 



-  Konstitusiyamıza görə, heç kəs Prezidentə göstəriş verə bilməz ki, “filankəsi işdən çıxart, yerinə filankəsi qoy”. Amma 5 ildən yuxarı vəzifədə olan bütün məmurların, əsasən də icra strukturunda olanların dəyişdirilməsi ilə bağlı prinsip olmalıdır. Bu, təkcə hüquq mühafizə orqanlarına aid deyil. Necə olur ki, parlament 5 ildən bir dəyişdirilir, ancaq 93-dən, 95-dən bəri vəzifədə olan nazirlər qalır? Birmənalı şəkildə, ən azı ötən əsrdən qalanlar dəyişdirilməlidir. Vəzifələr yeni düşüncəli gənclərlə, o sahəni bilən peşəkarlara həvalə olunmalıdır.



 



- Parlamenti xatırlatmışkən, orada da kifayət qədər yaşlı deputatlarımız var. Necə düşünürsünüz, növbəti parlament seçkilərində yenilənmə olacaqmı?



 



- Məncə, birincisi, Parlamentdə yaş senzini qaldırmaq düzgün deyil. Dünya praktikasında belədir ki, adətən təcrübəli şəxslərdən daha çox istifadə edirlər. Çünki onlar uzun müddət işinin içində olduqlarına görə, dövlət işini, dövlət siyasətini aparmağı yaxşı bilirlər. Azərbaycan Parlamentinə seçilmiş gənclərin birini də tanımıram. Təcrübəsiz gəncləri kiminsə adamıdır deyə Parlamentə salmaq nəticə verməyəcək. Parlamentdə təcrbəli, işi bilən şəxslər oturmalıdır ki, Azərbaycanda kifayət qədər belə insanlar var. Məsələn, Azərbaycanı uzun müddət layiqli şəkildə təmsil etmiş, hazırda isə işsiz olan səfirlərimiz var. Azərbaycanın qızıl fondu olan həmin diplomatlarımıza yer verilməlidir. Bu günkü Parlamentimizin isə hörməti qalmayıb.



 



"Hazırkı parlament üz qarasıdır"



 



- Nədən bu fikirdəsiniz?



 



- Çünki oradakıların çoxu Parlamentə özü seçilməyib. 125 deputatdan 100-ü heç bir işə yaramır, onları seçmiş iqtidarı belə, müdafiə etmirlər, ancaq bizneslə məşğuldurlar. İndiki Parlament ölkə üçün bir ləkədir, üz qarasıdır, biabırçılıq hökm sürür. Pezidentə bu qədər hücum olduğu dövrdə deputatlar niyə susurlar, nəylə məşğuldurlar? Telekanallara baxırsan, ancaq eyni deputatlar danışır. Bəs digərləri nəyə lazımdır? Araşdıranda isə məlum olur ki, bizneslərinin hayındadırlar. Azərbaycanda hazırda biznesmen deputatlarla biznesmen icra başçılarının yarışı gedir, biabırçılıqdır.





"Hər məmur sevgilisinə bir veriliş açıb"



 



- Prezident son müşavirəsində ölkə mediasının vəziyyətindən də danışdı. Bildirdi ki, ölkə mediası bəzi məmurların əlində şantaj alətinə çevrilib. Sizi necə, medamızın indiki durumu qane edirmi?



 



- Yox, etmir. Açığı deyim ki, ev alandan sonra jurnalistlərimizin 70 faizinin milli hissləri itib. Üstümə hücuma keçsələr də, deməliyəm bunu. Ən dəhşətli məqam odur ki, bizdə sevgi hissi, başqalarına rəhm etmək hissi itib, hər şeyi bazara çıxartmışıq, medianı da, mənəviyyatımızı da, özümüzü də. Neçəyə alıb-satmaq işini isə dəllallar görür. Cənab Prezidentin dediyi kimi, məmurlar mediada firounluq edirlər. Saytları, qəzetləri var ki, adamları şərləməklə məşğuldurlar, xaricdə oturaraq bəzi şəxsləri şərləyən əldəqayırma gədələrdən heç də geri qalmırlar. Əksinə, həmin gədələr də şərləməyi bunlardan öyrəniblər.



 



Azərbaycan mediası faciəvi haldadır. Media qurumlarının ən çoxu 30 faizi bu millət, dövlət üçün çalışır, Qarabağla bağlı nələrsə edir, amma qalanları “sarı mediadır”. Kim kimdən boşandı, kim kimi saxlayır, kim kimə ərə getdi mövzuları tüğyan edir. Mənəviyyatımız itib, şərəfimiz itib, ölkəni yaman günə qoyublar, fahişəliyi, homoseksualizmi təbliğ edirlər. Ailə strukturunu dağıdırlar, gəncləri məhv edirlər, İslamı kökündən qazıyırlar, millətin mənəviyyatını batırırlar, insanlıq, kişilik ölüb. Görün, telekanallarımız kimlərin əlindədir. Səhər tezdən efiri yeməklə açırlar, ardınca həkim məsləhəti, sonra da mütrüflər efiri zəbt edir. Heç bir telekanalda analitik proqram yoxdur, millətin dərdinin, elmi araşdırmaların müzakirəsi getmir. Bir-iki kanalı çıxmaqla, digərlərində hərəsi sevgilisinə bir veriliş açıb. Hara gedirik axı? Yaman günə qalmışıq, bizimçün ağlayan lazımdır.



 



"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizi isə özünə toy edə bilmir"



 



- Elə öz sualınızı yenidən özünüzə ünvanlayıram, hara gedirik bu gedişlə? Olmaya artıq axirətin əlamətləri ilə üz-üzəyik?



 



- İşsiz qaldığım bu müddətdə "Quran"ı oxumuşam, bozbaş mollalardan fərqli olaraq İslamı elmi şəkildə araşdırıram. Bəli, yavaş-yavaş axirətin əlamətləri başlayır. Amma bir dəqiqəmiz Allahın yanında 60 ilə bərabərdir. Orta insan ömrü də o qədərdir, yəni biz Allahın yanında bir dəqiqə yaşayırıq. Əgər Allahın səbri günlərlə, aylarla ölçüləcəksə, axirəti gözləmək axmaqlıqdır, cahillikdir. Biz mənəviyyatı tapdanan millətimizi, ərazisi işğal altında olan dövlətimizi qaldırmalıyıq. Prezidentimiz özü də deyir ki, icra başçıları zəli kimi çöküb, sahibkarlar çökdürülüb. Bütün dünyanı ayaqda saxlayan qızıl təbəqə, yəni orta təqəbə bizdə itib. Əvvəllər, heç olmazsa, 50 faiz kasıb, 30 faiz orta, 20 faiz harınlaşmış təbəqə var idi. İndi əhalinin 30 faizə qədəri harınlaşıb, bilmir ki, pulu hara xərcləsinlər, itinə də toy edir, amma 70 faizi özünə toy edə bilmir.



 



- Bəzi ziyalılarımız həqiqəti danışanda həm bəzi məmurlar, həm də onların himayə etdiyi media qurumları tərəfindən hücumla üzləşirlər. Bu müsahibəmizdən sonra sizə qarşı da hücum, hətta təhqir kampaniyası başladıla bilər. Bunlar sizi qorxutmur ki?



 



- Vallahi, mən istiqlalçı deputat, Qarabağ müharibəsi veteranı olaraq bu dövləti onlardan çox istəyirəm. Bunları görürəm, deməyəndə özümü yandırır, deyəndə isə pis adam oluram. Azərbaycanda mənim kimi adamlar danışanda qaralayırlar ki, müxalifətdir. Mən 15 ildir YAP üzvüyəm, əgər bu dövlətin siyasətini qəbul etmirdimsə, niyə YAP-a üzv olurdum? Mən Prezidentimi də çox istəyirəm, vəzifədə olanlardan fərqli olaraq, onun da, ailəsinin də təhqir olunmasına qarşı çıxıram. Çünki onu biz seçmişik və ona görə məsuliyyət daşıyırıq. Baxmayaraq ki, insanlar verdikləri səsi də alverə qoyublar, bu dövlət, millət üçün nələrsə etmək istəyən ziyalı təbəqəni küsdürüblər, dilindən asıblar, beş manata möhtac ediblər. Danışanı da söyürlər, o qədər hücumlar edirlər ki, ailəmizin yanında gözükölgəli duruma düşürük, mənliyimizi sındırırlar. Peyğəmbərimiz deyirdi ki, “alim öldü, aləm öldü”, Azərbaycanda da alimlər ölmək üzrədir. Artıq böyük uçurum qarşısındayıq, mənlik yox, mədəniyyət yox, şücaət yox, müəllimi şərəfsizləşdiriblər, alimi ələbaxan ediblər. Şəxsən öz adıma deyirəm ki, bu cəmiyyətdə biz reanimasiyaya düşmüşük, ölmək üzrəyik. Cənab Prezidentə müraciət edirəm, Azərbaycan ziyalıları reanimasiyaya düşəndən sonra bu dövlət də, bu hakimiyyət də reanimasiyaya düşəcək, bizi başqaları idarə edəcək.



 



- Necə ki, bəzi xarici təşkilatlar buna cəhd edir...



 



- Bəli, ölkə daxilində təxribat törədənlər, xaricdən pul alıb Azərbaycana hürənlər bütün məsələni bu istiqamətə aparırlar. Qanmırlar ki, onlardan istifadə edərək qloballaşma, demokratiya, multikulturalizm, tolerantlıq adıyla bu milləti məhv etməyə çalışırlar. Ona görə də millətin bir hissəsi qudurub hamını qapır, qalanları da qorxduğuna görə səsini çıxartmır. Onlardan biri də mənəm. Bu millət, dövlət üçün nəsə etmiş bir şəxs olaraq mənə hörmət qoyulmursa, görün başqaları nə haldadır, danışmağa da əzab çəkirik. Hanı mənim 30 il bundan əvvəlki millətim? Yoxdur.





"Media qurumları yaltaqlıqla məşğuldur"



 



- Qorxub danışmamaq daha pisdir axı, həqiqətləri deyən olmasa, daha da batarıq ki...



 



- Batırıq da, bundan artıq nə olacaq ki? Torpağımız işğalda, mənəviyyatımız işğalda, gənclərimiz yaman gündə, şəhərin mərkəzinə çıxmaq olmur, biabırçılıqdır. Şəhərdə elə biədəb qadınlar formalaşdırırlar ki, adam xəcalət çəkir. Kişilərə baxanda bilinmir ki, kişdir, yoxsa qadın. Getdikcə ana xaqanlıq geri qayıdır, gender adı ilə milləti məhv etdilər. Danışmaqla bunlar düzəlmir. Mən danışdım, siz yazdınız, oxuyanlar da söyəcək. Neçə ildir də bunun əzabını çəkirəm, 40 yaşımdan, düz 24 ildir iş axtarıram. O vaxt deyirdilər ki, “hələ cavansan”, indi də deyirlər, “qocalmısan”. Ona görə də danışmaq istəmirəm, öz dərdimi çəkirəm.



 



- Normal media qurumu, özünə hörmət edən jurnalist söymür axı, əksinə, hər təbəqədən olan ziyalıları danışdırır ki, oxucular hər kəsin fikri ilə tanış olsun.



 



- Vaxtilə Azərbaycanın öndə olan media qurumları indi yaltaqlıqla məşğuldur, ancaq şəxsi problemlərini həll edirlər, orden-medallar üçün hər vasitəyə əl atırlar. Adamı dəhşət bürüyür ki, 10-15 ilə media 180 dərəcə dəyişirsə, deməli bunlar əvvəldən şərəfsiz olublar. Yaxşı, bu qədər dəyişəcəkdinizsə, niyə bu millləti ümidləndirirdiniz, hanı millətə verdiyiniz sözlər? Kişi sözünü tutmalıdır.


Teqlər:
Bu xəbər cəmi 4655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR