Hamıya məlumdur ki, hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir. Son zamanlar ölkəmizdə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadınların sayı artıb.
Türkiyənin qadın xəstəlikləri uzmanı ginekoloq A.Karateke bu əməliyyatın böyük riskləri barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, hamiləlik dövrünün həm ana, həm də körpə üçün sağlam bitməsi vacibdir.
Hamiləlik dövründə qanaxmanın ciddi bir sağlamlıq problemi olduğuna diqqət çəkən Karateke, qadınların qanaxmasının əsas səbəbini plasentanın(cift) ön tərəfdə yerləşməsi və ananın bətninə yapışması ilə əlaqələndirib. Həkim bildirib ki, plasentanın ön tərəfdə yerləşməsi və bətnə yapışıq formada olması ciddi təhlükədir və ölümə səbəb ola bilir. Keysəriyyə əməliyyatı qadının sonrakı hamiləliklərini də riskə atır. Ümumilikdə dünyada statistikasına nəzər saldıqda, doğum sonrası ya da hamiləlik əsnasında qanaxmadan ölənlərin əksəriyyəti yuxarıda qeyd edilən səbəblə əlaqədardır.
Professor bu problemin həllində həkimlərin aldığı təhsil və təlimlərin də önəmli olmasına toxunub. Həmçinin vaxtından əvvəl doğuşlarınçox səbəbinin olduğunu qeyd edən həkim bildirib ki, tək məqsədləri bu cür körpələrin sağlam doğulmasına kömək etmək və xəstəxanalarda dəstəkləyici prosedurlar ilə heç bir problem olmadan yaşamalarını təmin etmək olduğunu bildirib. Qeyd edək ki, süni doğuş uğurlu həyata keçsə belə müəyyən mənfi nəticələri də ola bilər. Bunlara infeksiya, güclü qanaxma, qonşu orqanların travması və s. aiddir. Nəticələr dərhal özünü göstərməsə də, bir müddət sonra özünü biruzə verir. (medicina.az)