Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Müəyyən dəyişikliklər gözlənilir”

“Müəyyən dəyişikliklər gözlənilir”


Iyunun 27-də Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media forum” saytının suallarını cavablandırıb. 



- İyulun 12-də Azərbaycan jurnalistlərinin VI qurultayı keçiriləcək. Tədbirin keçiriləcəyi yer məlumdurmu?



- Hələ ki, qurultayın harada keçiriləcəyi dəqiq bilinmir. VI qurultayın keçirilməsi üzrə təşkilat komitəsi gələn həftənin əvvəli toplaşıb tədbirin yerini, həmçinin qonaq qismində kimlərin dəvət olunması məsələsini müəyyənləşdirəcək.



- Qurultayla bağlı hansı işlər görülür?



- Qurultayda gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik qəzetlər, xəbər portalları, jurnallar və jurnalist təşkilatları 1 nümayəndə ilə təmsil olunacaq. Hesabat seçki xarakteri daşıyan qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də seçiləcək. Qurultaya nümayəndələrini və Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə namizədlərini müəyyənləşdirmələri üçün redaksiyalara məktub və anket forması göndərilib. Redaksiyalar qurultayda onları təmsil edəcək şəxslər barədə müraciətləri hazırlayaraq, həmçinin Mətbuat Şurası İdarə Heyətində jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən görmək istədikləri adamların adlarını anketə yazaraq təşkilat komitəsinə göndərməkdədirlər. Bu sənədlər toplanıb qruplaşdırılacaq. Hazırda isə texniki işlər görülür.



- Mətbuat Şurasının nizamnaməsində dəyişiklik olacaqmı?



- Müəyyən dəyişikliklər gözlənilir. Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bir sıra məqamlarında da dəyişiklik olacaq. Ötən il Mətbuat Şurası ilə ATƏT-in birgə keçirdiyi müzakirələr nəticəsində artıq Jurnalistlərin Peşə Davranışı Qaydalarında müəyyən düzəlişlər edilib. Bu düzəlişlər dünya təcrübəsinə əsaslanır. Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları kifayət qədər mükəmməl bir sənəd olsa da, beynəlxalq təcrübəyə əsaslanıb ona müəyyən əlavələrin edilməsi zəruridir. Bu əlavələr qurultayda müzakirəyə çıxarılacaq. Həmçinin bir sıra portallar, onlayn jurnalistikanın nümayəndələri Mətbuat Şurasına üzv olmaq üçün müraciətlər edirlər. Çox güman ki nizamnamədə bu məsələlər də nəzərə alınacaq.



- Qurultayda Mətbuat Şurasının sədrliyinə seçki keçiriləcəkmi?



- Ümumiyyətlə qurultayda İdarə Heyəti yenidən formalaşacaq.



- Sədrliyə namizədliyinizi irəli sürəcəksinizmi?



- Bu, qurultayın səlahiyyətində olan bir məsələdir.


Teqlər:
Bu xəbər cəmi 3050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR