Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident gözəl bilir ki, kimlər qudurub” – Cümşüd Nuriyev

Prezident gözəl bilir ki, kimlər qudurub” – Cümşüd Nuriyev
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev sonuncu müşavirədə ölkə gündəmində ciddi müzakirələrə səbəb olan bir sıra bəyanatlar, xəbərdarlıq və tövsiyyələr səsləndirib. Ölkə başçısının sələndirdiyi fikirlər içərisində ən çox diqqət çəkən ifadələrdən biri məmurlar arasında ciddi mübarizə və gərginliyin olması, medianın da bu mübarizənin vasitələrindən birinə çevrilməsi olub. “Yenimeydan.info” siyasi elmlər doktoru Cümşüd Nuriyevin mövzu ilə bağlı Moderator.az-a verdiyi müsahibəni təqdim edir:


-Cümşüd bəy, ölkə başçısı məlum müşavirədəki çıxışında bəzi höklumət üzvləri arasında münasibətlərin qarşıdurma vəziyyətində olduğunu vurğuladı və onlara sərt şəkildə xəbərdarlıq etdi. Bilmək istərdik ki, Qarabağ boyda problemi olan bir dövlətdə hökumət üzvlərinin öz güc və enerjisini daxili mübarizəyə sərf etməsi milli maraqlarımıza vurulan ən böyük zərbə kimi dəyərləndirilə bilərmi?



- Cənab prezidentin bu bəyanatı çox ciddi bir bəyanatdır. Bu, daha doğrusu prezidentin hayqırtısıdır. Bir ölkənin ki, hakimiyyəti daxilində iqtidarda təmsil olunan qüvvələr, hansı ki, prezident bunları seçib, onlara etibar edib, bu qüvvələr prezidentin ayağının altnı qazırlar, deməli oturduqları budaqları da kəsirlər. Əvvəla, Azərbaycan Qarabağ boyda problemlə üz-üzədir. Azərbaycan xalqı balanslı siyasət yürüdür və bu, çoxlarının xoşuna gəlmir. Ona görə də bəzi qüvvələr ölkə daxilində qarışıqlıq yaratmaq istəyir.



Prezident mütləq təcli addımlar atmalıdır. Birincisi, baş nazir dəyişdiyi üçün hökumətin tərkibi dəyişilməlidir. Prezident hamıdan daha çox məlumatlı adamdır. Bilir ki, kimlər bu işin başında durur.



- Həmin məmurlarla bağlı hansı addımlar atılmalıdır?



- Bu adamlar milli xəyanatkarlar elan olunmalıdı. Çünki bu adamların əksəriyyəti erməni maraqlarına xidmət edən insanlardır. Məhz onların vasitəsi ilə bəzi xarici qüvvələr ölkəmizin Qarabağla bağlı atdığı, atmaq istədiyi addımları qabaqlayır. Prezidentin bəzi addımlar atmasını əngəlləməyə çalışırlar. Bilirlər ki, Qarabağla bağlı hər hansı addım atılsa, bu, qələbə ilə nəticələnəcək. Bu isə həmin məmurlara sərf etmir.



Hakimiyyət daxilində ermənilərlə qohumluğu olan adamlar kifayət qədərdir. Bu günə qədər də biz bu məsələləri gündəmə gətirirdik. Biz illərdiki bunun cəzasını çəkirik. Həmin adamlar mili ruhu olanların heç birinin hakimiyyətdə təmsilçiliyinə imkan vermir, onları parlamentə buraxmırlar.



- Ölkə başçısı çıxışında məmurların bir-birinə qarşı mübarizəsində mediadan da vasitə kimi istifadə etdiklərinə diqqət çəkdi. Sizcə məmurlaırn mediadan istifadə məsələsi araşdırılmalı və günahkaların cəzalandırılmasına nail olunmalıdırmı?



- Bu məsələdə mediadan istifadə olunması ikiqat cinayətkarlıqdır. Həmin məmurlar Azərbaycan xalqının hesabına, rüşvətlə qazandıqları pulları əldəqayırma, xəyanətkar jurnalistlərə verirlər. Həmin jurnalisltlərin vasitəsi ilə prezidentə, onun ailəsinə qarşı təbliğat aparırlar. Əgər bir qədər dəqiq araşdırsanız görəcəksiniz ki, Avropada açılan kanalların maliyyə vəsaiti Azərbaycan iqtidarından gedir. Çünki Azərbaycan müxalifəti deyilən bir şey yoxdur. Sadəcə, xaricdən alnan tapşırıları icra edən bir qrup adam var. Bu millətin dərdini çəkən insnalar bu dəqiqə nə iqtidardadır, nə də müxalifətdədir. Onlar məcbur olub, öz abırlarına bükülüb bir kənarda dayanıblar. Bunlardan biri də mənəm. Mən millətim üçün istəyib edə bilmədiyim şeylər üçün vicdan əzab çəkirəm. Mənim kimi minlərlə ziyalı var. Biz o səviyyəyə düşə bilmirik.



