Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İnsanlar hansı yaşda işdən getməlidir? - Mütəxəssislər danışır

İnsanlar hansı yaşda işdən getməlidir? - Mütəxəssislər danışır
“İnsanlar var ki, 90 yaşına qədər faydalılıq funksiyaları yüksək olur və cəmiyyətdə xeyli işlər görə bilir. İnsanlar da var ki, 50 yaşdan sonra sıradan çıxır. Buna fərdi olaraq yanaşılmalıdır”.


"Yenimeydan.info" xəbər verir ki, bu sözləri "Lent.az"ın suallarını cavablayan professor, ekspert Adil Qeybulla deyib. O bildirib ki, ümumiyyətlə, insanın fiziki və ruhi sağlamlığı bir çox faktorlarla bağlıdır:





“Əsasən genetik faktor, eləcə də insanın keçirdiyi həyat tərzi, keçirdiyi xəstəliklər və s. sözügedən faktorlara aiddir.



Sadəcə olaraq yaşlı adamların əmək qabiliyyətləri tez aşağı düşür, onlar fiziki baxımdan elə də aktiv olmurlar və gənclər qədər çevik olmağı bacarmırlar”.



A.Qeybulla qeyd edib ki, dünyanın müxtəlif ölkələrdə də yaş məsələsi nisbi götürülür:



“Məsələn, Ronald Reyqan 70 yaşına az qala Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi. Həmçinin Donald Tramp da 71 yaşında 2017-ci ildə prezident oldu.



Düşünürəm ki, bir insan öz əmək qabiliyyətini, intellektual imkanlarını saxlayırsa və kifayət qədər təcrübəyə malikdirsə, onun işləməsi lazımlıdır. Məsələn, siyasi, eləcə də dövlət əhəmiyyətli vəzifələrdə təcrübəli şəxslərdən istifadə edilməlidir ki, uğur qazanılsın. Ancaq çevik işlərdə mütləq üstünlük gənclərə verilməlidir”.



Professor hesab edir ki, cəmiyyət elə bir formada qurulmalıdır ki, əmək qabiliyyətini itirmiş və ya itirməmiş şəxslər özünü cəmiyyətdə tapa bilməli, eyni zamanda hər birinin sosial müdafiəsi imkanları mövcud olmalıdır:



“Belə olan halda düşünürəm ki, cəmiyyətdə hər şey daha yaxşı olacaq və vəzifəyə gəlir mənbəyi kimi baxılmayacaq. Biz bu cür cəmiyyət qursaq, problemlər də olmaz”.



Mövzu ilə əlaqədar saytımıza danışan psixoterapevt Mehriban Rzayeva bildirib ki, insanın şəxsiyyət vəsiqəsi yaşı ilə fiziki yaşı üst-üstə düşməyə bilər:





“Dünya şöhrətli rus alimi İvan Pavlov 80 yaşında işə velosipedlə gedib, gəlirdi və produktiv çalışırdı. Bəzən isə elə adamlar olur ki, 45 yaşı olsa da, onun psixi funksiyalarında zəiflik müşahidə olunur.



Bir sözlə, insanın həyat tərzində düzgün qidalanması, zərərli vərdişlərinin olmaması, aktiv fəaliyyət göstərməsi vəsiqə yaşının önəmli olmadığını bir növ sübut edir”.



M.Rzayeva düşünür ki, intellektual, zehni işlə məşğul olan şəxslər işlədikcə onların təcrübəsi daha da artır və savadlı kadra çevrilirlər:



“Ancaq bəzi peşələr də olur ki, orada yaşlı təbəqənin yerinə cavanların işlə təmin edilməsi daha böyük uğurlar gətirə bilər.



Qeyd edim ki, hazırda ölkədə psixoloq ştatlarına çox az yer verilir. Məsələn, Amerikada, Avropada olan böyük şirkətlərdə mütləq psixoloqlar çalışır və işçilərin psixoloji vəziyyətləri ilə bağlı yardımçı olurlar. Ancaq bizdə bu təcrübədən istifadə olunmur. Zənnimcə, ilk olaraq dövlət müəssisələrində sözügedən təcrübədən istifadə edilməlidir. Daha sonra bunun effektliyi müşahidə edildikdən sonra isə özəl qurumlar da psixoloqların iş mühitində olmasından yararlanacaqlar”


Teqlər:
Bu xəbər cəmi 3620 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR