Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlə Müsavatçının maraqlı söhbəti

Nazirlə Müsavatçının maraqlı söhbəti
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Hüseyn Bağırovun iyunun 12-də Ağcabədi rayonunda keçirdiyi qəbulda Müsavat Partiyasının üzvü kimi məni də qəbul edib qərar qəbul etmələri barədə açıqlama verib”. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Müsavat Partiyasının üzvü İsa Abbasov bildirib.


İ.Abbasovun sözlərinə görə, Ağcabədi, Beyləqan, İmişli və Laçın rayonlarının sakinlərinin qəbula yazılma prosesi bilavasitə nazirliyin İmişli ərazi idarəsinin əməkdaşları tərəfindən Ağcabədi şəhər icra nümayəndəliyində keçirilib: “Qəbuldan bir gün əvvəl icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri icra başçısının xahişini mənə çatdıraraq qəbula getməməyimi istəsə də, xahişini rədd etmişəm. Qəbul zamanı polislər bildirdi ki, məni qəbula buraxmamaqla bağlı icra başçısı Şahin Məmmədov tərəfindən tapşırıq verilib. Lakin israrıma baxmayaraq, mənə qarşı zor tətbiq edilməyib. Rayon polis şöbəsinin rəisi Şamil Seyidlinin ”mane olmayın, o da vətəndaşdır" tapşırığından sonra məni qəbula buraxıblar". Müsavatçının sözlərinə görə, qəbulda Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun “cinayət və korrupsiya əməllərindən” danışıb: “2008-ci ildə ondan mənə olan borcunu istədiyimə görə məni şərləyib tutdurmaq üçün kənddəki evimin zirzəmisinə silah atdırdığını, ancaq avtomat silahın ailəm tərəfindən müəyyən edilərək polisə təhvil verilməsi nəticəsində məqsədinə nail ola bilməməsi, bilavasitə tutduğu vəzifədən sui-istifadə edərək istintaqdan yayınmasını; 25 noyabr 2010-cu il tarixdə öyrədilmiş adamlar vasitəsi ilə mənə qarşı etdirdiyi təxribata, avtomobilimi əzdirdiyinə, cinayət işinin rayon səviyyəsində qaldırılmasına mane olduğundan yalnız mənim baş prokurora müraciət etməyimdən sonra cinayət işinin qaldırıldığını, onun əlaltısının etdiyi əmələ görə CM-in 221-ci maddəsi ilə məhkum olunduğunu; 10 may 2011-ci Prezident Administrasiyasının ərazi üzrə kuratorunun vasitəsilə məni aldadaraq rayona qəbula çagırtdırıb dava saldığını, müavinləri də daxil olmaqla, 17 nəfərin guya qəbulda onu döydüyümə görə üzümə dirəndiyini, ərizə ilə polisə müraciət etdiyini, lakin o vaxtkı rayon prokurorunun, keçmiş rəisin tutduqları obyektiv mövqe nəticəsində yenə də məqsədinə nail ola bilmədiyini; rayonda qaçqınlar üçün tikilən mənzillərin əksəriyyətinin ”Qaçqınkom"un rayon üzrə keçmiş məsləhətçisi, hazırda onun müavini olan Hafiz Mehdiyev vasitəsilə ehtiyacı olmayan, ümumiyyətlə, haqqı olmayan qohumlarına payladığını həmin adamların isə o evlərdə yaşamadıqlarını, kasıb qaçqınlara ev verilmədiyini; bunların haram gəlirlər hesabına fironluq etmələrini, rayonu qanuna əsaslanaraq deyil, quldur, hədə-qorxu ilə idarə etmələrini, konkret olaraq bir ay əvvəl yuxarıda göstərdiyim faktları “Qaçqınkom” qarşısında qaldırdığıma görə icra başçısının əmisi oğlu tərəfindən mənə “bizim qarşımızda heç kim dura bilməz, belə getsə səni öldürtdürəcəyik” hədəsini etdiyini bildirmişəm".



İ.Abbasov deyir ki, əməllərinə haqq qazandırmaq üçün onun müsavatçı olmasını əllərində bayraq ediblər: “Baxmayaraq ki, bunlar Müsavat hakimiyyətinin qaldırdığı bayrağın altında oturub keflərini çəkirlər. Bütün bunlara baxmayaraq, konkret olaraq yuxarıdakı faktları sadalayan zaman Hüseynqulu Bağırov diqqətlə qulaq asaraq açıq formada ”İsa bəy mən sizi başa düşürəm. Mənim də başıma gəlib, vaxtilə yaxşılıq etdiyim adamlar mən işdən çıxandan sonra heç salam da verməyiblər. Çox təəssüf edirəm ki, sizə qarşı icra başçısı belə mövqe tutur, onu çağırıb başa salacağam. Siyasi mənsubiyyətimizdən asılı olmayaraq hamımız bu ölkənin vətəndaşıyıq. Ərizənizdəki faktları da prezidentin bura ezam etdiyi səlahiyyətlisi kimi aidiyyəti orqanlara göndərtirəcəm" dedi. Qəbul zamanı Az TV öyrədilmiş adamlardan müsahibə götürməsindən başqa isə qeyri-adi bir şey hiss etmədim".


Teqlər:
Bu xəbər cəmi 2010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR