Siqaret çəkmək ürək-damar sisteminə çox ciddi ziyan vurur, insult və infarktın riskini bir neçə dəfə artırır.
"Yenimeydan.info" "Saglamolun.az"a istinadən xəbər verir ki, hal hazırda ürək-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yer tutur.
frame allowfullscreen="true" allowtransparency="true" frameborder="0" height="200" hspace="0" id="aswift_1" marginheight="0" marginwidth="0" name="aswift_1" scrolling="no" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;" vspace="0" width="817">
Əvvəllər belə hesab olunurdu ki, siqareti tərgitdikdən 5 il sonra insultun riski azalır və heç vaxt siqaret çəkməyən insanlarda olduğu səviyyədə müəyyənləşir. Lakin ABŞ alimlərinin yeni araşdırması göstərib ki, ürəyin və damarların tam bərpası üçün daha çox vaxt tələb olunur.
Alimlər 50 il ərzində 8700 siqaret atan insanın sağlamlıq göstəricilərini analiz etdikdən sonra belə nəticəyə gəlib ki, ürək və damarların tam bərpası üçün 5 deyil, hətta 10 deyil, 15 il (!) tələb olunur. Məhz siqareti atandan 15 il sonra infarkt və insultun inkişafı riski heç vaxt siqaret çəkməyən insanlarda kimi olur.
Lakin bu ən qorxunc nəticə deyil. Alimlərin sözlərinə görə, ürək və damarlar ən tez bərpa olunur. Ağciyər, beyin və s. orqanların bərpası üçün bundan da çox vaxt lazımdır.