Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Kimlərinsə marağına uyğun verdiyimiz yazılar olub" - Rəşad Məciddən ETİRAF ETİRAF


“Son vaxtlar tədbirlər məni çox yorur. Bir müsahibəmdə demişdim ki, əgər robotum olsaydı, məmnuniyyətlə onu öz yerimə tədbirlərə göndərərdim”.



“Yenimeydan.info” xəbər verir ki, bu fikirləri İTV-də yayımlanan “3D” verilişinin qonağı olan Rəşad Məcid səsləndirib. O, Dadaşlinksinin sualına cavab olaraq qadın həmkarlarının əleyhinə yazdığı üçün peşman olmadığını bildirib: “Yox, qadınlarda rəqabət hissi və belə desək, hikkə var ki, onun verdiyi enerjinin hesabına öz kariyeralarında uğurlar da qazanırlar. Mən üzə deyirəm. Kiminsə arxasınca danışmıram". Dadaşlinski “Kişi gözəl qadını görəndə həyəcanlanmırsa, onda demək heç kişi deyil” fikrini qonağa xatırladıb. Rəşad Məcid fikrini dəyişmədiyini deyib: “Bunu da verilişlərin birində demişdim. Mənim fikrimcə elədir. Gözəl qadın görəndə həyəcanlanmaq kişiyə məxsus, lazımlı xarakterdir”.“525-ci qəzet”in baş redaktoru Kəramət Böyükçölün “Rəşad Məcid jurnalistlərə mənzil veriləndə yuxarı mərtəbədən deyil, nədənsə aşağı mərtəbədən mənzil istədi və bu, narazılığıa səbəb oldu” fikirlərinə münasibət bildirib:“Əslində onda bir telejurnalist xanımın güdazına getdim. O, məndən Vüqar Səfərliyə öz mənzilinin mərtəbəsini dəyişməsini deməyimi xahiş etdi. Mən gedib Vüqarla müzakirə və mübahisə edəndə çəkmişdilər. Yəni mənim öz davam deyildi. Jurnalist xanım da sonradan ərinin ona bu məsələlərə qarışmamasını deməsini bildirdi”. Aparıcının “Rəşad Məcid niyə millət vəkili ola bilmədi?” sualına baş redaktor maraqlı fikir bildirib: “Bir neçə dəfə cəhd elədim. Yəqin ki, xalqın etimadını qazana bilmədim. Amma son seçkilərdə heç namizədliyimi də vermədim”. 



Rəşad Məcid Yazıçılar Birliyindən də söz açıb: “İndi ora qəbul olmaq elə də çətin deyil. Son illərdə biz xeyli gəncləri qəbul eləmişik. Narazılığım mütaliəsizlik, oxumamaqla bağlıdır. “Yazıçılar Birliyinin təxminən 1200-1500 arası üzvü var. Amma bunu Anar müəllim də deyib ki, üzvlərin hardasa 200-ü ciddi ədəbiyyatla məşğul olanlardır. Bir çoxları heç 6-cı sinif ədəbiyyat kitabını oxumaq qədər bilgisi olmayanlardır amma iddialıdırlar. Üç-dörd qafiyəli misra yazıb elə bilirlər ki, yazardırlar. Təəssüf ki, belə bir şəraitdəyik. İndi əlifbanı öyrənən kimi gedib qəzet açırlar”. Baş redaktor “Rəsmi qəzetlər ləğv olunmalıdır” fikri barədə bir daha danışıb: "Düşünürəm ki, rəsmi qəzetlər olmamalıdır. Qəzet müstəqil olmalı, hadisələrə münasibətini özü müəyyənləşdirməlidir”. Dadaşlinski “Rəşad Məcid qəzetdə sifarişli yazı dərc edibmi” sualına səmimi cavab istəyib.“Biz elə “ağını çıxartmamışıq”. Kimlərinsə marağına uyğun verdiyimiz yazılar olub. Tənqid eliyəndə də, tərifləyəndə də, əndazəni aşmamışıq”.


Teqlər:
Bu xəbər cəmi 3220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR