Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məşhurlar Qulu Məhərrəmlini təbrik etdi: 65 illik yubiley münasibəti ilə...

Məşhurlar Qulu Məhərrəmlini təbrik etdi: 65 illik yubiley münasibəti ilə...
Sabir Rüstəmxanlı: “O, hər adamın bacarmadığını bacarıb – bu yaşa adını, ləyaqətini qoruyaraq gəlib çatıb” İlyas İsmayılov: “Qulu Məhərrəmli Azərbaycanın fəxri olan bir insandır” Sərdar Cəlaloğlu: “Onun bundan sonra da sözə qulluq etmək üçün kifayət qədər vaxtı olacaq” Etibar Əliyev: "Qulu Məhərrəmlini tanıyanlar bilirlər ki, o, "Qəlb və zəka dostu" dur" Bu gün jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 65 illik yubileyidir. Bu önəmli günlə bağlı Moderator.az-a açıqlama verən bəzi məşhurlar Qulu Məhərrəmlinin təbrik edib, onunla bağlı arzularını dilə gətirib. Xalq şairi Sabir Rüstəmxanlı saytımıza açıqlamasında Qulu Məhərrəmlini təbrik edib, ona gələcək yaradıcılığında uğurlar arzulayıb: “Qulu müəllim mənim dostumdur. Mən onun bütün yaradıcılığına, gördüyü işlərə dost gözü ilə baxıram. Qulu Məhərrəmli tanınmış dilçi alimdir. Bu sahədə onun xüsusi xidmətləri var. O, eyni zamanda uzun müddət televiziyada siyasi icmalçı işləyib. Siyasi icmalçı kimi dünyada gedən prosesləri dəqiq və əharəli şəkildə ictimaiyyətin diqqətinə çatdırıb. Onun ictimai-siyasi həyatında özünəməxsus yeri var. 65 yaşa bəlkə də yaxşı alim kimi gəlmək, tanınmış ictimai-siyasi xadim kimi daxil olmaq o qədər də çətin bir iş deyil. Amma 65 yaşa qədər xalqın sevgisini, hörmətini qazanaraq, bu sevgi və hörməti itirmədən gəlib çatmaq çətin və hər adama qismət olmayan bir işdir. Bunu hər kəs bacarmır. Qulu müəllimin xoşbəxtliyi ondadır ki, o, bu yaşa öz hörmətini, adını, ləyaqətini qoruyaraq gəlib çatıb. Mən onu ürəkdən təbrik edirəm. 65 yaş hələ gənclik yaşıdır. Arzu edirəm ki, o, özünün gələcək yubileylərini – 75, 85, 95 illiyini də bu cür qeyd etsin”. Ədalət Partiyasının sədri İlyas İsmayılov da Qulu Məhərrəmlini təbrik edib, onun bütün ölkənin fəxri olduğunu vurğulayıb: “Mən onun bütün yaradıcılığını müsbət qiymətləndirirəm. O, çox istedadlı bir insandır. Qulu müəllim Azərbaycanın fəxri olan bir insandır. Mən də onunla fəxr edirəm. Fəxri edirəm ki, Azərbaycanda belə bir insan, belə bir mütəxəssis var. Onu təbrik edir, bağrıma basıb öpürəm. Ona xoşbəxtlik arzulayıram. Çünki o, həqiqətən də Azərbaycan üçün dəyərli bir şəxsiyyətdir”. ADP sədri Sərdar Cəlaloğlu da Qulu Məhərrəmlinin yaradıcılığını yüksək qiymətləndirib: “Mən öncə Qulu Məhərrəmlini təbrik edirəm. Bu gün həm elmi işlə məşğul olmaq, həm də mətbuat sahəsində çalışmaq kimi iki istiqamətdə fəaliyyəti özündə birləşdirən şəxslərimizdən biridir. Mən Q.Məhərrəmlini jurnalistikamızın qocaman nümayəndəsi mərhum Şirməmməd Hüseynovun davamçısı hesab edirəm. Hesab edirəm ki, Qulu müəllim ömrünün ən yaxşı vaxtlarını yaşayır. Hələ qabaqda mətbuatımızın inkişafı üçün, sözə qulluq eləmək üçün kifayət qədər vaxtı olacaq. Indiki zamanda söün həqiqi mənasında mətbuat işçisi olmaq, mətbuatla bağlı elmi tədqiqatlarla məşğul olmağın özü də çox ciddi problemlərlə üzləşir. Lakin bütün bunlara baxmayaraq, düşünürəm ki, Qulu Məhərrəmli indiki ağır siyasi stuasiyada düzgün mövqe tuta bilir. O, həm sözə qulluq edə, həm də öz bitərəfliyini qoruya bilir”. Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev isə Qulu Məhərrəmlini bu sözlərlə təbrik edib: "Bu gün Dostum Qulu Məhərrəmlinin 65 yaşı tamam oldu. Bir dəfə Qulu müəllimlə söhbətdə dedim ki, bizim nəsilə yaşamaq qismət olub. Sovetləri gördük, keçid dövrünü gördük və gəlib çıxdıq iPhone dövrünə. Qulu müəllim bütün dövrlərdə özünü ləyaqətli aparan kişilərdən biridir. Ziyalı dediyimiz insanlar ilk növbədə şəxsiyyət olmalıdırlar. Ziyalı mühiti olmasa ayrı-ayrı şəxslər nə qədər böyük düha sahibi olsalar da, nə qədər çalışsalar da cəmiyyətin ideya sükanını yönləndirə bilməzlər. Qulu müəllim bu mihiti yaratmağa çalışan şəxslərdəndir. Azərbaycanda "dar günün dostu", "gen günün dostu" ifadələri əslində "dost" anlayışının mahiyyətini kiçildir. Qulu Məhərrəmlini tanıyanlar bilirlər ki, o, "Qəlb və zəka dostu" dur. Qulu müəllim həm də vicdanlı insandır. Bunu bilənlərin sayı bilməyənlərin sayından qat-qat çoxdur. Filosof sözüdür: "Yolları eyni olmayanlar yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri, amalları eyni olmayanlar da dost ola bilməzlər." 100 yaşa Dəyərli Dost..."

 



 


Teqlər:
Bu xəbər cəmi 3605 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR