Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Ölkənin rəsmi şəxslərinə acıqlı idilər"

Mirşahin bu dəfə "Hesabat"da Azərbaycanın unutulmaz aktyoru Səyavuş Aslanovdan danışıb. "Yenimeydan.info" həmin çıxışı təqdim edir:


O, kral Lir ola bilmədi. Onu bunu eləməyə rejissorlar və amansız əcəl qoymadı. Söhbət bu həftə torpağa tapşırdığımız Səyavuş Aslandan gedir.



...Təsadüfən fikir verməmisiniz və ya Sizə elə gəlmir ki, biz adətən böyük deyə dəfn etdiymiz sənətkarların tabutunda çox vaxt böyük sənətkarı yox, böyük sənəkar görmək arzumuzu, illüziyamızı son mənzilə yola salırıq. Magikan, son klassik, axırıncı korifey adı ilə əbədi vidalaşdığımız onlarla sənətkarın sadəcə biriləri olduğunu etiraf etməyə qorxuruq, Kövrəlirik, ağlayırıq, ürəyimiz yanır və elə bu halın təsiri altında da bütün mümkün, qeyri-mümkün, misilsiz-misilli mədhlərlə onlara kompliment qüslü veririk… 



Bizə elə gəlir ki, ən yaxşı sözləri hər yeni rəhmətliyə demək mütləqdir, ata-baba borcumuzdur və heç fərqinə varmırıq ki, təriflərimizin səxavətli makiyajından sonra bu insanlar bir birinə necə oxşayır…



Belə oxşar rəhmətliklərdən biri də Səyavuş Aslan oldu. 



Xalqımızın artisti, bizim də Milli Metr saydığımız, teatr tənqidçilərimizin bundan sonra yəqin ki, daha ürəkdən-candan müqtədir, əfsanəvi, korifey adlandıracağı insan. Allah rəhmət eləsin. 



Bir xeyli yaşadı, bir xeyli öldü. Şübhəsiz ki, Səyavuş Aslanın ölümü ilə Azərbaycan mədəniyyəti böyük itki verdi, səhnədə daha çox qalın qırtlaq səsi danışan, arabir şümal, arabir isə qəsdən batıqlaşdırdığı səsi ilə adi sözləri, adi cümlələri gülüş, təbəssüm bəhanəsinə çevirməyi bacaran bu insanı uzun müddət xatırlayacağıq. Onun bəzən yaratdığı, bəzən oynadığı, bəzən isə sadəcə kəkələdiyi rolların ağrılı xiffəti Siyavuş Aslan haqqında tənqidi haşiyələri tarixin bir küncünə atacaq. Necə ki, Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu, Nəsibə Zeynalovanı, Hacıbaba Bağırovu, Yaşar Nurini ya müsbət məzmunda xatırlamaq lazımdır, ya da ümumiyyətlə xatırlamamaq lazımdır. Baxmayaraq ki, adlarını çəkdiymiz bu insanların sənət yolunda kifayət qədər xaltura da olmuşdu. 



Səyavuş Aslan öldü…



…və ya Səyavuş Aslan da öldü.



Əslində, bütöv bir ömür boyu potenisalı tam açılmayan, ortabab ssenarilərin qurbanı olmuş, Mirzə İbrahimovların kiçik ölçülü tuflilərin sıxdığı ayaqları ilə çox uzağa gedə bilməyən, içində bayırından daha böyük olan Səyavuş Aslanımız… O, bir ayrı boyda ola bilərdi. Ayrı yazıçıların, dramaturqların sayəsində… 



Amma başqa boyda oldu. Başqa yazıçıların, başqa dramaturqların sayəsində. Səavuş Aslan Leonovdan da böyük ola bilərdi, bəlkə Deni Devitodan da... Amma dünyadan sadəcə öz məzarı boyda getdi…



... Qəbrüstündən qayıdan jurnalistlərimiz dəfnin sönük keçdiyini deyirdilər. Buna görə Mədəniyyət və Turizm Nazirliyinə, ölkənin rəsmi şəxslərinə acıqlı idilər… Amma öz aramızdı, Səyavuş Aslanı axı tamaşaçıları yola salırdı. Görünür, o cəmi bu qədər tamaşaçı yığıbmış. Axı bu şəhər icra hikimiyyətinin sanksiyalaşdırdığı nümayiş deyildi. İcazəli aksiya idi. Polis heç kəsi qovmurdu. Heç kəsi həbs etmirdi. Milli Dram Teatrında aktyorun tabutu qoyulmuşdu. Bütün Bakı da bilirdi ki, Səavuş Aslan vəfat edib. Kim mane olurdu ki, Səavuş Aslanı son mənzilə yüz minlər yola salsın?! 



Bəlkə problem başqadır? 



Nəisə. Növbəti dəfn mərasiminə qədər vaxtımız var. Gedək bilet almağa. Qoy sənətkarlarımızı boyu bərabərində ölməyə vadar edən dramaturqlarımız, ssenaristlərimiz də məsuliyyət hiss etsinlər. Görsünlər ki, baxırıq, görürük, gözümüz onların üstündədir. 



Səyavuş Aslanı yola salanların azlığının əslində aktyorumuza istisi soyuğu yox idi, bu mənzərə, bu jest dəfnə gəlməyən tamaşaçıların ucuz ssenarilər, ucuz tamaşalar, ucuz rolları, ədəbiyyatı və teatrı, kinonu, bir sözlə incəsənəti özünəməxsus baykot aksiyası idi…


Teqlər:
Bu xəbər cəmi 4440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR