Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov tələbəsi Lamiyə Novruzovaya əxlaqsız təklif etməsi ilə bağlı bəzi media orqanlarında yazılanlara aydınlıq gətirib. Modern.az saytına açıqlama verən sənətkar yazılanlardan böyük gərginlik keçirdiyini bildirib:
”Bu haqda mənə də uşaqlar dedi. Tərbiyəsiz adamların yaydığı xəbərdir. Əgər təkzib verməsələr, o qəzeti məhkəməyə verib, başlarına oyun açacağam. Lamiyə mənim tələbəmdir. Çox yaxşı da qızdır. Deməli bu qız Facebook-da yazıb ki, “bəzi mədəniyyətsiz müəllimlər tələbələrinə pis gözlə baxırlar”. Axırda da yazıb ki, “mənim müəllimim Mənsum İbrahimov tələbələrinə atalıq edir”. Bütün bu xəbərlər də ordan qaynaqlanır. Hamı da bilir bütün tələbələrimə qarşı valideyn-övlad münasibətim var”.
Qeyd edək ki, sözügedən xəbər “Reytinq” qəzetində dərc olunandan sonra digər KİV-lər də işıqlandırılıb.