Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.
Hazırda struktur və kadr dəyişiklikləri davam etdirilməkdədir və bu gün-sabah islahatların yeni dalğasının şahidi olacağımız istisna deyil…
Maraqlıdır, son dəyişiklikliklərdən sonra, hazırda Nazirlər Kabinetinə daxil olan mərkəzi İcra Hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlar hansı yaşdadırlar?
Modern.az nazir və komitə sədrlərinin yaşı ilə maraqlanıb.
Baş nazir: Əli Əsədov 1956-cı il noyabrın 30-da anadan olub, 63 yaşı var.
Daxili İşlər naziri: Vilayət Eyvazov 1968-ci ildə anadan olub, hazırda 51 yaşı var.
Xarici İşlər naziri: Elmar Məmmədyarov 1960-cı ildə anadan olub, hazırda 59 yaşı var.
Maliyyə naziri: Samir Şərifov 1961-ci ildə anadan olub, hazırda 58 yaşı var.
Müdafiə naziri: Zakir Həsənov 1959-cu ildə anadan olub, hazırda 60 yaşı var.
Fövqəladə Hallar naziri: Kəmaləddin Heydərov 1961-ci ildə anadan olub, hazırda 58 yaşı var.
İqtisadiyyat naziri: Mikayıl Cabbarov 1976-cı ildə anadan olub, hazırda 43 yaşı var.
Təhsil naziri: Ceyhun Bayramov 1973-cü ildə anadan olub, hazırda 46 yaşı var.
Ekologiya və Təbii Sərvətlər naziri: Muxtar Babayev 1967-ci ildə anadan olub, hazırda 52 yaşı var.
Nəqliyyat və Yüksək Texnologiyalar naziri: Ramin Quluzadə 1977-ci ildə anadan olub, hazırda 42 yaşı var.
Energetika naziri: Pərviz Şahbazov 1969-cu ildə anadan olub, hazırda 50 yaşı var.
Müdafiə Sənayesi naziri: Mədət Quliyev 1958-ci ildə anadan olub, hazırda 61 yaşı var.
Gənclər və İdman naziri: Azad Rəhimov 1964-cü ildə anadan olub, hazırda 55 yaşı var.
Ədliyyə naziri: Fikrət Məmmədov 1955-ci ildə anadan olub, hazırda 64 yaşı var.
Kənd Təsərrüfatı naziri: İnam Kərimov 1977-ci ildə anadan olub, hazırda 42 yaşı var.
Mədəniyyət naziri: Əbülfəs Qarayev 1956-cı ildə anadan olub, hazırda 61 yaşı var.
Səhiyyə naziri: Oqtay Şirəliyev 1950-ci ildə anadan olub, hazırda 69 yaşı var.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri: Sahil Babayev 1980-ci ildə anadan olub, hazırda 39 yaşı var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri: Hicran Hüseynova 1955-ci ildə anadan olub, hazırda 64 yaşı var.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri: Fuad Muradov 1979-cu ildə anadan olub, hazırda 40 yaşı var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: Mübariz Qurbanlı 1954-cü ildə anadan olub, hazırda 65 yaşı var.
Dövlət Gömrük Komitəsinin sədri: Səfər Mehdiyev 1973-cü ildə anadan olub, hazırda 46 yaşı var.
Dövlət Statistika Komitəsinin sədri: Tahir Budaqov 1965-ci ildə anadan olub, hazırda 54 yaşı var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri: Samir Nuriyev 1975-ci ildə anadan olub, hazırda 44 yaşı var.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri: Rövşən Rzayev 1962-ci ildə anadan olub, hazırda 57 yaşı var.
Dövlət Miqrasiya Xidmətinin rəisi: Vüsal Hüseynov 1980-ci ildə anadan olub, hazırda 39 yaşı var.
Dövlət Sərhəd Xidmətinin rəisi: Elçin Quliyev 1967-ci ildə anadan olub, hazırda 52 yaşı var.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: Əli Nağıyev 1958-ci ildə anadan olub, hazırda 61 yaşı var.
Xarici Kəşfiyyat Xidmətinin rəisi: Orxan Sultanov 1977-ci ildə anadan olub, 42 yaşı var.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi: Arzu Rəhimov 1964-cü ildə anadan olub, hazırda 55 yaşı var.
Qida Təhlükəsizliyi Agentliyinin sədri: Qoşqar Təhməzli 1970-ci ildə anadan olub, hazırda 49 yaşı var.