- Sizcə komanda üzvlərinin bir qisminin bir-birləri ilə mübarizə apardığı bir zamanda ölkə başçısının mövcud durumu necə xarakterizə edilə bilər?



- Prezident birmənalı şəkildə tək qalıb. Əgər bu addımı atmasa, o zaman bu preoses güclənəcək. Bakıdakı bütün mitiqnləri təşkil edənlər də həmin qüvvələrdir. Prezidentin əleyhinə olanlar da həmin qüvvələrdir.



- Məmurların savaşında yer alan, tərəf tutan media orqanları ilə bağlı hansı addımlar atılmalıdır?



- Həmin media orqanları bağlanmalıdır. Azərbaycan qanunvericiliyi də bunu tələb edir. Əgər bu siyasət davam etsə, o zaman hakimiyyətin sonu gəlib çıxacaq. Ya İlham Əliyev təcili addımlar atmalıdır, ya da İlham Əliyevi də hakimiyyətdən yıxacaqlar. Çünki bu, Azərbaycanda ilk dəfə yaşanmır. Ayaz Mütəllibovu da onun yanındakılar yıxdı. Elçibəyi də onun yanındakılar yıxdı. Onu hörmətdən saldılar, camaatla üz-göz elədilər. İndi həmin qüvvələr bu prosesi İlham Əliyevə qarşı başlatmaq istəyir. İlham Əliyev iradəli bir adamdır. İnanıram ki, o, öz iradəsini ortaya qoyacaq. O zaman həm İlham Əliyevə, həm də onun ailəsinə yönəlik təhqirlərin hamısı ortadan qalxacaq. Bunlaır edənlər cəmi bir neçə adamdır. Prezident də onları çox gözəl bilir, millət də onları tanıyır. Bilir ki, kimlər harınlayıb, kimlər qudurub. Xalq da bilir ki, bu pulların arxasında nələr, kimlərə xidmət dayanır və s.



Gəncləri irəli çəkmək lazımdır. Lakin gənclərin Azərbaycanda təcrübəsi yoxdur. Xalça altında gedən oyunları bilmir. Bu məsələdə ölkə siyasətini bilən təcrübəli adamlar olmalıdır.



Ya prezident ətrafında Azərbaycanın tanınmış ziyalılarından ibarət sosioloqlar, politoloqlar, iqtisadçılardan və s.-dən ibarət ictimai şura yaradılmalıdır. Necə ki, bu, Rusiyada mövcuddur. Onlar bunu həyata keçirsin. Bu, bir qədər uzun sürən bir prosesdir. Prezident bu adamları bəyan edib işdən azad etsə, necə ki, Heydər Əliyev siyasi riyakarlığa görə bir neçə adamı çıxarmışdı, o zaman İlham Əliyevin hakimiyyəti də möhkəmlənəcək, xalq onun ətrafında daha çox birləşəcək.



- Sizcə bu gün ölkə başçısı respublikada baş verən bütün proseslər haqqında ətrafındakı məmur təbəqəsi tərəfindən obyektiv informasiya alırmı?



- Ölkə başçısına yalan məlumatlar verirlər. Verilən məlumatların 90%-i yalandır. Həmin məmurlar media vasitəsi ilə ölkə başçısnı təhqir elətdirir, xalqda ölkə başçısına qarşı inamsızlıq yaratmağa çalışırlar. Digər tərəfdən isə İlham Əliyevə göstərmək istəyirlər ki, guya bu narazılığın önündə bunlar dayanıb. Guya bunlar olmasa, ölkə başçısı hansısa problemlə üz-üzə qala bilər. Əslində məhz həmin məmurlar olduğuna görə, prezidentə qarşı müəyyən hücumlar olunur. Bunlar olmasa, xalq İlham Əliyevi daha çox sevər. Ölkə başçısı bu cür məmurlarla bağlı təcili qərar qəbul etsə yaxşı olar. Təbii ki, bu, ölkə başçısının konstitusyon hüququdur. Biz ancaq bir siyasətçi kimi kənardan gördüklərimizi deyirik. Qərar ölkə başçısınındır. Sadəcə, ölkə başçısı bilməlidir ki, o, bu məmularla bağlı qərarını versə, xalq onun yanında olacaq.


Teqlər:
Bu xəbər cəmi 3750 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR