Günümüzdə anaların işini rahatladan bütün vasitələrdən izafi, yerli-yersiz istifadə uşağa zərər verə bilər. Amma düzgün istifadə edildikdə zərərdən daha çox fayda verə bilər. Bez seçimində valideynlər ilk növbədə keyfiyyət məsələsinə üstünlük verməlidilər: "Düzdür, bu, bir az da maddi vəziyyətlə bağlı olan məsələdi. Amma valideynlər ucuz və keyfiyyətsiz bezlərdənsə daha rahat, əsnək olan, mayeni özünə çəkə bilən və dermatitə səbəb olmayan keyfiyyətli bezlərə üstünlük verməlidirlər ki, bəzi sıxıntılarla üzləşməsinlər.
Bez uşağın ayına, çəkisinə uyğun düzgün seçilməlidir. Bəzən uşağın yaşı az olsa da, çəkisi çox olur. Valideyn də bezi sırf uşağın yaşına uyğun alıb taxır, bu zaman bez körpəni sıxır, diskomfort yaradır. Bez tez-tez, vaxtlı-vaxtında dəyişdirilməlidir. Bir də görürsən ana uşağa səhər taxdığı bezi axşam çıxarır. Əlbəttə, bu, doğru deyil.
Bu zaman bezin içindəki dəri nəm qalır. Nəmlik isə dəridə göbələk infeksiyasınin əmələ gəlməsinə şərait yaradır. Bezlə təmasda olan dəri bölgəsinin dermatiti, qızarıqlıq, qaşınma, dəri problemləri, infeksiya kimi problemlər olmasın deyə bezdən düzgün istifadə önəmlidir.Bez vaxtı vaxtında dəyişdirilməli,mümkün olduqca uşağa,bezdən erkən çıxarıb,tualet vərdişi öyrədilməlidir.Bezin oğlan uşaqlarında sonsuzluq yaratması ilə bağlı dolaşan fikirlər həqiqəti əks etdirmir:
"Bezlərin oğlan uşaqlarında bilavasitə sonsuzluğa səbəb olduğu həqiqətə uyğun fikir deyil.Oğlan uşaqlarında sperm əmələ gəlməsi pubertat dövrdə baş verir.Bu səbəbdən körpelikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyildir.Ancaq uzun müddət bezdən istifadə uşaqlarda (həm qız,həm oğlan)sidik yolu infeksiyasına səbəb ola bilər.Bu infeksiya bəzi uşaqlarda tək bir əlamət,sidikdə qoxu ilə də keçə bilər.Sidik yolu infeksiyası isə böyrəklər üçün təhlükəli vəziyyətdir.Uşaqlarda xroniki böyrək çatmazlığının ən sıx səbəblərindəndir. Ona görə də,bezdən doğru istifadə olunsa, bu zərərlərlə üzləşməmiş olarıq. Bəzən görürürük ki, analar bezin içinə parça qoyurlar. Bu, yanlış üsuldur. Bezin tərkibi elə hazırlanıb ki, mayeni özünə çəkir, parça isə yaş qalır. Bu da dəridə dermatit, göbələk infeksiyası, sidik yolu infeksiyasına gətirib çıxara bilər.Vurğulayım ki, nəm salfetlərdən istifadə, dar və sıx uşaq bezi, yaxud sıx alt paltarları da uşaqlarda sidik yolu infeksiyası yarada bilər”.O ki qaldı qız və oğlan uşaqları üçün ayrıca istehsal olunan bezlərə, onların önəmli fərqi olmadığını bildirir: "Son vaxtlar oğlan və qız üçün ayrıca bezlər reklam olunur. O bezlərin cins nöqteyi-nəzərindən fərqi yoxdur. Sadəcə biznes maraqları, alıcı cəlb etmək üçün adi bezlərə rəng və forma dəyişikliyi ediblər, vəssalam”.
Valideynlər uşaqları mümkün olduqca 1 yaşından başlayaraq tualet vərdişini formalaşdırmağa,güvəcə öyrətməyə başlasınlar:
"Uşağın güvəcə öyrədilmə yaşı ən gec 1 yaş 8 ayında baş verməlidir. 1 yaşından başlayaraq uşağı yavaş-yavaş güvəcə öyrədərək, bezdən çıxarmaq lazımdır. Bu, uşağın tualet vərdişinin formalaşması, gigiyenası, sidik yolu infeksiyasının önlənməsi üçün çox vacibdir"
HƏKİMLƏ ƏLAQƏ: 070 673 83 81