Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Hakimiyyət bütövlükdə polis formasında görünür” - Müsahibə

“Hakimiyyət bütövlükdə polis formasında görünür” - Müsahibə
“Ehtiyatsızlıq ucbatından koftasının, donunun içindən əvvəlcədən hazırlanmış bülletenlər tökülən bizim müəllimələrdir” "Yenimeydan.info" Azərbaycan Ziyalılar Forumunun üzvü, tarixçi alim, professor Cəmil Həsənlinin “Qafqazinfo”ya müsahibəsini təqdim edir :

- Cəmil müəllim, siz həmişə sərt mövqələriniz, çıxışlarınız ilə yadda qalırsınız. Mən bilmək istəyirəm ki, bu sərtlik sizin xarakterinizdən irəli gəlir, yoxsa cəmiyyətdə baş verənlərə laqeyd qala bilməməyinizdənmi qaynaqlanır?


- Mən təbiət etibarı ilə sərt adam deyiləm və məqsədli şəkildə sərtlik etmək niyyətim də yoxdur. Kimin tərəfindən edilməsindən asılı olmayaraq millətimiz üçün edilən faydalı addımları qiymətləndirməyi məqbul hesab edirəm. Amma müşahidə etdiyimiz hadisələr, bizi əhatə edən aləmdə baş verənlər o qədər eybəcər, həyat həqiqətləri o qədər ağrılıdır ki, bu problemlər sərt şəkildə ortaya qoyulmalıdır, bu yaltaqlıq və məddahlıq xorunda xalqın qulağı hərdən həqiqətləri də eşitməlidir. Bu həqiqətləri demək elə də asan deyildir, amma vacibdir. Bunu demək lazımdır ki, 20, 30, 50 il sonra bu dövrün hadisələrinə qayıdanda, gələcək nəsil dövrümüzün xəcalət hissini gecikmiş tarix yaşamasın və fikirləşməsin ki, bu adamlar hamısı buyruq qulu olublar, nə göstəriş veriblərsə, onu da deyiblər, dolanışıqları ilə vicdanları arasında vurnuxublar. Onsuz da söz deyən adamların dairəsi elə də geniş deyildir, aqibətləri də bəllidir. Amma bütün hallarda cəmiyyətin müqavimət gücü olmalıdır və bu güc həmin kiçik dairənin həyatları hesabına cilalanan vicdanından keçir. Ən ağır şərtlər daxilində belə ən azından 5-10 nəfər söz deyən olmalıdır ki, hakimiyyətlər adi həyat həqiqətlərini unutmasın,  xalqı kütləyə çevirmək, milləti itaətkar məzlum qula, dövləti əraziyə çevirmək iddiasına düşməsin. Ona görə də, baş verənlər dilə gətirməlidir. Sadəcə olaraq həqiqətin ifadəsi antik dövrdən bəri bütün zamanlarda elə də rəvan qəbul olunmayıb. Həmişə hakimiyyətlərə qarşı deyilən sözlər sərt hesab olunub. Məsələn, məşhur polyak rejissoru Kşiştof Zanussi sosializm böhranından sonra bir dəfə çıxışında dedi ki, adamlar televiziyaya çıxıb danışmadığımıza görə bizə təşəkkür edirdilər. Çünki o zaman bəlli idi ki, televiziyada nə danışılır. Yaltaqlıq mühiti var idi. Hamı süngü üzərində dayanan o quruluşu tərifləməyə məhkum idi. Və sadə polyaklar ona görə təşəkkür edirdilər ki, Zanussi kimi adamlar məddahlıq yarışına qoşulmadılar. Bilirsiniz, cəmiyyət son dərəcə həssasdır. Nəyin düz, nəyin səhv olduğunu çox gözəl sərfi-nəzər edir. Əgər cəmiyyət bu yaltaqlıq, məddahlığın yaradıcılıq prosesinə çevrilməsini içinə salıb səsini çıxarmırsa, bu o demək deyidir ki, baş verənləri anlamır. Mirzə Cəlili yetirən bir millət anlamaq dərdindən xali ola bilməz. İndiki halda xalqın biganəliyi, yalana adaptasiya olması bütövlükdə yalan üzərində köklənmiş bir siyasətin Pirr qələbəsidir. Baxın, ərazisi işğal olunmuş bir məmləkətin taleyinə cavabdeh olanlar ya düşmən üzərində qələbə çalıb ölkənin ərazi bütövlüyünü təmin etməli idi, ya da öz xalqı üzərində qələbə çalmalı idi. Bizim hakimiyyət məhz bu ötən 20 ildə öz xalqı üzərində qələbə çaldı, onu məzlumlaşdırdı, müqavimət gücünü heçə endirdi, gündə bir yalanın ilməsini atdı. Nəticədə seçki prosesi şəffaflaşmaq əvəzinə, ili-ilindən daha da qaranlıqlaşdı, hər seçki özündən əvvəlkindən daha betər oldu, saxtakarlıq beynəlxalq məzmun aldı, bununla da xalq hakimiyyətin mənbəyi olmaq kimi fundamental imtiyazını itirdi.  


 


- Siz seçki illərinin məhrumiyyət illəri olduğunu qeyd etdiniz. Bu seçki də həmin məhrumiyyətlərin bir hissəsi olacaq?


- Nəzəri cəhətdən bu ola bilər. Amma praktiki cəhətdən ciddi proseslər var. Kifayət qədər ciddi məsələlər meydana çıxıb.  Dediyim illərdə iqtidar bu qədər gözdən düşməmişdi. Hansısa bir ümid var idi, aldanmaq limiti hələ tükənməmişdi. İnsanların içində bəlkə tənbəllikdən, bəlkə özünə bəraət verməkdən irəli gələn bir laqeyidlik, nəyinsə düzələcəyinə bir illüziya var idi. Adamlar özlərini inandırmağa çalışırdılar ki, hələ hər şey itməyib. Amma indi  çox qəribə vəziyyət yaranıb. Hakimiyyət ölkə daxilində simasını, ölkə xaricində isə etimadını itirib. Bu həm siyasi, həm sosial, həm də mənəvi baxımdan ümummilli böhranının son dərəcə sarsıntılı bir əlamətləridir. Ona görə də qarşıda müxalifəti çətin sınaq, hakimiyyəti isə böyük sarsıntılar gözləyir. Dünyada başlanmış yeni tendensiya vəziyyəti daha da mürəkkəbləşdirir. Biz istəsək də, istəməsək də dünyanın bir hissəyik. Və əgər biz dünyanın bir hissəsiyiksə və dünyada baş verənləri görürüksə, gördüklərimizdən nəticə çıxarmırıqsa, həmin prosesin bizə də gəlib çıxması labüddür. Hesab edirəm ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanın potensialı var idi ki,  o xalqın qarşılaşdığı problemləri həll etsin. Amma hakimiyyət islahatlar yolu tutmadı, hər şeyi inkarçılıq, yalan və illüziyalar üzərində qurdu. Zor tətbiq etmək böhranı ört-basdır etməyin istinad nöqtəsinə, vətəndaşı narkotika ilə təhdid etmək hakimiyyətdə qalmağın tragikomik bir  vasitəsinə çevrildi. Narkotik ittihamların siyasi sərbəstliyi onsuz da süngü üzərində oturmuş hakimiyyətinin “konfortunu” əməlli-başlı silkələdi.


 


- Sizcə, hazırkı sınaq dövrünün qalibi kim olacaq?


- Vallah, indi kim resept verə bilər? Bu proses gedir. Ən mühüm olanı odur ki, bu prosesdə hər kəsdən, hər kimdən daha çox xalq qalib çıxsın. Söhbət seçkidən gedirsə, seçki mexanizmi işləməlidir. Xalq gerçək bir seçki mühiti və eyni zamanda gerçək bir seçki həyacanı yaşamalıdır. Əgər xalqın əvəzinə MSK seçkinin taleyini həll edəcəksə, mən hesab edirəm ki, bu iqtidarın da müxalifətin də ağrılı nəticələrə gətirib çıxaran böyük məğlubiyyəti olacaq.


 


“Milli Şuranın əlində nə həzrəti Musanın sehirli əsası, nə də Ələddinin sehirli çıraqı yoxdur”


 


- Mərkəzi Seçki Komissiyası və onun sədri Məzahir Pənahov xalqdan deyil ki?


- Şübhəsiz ki, xalqdandır, heç kəs Məzahir Pənahovun kimlik məsələsinə şübhə ilə yanaşmır. Seçkini keçirən də, onu saxtalaşdıran da kütləvi saxtakarlıq mühiti yaradan da biz özümüzük. Amma bununla bərabər Azərbaycanın ən mühüm hüquqi sənədlərində ən böyük dövləti cinayət hakimiyyətin mənimsənilməsi hesab edilir. Və əgər hakimiyyət xalqın rəyi ilə formalaşmırsa, deməli bizim ölkəmizin ən ağır cinayəti olan dövləti cinayət  baş verir. Söhbət kiminsə bu cinayət üzərində mühakimə olunub-olmamasından getmir. Bu faktın ortada olmasından, adamların çox asanlıqla bu çinayətə sürüklənməsindən gedir. Bizim ölkəmizdə nə Perudan, nə Uruqvaydan kimsə gəlib seçki keçirtmir. Seçkini özümüz keçirdirik. Çox üzr istəyirəm,  dəfələrlə gördüyümüz kimi “ehtiyatsızlıq” ucbatından koftasının, ya donunun içindən əvvəlcədən hazırlanmış bülletenlər tökülən bizim müəllimələrdir. Bunu gəlib ayrı yerdən etmirlər ki.


 


- Cəmil müəllim, siz bu prosesin içindəsiniz. Bir az da yorğun və inamsız görünürsünüz. Siz mübarizəyə qoşulmusuz və özünüzü bu hakimiyyətə rəqib qoymusunuz. Nə qədər ümidlisiniz?


- Mən heç kimə rəqib deyiləm, o cümlədən hakimiyyətə də. Normal seçki arzulayıram və bu seçkidə qalib gələn, gerçəkdən xalqdan mandat alan hər kəsə uğurlar arzu edirəm. Bilirsiniz, xalq öz gücünə inanmalıdır, öz səsinin nəticəsini görməlidir. Xalqın kiminsə arxasıyla getməsi üçün gərək inam olsun. Güclü müxalifəti olmayan hakimiyyətin diktaturaya yolu açıqdır. Ona görə hər hansı bir cəmiyyət o zaman güclü olur ki, onun tək iqtidarı deyil, müxalifəti də güclü olsun. Harmonik inkişafın yolu bu güclərin balansından keçir. Biz Ziyalılar Forumunu yaradanda əsas məqsədlərimizdən biri o idi ki, ictimai rəyi bir az dirildə bilək. Yəni ictimai rəy insititutu işləsin. Hesab edirəm ki, bu məsələdə müəyyən irəliləyiş oldu. Məsələn, bu gün ictimai rəy baxımdan hazırkı Azərbaycan cəmiyyəti 5-10 il bundan qabaqkı cəmiyyətdən xeyli fərqlənir. İndi özünüz görürsünüz ki, sosial şəbəkələrdə, mətbuatda və digər KİV-lərdə o şeyləri ki, 5 il bundan qabaq demək mümkün deyildi, bu gün o şeylərin hamısı deyilir. Sadəcə olaraq ictimai rəyin fəallaşması ilə iş bitmir, gərək ictimai rəylə hesablaşmaq mexanizmidə işləsin, ictimai rəydən utanmaq, çəkinmək meyarı formalaşsın. Oğurluq, xalqın malını talamaq, korrupsiya faktları ortada, sənəd-sübutla təsdiq olunur, amma bunu törədən adamlar öz əməllərindən utanmır. Yəni bizim içində yaşadığımız dövrün ən ağrılı nəticəsi ondan ibarətdir ki, Azərbaycanda vəzifəli şəxslərin müəyyən bir hissəsi oğurluğa adaptasiya oldu. Yəni mətbuat onun oğurluğundan yazanda o utanmır. Çünki hakimiyyət bütövlükdə oğurluq faktlarının açılmasında maraqlı olmadı, onun açılmamasının qanunvericilik əsaslarını möhkəmləndirdi. Natəmiz əməlin xəcalətini yaşamaq, bu əmələ görə vəzifədən getmək anlayışı ölkəmizdə oturuşmadı. Çünki hakimiyyət bunda maraqlı olmadı. Natəmiz əmələ görə utanc hissinin itirilməsi bir tərəfdən hakimiyyətin kriminallaşması, digər tərəfdən bunun siyasi məzmun kəsb etməsi ilə bağlıdısa, üçüncü tərəfdən mənimsənilən vəsaitin həcmi ilə bağlıdır. Yəni xalqdan oğrlanan vəsait o qədər böyükdür ki, onun qarşısında bütün mənəvi meyarlar arxa plana keçir. O cümlədən həmin o təmiz ad da, utanmaq hissi də və.s


 


- Cəmil müəllim qeyd edirsiniz ki, prosesin önündə gedən insan olmalıdır. Demokratik düşərgədə Milli Şura yaranıb və onun sədri də seçilib. O öndə gedən qüvvə isə hələ ki prosesin gedəcəyi ölkədə deyil. Rüstəm İbrahimbəyovun ölkəyə gəlməmək ehtimalı ola bilərmi?


- Əlbəttə, Rüstəm İbrahimbəyov ölkəyə gələcək və prosesə də rəhbərlik edəcək. Sadəcə olaraq onun ölkəyə gəlməməsində çoxları maraqlıdır və ona qarşı aparılan piar kampaniyası, iyrənc təbliğat da buna xidmət edir. Baxın Rüstəmə qarşı kimlər yazır. Bunlar təsadüfü adamlardır, o qədər təsadüfü adamlardırlar ki, çox vaxt yazdıqlarını da öz adları ilə deyil, müxtəlif qurama adlarla üzə çıxarırlar. O ki, qaldı Milli Şuraya, onun sosial bazası müxalifətin sosial bazasından çox genişdir. Dövlətin imkanlarına dayanaraq hakimiyyətin əzdiyi müxalifət və üstəgəl geniş müxalif düşüncə, habelə, hakimiyyətə nifrət edən xalq. Milli Şuranın əlində nə həzrəti Musanın sehirli əsası, nə də Ələddinin sehirli çıraqı yoxdur, lakin bəlli bir istinad nöqtəsi vardır ki, bu da əzilmiş, məzlumlaşdırılmış, ictimai proseslərdən uzaqlaşdırılmış xalqdır, Milli Şuranın gücü xalqın sosial-siyasi fəallığındadır və ona söykənərək də hərəkət edir. Milli Şura müxalif fikrin daşıyıcısı kimi  böyük bir auditoriyaya hesablanıb. Rəsmən heç bir müxalif partiyada təmsil olunmayanların böyük əsəriyyəti öz ümid və arzularını Milli Şurada görür. Milli Şuranın sosial bazasının genişliyi hakimiyyətin əleyhdarlarının çoxluğundadır. Sabah normal, gerçək seçki olsa, normal həyat tərzi, adam kimi yaşamaq, tam hüquqlu vətəndaş çevrilmək arzusunda olan seçicilərin böyük bir hissəsi  Millli Şuraya səsini  verəcək. Çünki bu hakimiyyətə etimad itib. Milyon yarım pensiyaçının təxminən aşağı yuxarı 1 milyon 200 mini ən çoxu 100 manatla 150 manat arasında pensiya alır. Kim izah edə bilər ki, bu adamlar hökumətdən razıdır?  Adam 35-40 il öz əməyini, sağlamlığını, intellektini bu cəmiyyətə verib. Lap olsun 180 manat. Bu günki şərtlərlə o nə deməkdir? Hökumət bu məbləği müəyyən edəndə, zəhmət çəkib bu vəsaitlə yaşamağın reseptini də verməlidir, halbuki, artıq yaşlanmış pensiyaçıların tez-tez müraciət etdiyi həkimlərin yazdığı bir tibbi reseptin dərmanlarına belə çatmır bu vəsait. Məsələn, deyəndə ki, yoxsulluğun həddi  5,3  faizə enib. Əgər  1 milyon 500 min pensiyaçı orta hesabla 150 manatın aşağısında pensiya alırsa, təxminən bu sayda olan müəllim, həkim, mədəniyyət işçisi, orta və kiçik məmur təbəqəsi qeyd edilən rəqəmin ətrafında əmək haqqı alırsa o yoxsulluğun həddi hansı meyarlarla müəyyən edilir?


 


- Həmin o 1 milyon 200 min adamın qarşısını nə kəsir ki...


- Zor və zora dayanan polis rejimi. Nə vaxt normal olaraq vətəndaşın sərbəst toplaşmaq haqqında konstitusion haqqına təminat verildi və o etirazını bildirmədi? Bütün totalitar rejimlərdə olduğu kimi Azərbaycanda da hakimiyyətin dayaqları xalqa söykənməkdən polis orqanlarına söykənməyə transfer edib. İndi bizim hakimiyyət bütövlükdə polis formasında görünür, hər nazirliyin, hər idarənin öz tutucu orqanları var. Tutulan, təqib edilən  kimdir? Xalq, gözü qorxudulmuş xalq,  bir tikə çörəyin əsirinə çevrilmiş xalq, məzlumlaşdırılmış xalq! Baxın neft şirkəti əhaliyi ilə hansı dildə danışır. Bir vaxtlar dövlət orqanlarının rəsmi qaydada əhaliyə verdiyi ərazilər torpaq qiymətə mindikdən sonra zorakılıq üsulları ilə adamların əlindən alınır. Ona görə də ölkədə etirazçı dairə çox genişdir, meydanların tuta biləcəyindən də çox.


 


- Axı hansı ölkədə vətəndaşı çağırıb deyirlər ki, gəlin yığışıb etiraz edin. Vətəndaş özü-özünə meydan açmalıdır. Azadlıq meydanı insan toplaşandan sonra meydan oldu. Gərək insan toplaşsın ki, meydan yaransın...


- Mən bununla razıyam. Amma həmin dövrdə Azadlıq meydanının meydana çevrilməsində hakimiyyət özü də maraqlı idi. Çünki orda erməni faktoru, Qarabağ problemləri var idi. Sərbəs toplaşmaq, mitinq keçirmək vətəndaşın fundamental hüquqlarındandır. Bunun qarşısını almaq üçün gülünc dəlillər gətirirlər. Guya birinin mitinq hüququ olduğu kimi, digərinin də istirahət hüququ var. Onda niyə, 5-10 velosipedçiyə görə şəhərin mərkəzini 5 gün bağlamaq olar və bütün şəhər nəqliyyatı bir-birinə dəyə bilər, bu  vətəndaşın hüququnun pozulması olmur? Amma iki saat mitinqə görə vətəndaşın istirahət hüququ pozulmuş olur. Nəyə görə bir-birinin ardınca silsilə keçirilən bayramlarda gecə saat 12-də 1-də toplardan yaylım atəşi açıb təxminən 100 minlərlə körpənin yuxusunu pozmaq olar, amma gündüz saat 4-də Azadlıq meydanında iki saatlıq mitinq keçirtmək olmaz. Bilirsən, burda qərəz göz qabağındadır. Amma bütün hallarda mən sizin fikrinizlə razıyam ki, vətəndaş, əhali, xalq sərbəst toplaşmaq haqqını özü təmin etməlidir.  


 


- Əlbəttə ki, hakimiyyət buna icazə verməyəcək...


- Amma, konstitusiyanın təminatçısı hakimiyyətdir.


 


 


 


“İslam inanclı etiqadlı adamın cibinə narkotika atmaq tək onu şərləmək deyil, həm də din olaraq İslamı aşağılamaqdır”


 


 


- Axı vətəndaş meydanı yaratmır... 


- Bizim vətəndaşlarımızdan da narazılıq var. Ancaq eyni zamanda çıxan vətəndaşın taleyi o tərəddüd edən üçün müəyyənedici amildir. O görür ki, məsələn, NİDAçıların başına nə oyun açdılar. Mitinqdə aktivlik edən Cabbar Savalanın başına nə oyun açdılar. Bir sıra adamlar üçün narkotika gerçəkdən uyuşdurucu rolu oynayır. Bizim üçün isə bu hüquqi bir bəlaya çevrilib. İslam inanclı etiqadlı adamın cibinə narkotika atmaq tək onu şərləmək deyil, həm də din olaraq İslamı aşağılamaqdır. Onun daşıyıcısı kimi  imanlı adam həccə gedib beytül həqqə qovuşub, bizim orqanlar çox rahat onun cibindən narkotika tapa bilir. Qanunu qorumalı olan qurumların qanun qarşısında heç bir çəkinəcəyi olmadığında ölkəmizdə vətəndaşı həbsə almağın ən iyrənc üsullarından istifadə edilir. Narkotika ittihamını beynəlxalq hüquq laboritariyasına gətirən Azərbaycan hakimiyyətidir. Bu elə də yaxşı göstərici deyil. Hətta, Sovet hökuməti kimi antibəşəri, antihumanist bir hökumət öz vətəndaşlarını narkotika ilə tutmurdu. Bunu nəzərə almaq lazımdır. Sadəcə olaraq hüquq-mühafizə orqanlarında peşəkarlıq, qanun qarşısında  məsuliyyət hissi o qədər aşağı düşüb ki, cəzasızlıq mühiti elə geniş miqyas alıb ki, o bilir ki, vətəndaşın cibinə narkotika atmağa görə heç kəs onu cəzalandırmayacaq. Əksinə rütbəsi artacaq. Nə üçün o başını işlədib ayrı bir şeylər fikirləşməlidir?  Hazır narkotikdir, at cibinə, iki polis işçisinin şahidliyi ilə sənədləşdir, iş bitsin. Görünür, Azərbaycan polisinin arsenalında olan narkotikanın həcmi Azərbaycan vətəndaşının cibinin, çantasının, maşınının, evinin tuta biləcəyindən daha çoxdur. Bax, bu var, etirazçı dairəni belə kriminal üsullarla “ram” edə bilirlər. 


 


- Son 20 ildə müxalifətin geniş birliyinin yaranmasına  nail olunub. Rüstəm İbrahimbəyov bu ilkə imza atdı. Son bir-iki açıqlamalarında ölkəyə gələcəyi təqdirdə həbs oluna biləcəyi ehtimalından danışdı. Sizcə, öndə gedən bir liderin belə açıqlamalar verməsi nə dərəcədə doğrudur?


- Əvvəla Rüstəm demədi ki, mən ölkəyə gəlməyəcəm. Rüstəm dedi ki, onun qarşıda çox əhəmiyyətli səfərləri var və o səfərləri də başa vurub ölkəyə qayıdacağam. Rüstəm istənilən halda ölkəyə qayıdacaq. Bu yolu gedirsənsə, onun çətinliklərinə də dözməlisən. Millətin əfəndisi olmaq ona xidmətdən keçir. Həbs olunanların heç biri bizdən əskik adamlar deyil. Son illərin ən mühüm yekunu ondan ibarətdir ki, həbs sindromu artıq sınıb. İlqar Məmmədovun həbs olunması ilə nə dəyişdi? İlqar yenə həmin fikrilərində qalıb. Əlbəttə, həbs şəraiti ağır şəraitdir. Ordan hamı eyni qaydada çıxmır. Biz o palitranı çox gözəl görüb müşahidə edirik. Şəxsən mənim müdafiə etdiyim bəzi vicdan məhbusları var ki,  sadəcə olaraq mən indi o müdafiədə iştirak etdiyimə görə xəcalət çəkirəm. Bu da var, amma İlqar Məmmədov, Tofiq Yaqublu, Hilal Məmmədov, Qurban Məmmədov, NİDA-çılar və bu silslədən olan başqaları da var. Belə həbslərin əvəzinə mümkün olan islahatları aparmaq lazımdır. Əminliklə deyim ki, cəmiyyət bunun arzusunda idi, bunu gözləyirdi, xüsusilə, gənclik islahatlara təşnə idi. Amma bu baş vermədi. 


 


“Biz Şimali Koreya modelinin astanasındayıq”


 


- İslahat deyərkən, nə etmək lazımdır?


- Bunun dairəsi çox genişdir. Bu istiqamətdə çox şey etmək lazımdır. Amma gərək buna istək olsun. Siyasi islahatlarından azad iqtisadi modelin işlək mexanizmə çevrilməsinə qədər. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və yerli idarəçilin modernləşdirilməsi məsələləri iə bağlı çoxlu problemlər var. Real məhkəmə islahatı keçirilməli və bu orqanların gerçək müstəqilliyi təmin edilməlidir. Prokuror nəzarəti və hüquq mühafizə orqanları, təhlükəsizlik xidməti  demək olar ki, sovet dövrünün qaydaları ilə işləyir. Dəyişən yalnız adlardır, yenilik hakimlərin göy qəytanlı qara rəngli ləbbadələrindən o tərəfə keçmir. Dövlətin idarə edilməsində seçkili orqanların rolu və funksiyası artırılmalıdır. Bank və maliyyə islahatları təxirəsalınmaz bir vəzifə kimi qarşıda dayanır. Dövlətin maliyyə resursalından açıq-aydın əhalini soymaq iqtisadi əsarətə salmaq üçün istifadə olunur. Hansı ölkədə 20-25 faizlik kreditlərlə iş qurmaq və ondan gəlir əldə etmək olar. Axı bu soyğunçuluqdur. Ölkə əhalisinin yarısı bankların girovuna çevrilib. Faktiki olaraq hakimiyyət Azərbaycanın maliyyə vasaitlərin xarici ölkələrə daha ucuz qiymətə borc verir, nəinki öz vətəndaşına.  Yaxud neft pullarının xərclənməsinə baxın. Bir qayda olaraq böyük vəsaitlər xərc tələb edən, gəlir gətirməyən sahələrə yönəldilir. Çünki gəlir gətirməyən sahələrə qoyulan xərclərin mənimsəmənin imkanları çox böyükdür.  Ölkədə demokratik institutların fəaliyyəti stimullaşdırılmalı, cəmiyyət içindən saflaşmalıdır, hakimiyyəti və dövlət orqanlarının seçki mənbəyi ədalət meyarlarına dayanmalıdır. İdeoloji baxımdan, xüsusilə rəhbərin vəsfi  baxımından biz Şimali Koreya modelinin astanasındayıq. Təcili tədbirlər görülməsə, az sonra Pxenyanla Bakı arasında qalan azacıq fərqlərdə tarixin yaddaşına qovuşacaq. Fərdin azadlığı, mülkiyyətin toxunulmazlığı, toplumun haqqı və hüququ bu islahatların mayasında dayanmalıdır. İqtisadi azadlıqlar olmayan yerdə siyasi azadlıqlar deklarativ xarakter daşıyır. Baxın 5-10 işbaz ölkənin bütün sərvətlərini ələ keçirib, gəlirli sahələrini nəzarətə alıb. Bu gün xalqın əlində nə var? Vaxtilə Həsən bəy Zərdabi haray salırdı ki, biz caamatımıza iş qurmağı, pul qazanmağı öyrətməliyik ki, o nökər təfəkküründən uzaq olsun. Bu gün yeridilən sosial və iqtisadi siyasət geniş əhali kütləsinin mülkiyyətsizləşdirilməsi üzərində qurulub. Xalqa nökər, muzdur kimi baxılır. Bu uzun davam edə bilməz.  


 


- Yəni problemin kökündə kim və ya nə dayanıb?


- Azərbaycan prezidenti bu dəfəki YAP-nın qurultayında anons verdi ki, biz islahatlara başlamaq istəyirik.  Axı bu anons 2003-cü ildə də verilmişdi. Deməli, ötən 10 il itirildi.


 


- Hakimiyyət islahata könüllü getməlidir yoxsa məcburi?


- Ən yaxşısı odur ki, hökumət bu islahatları könüllü sürətdə etsin. Lakin qeyd edilən islahatların gec-tez demokratik seçki mühitinə gətirib çıxarması təhlükəsi qaçılmazdır. Ona görə də hakimiyyət bunda maraqlı deyil.


 


“Mənim Misir Mərdanova hörmətim var”


 


- Məsələn, Misir Mərdanovun Təhsil Nazirliyindən çıxarılması, yerinə 1976- ci il təvəllüdlü, qərb təhsili görmüş, Abel Məhərrəmovun tələbəsi olmayan yeni düşüncəli bir adamın təhsil naziri təyin edilməsi islahatdır?


- Bu olsa-olsa hardasa kadr dəyişikliyi kimi qiymətləndirilə bilər. Hansısa nazirin, rəhbər işçinin, hətta baş nazirin belə işdən çıxarılması, yeni adamın təyin edilməsinin islahat məsələsinə heç bir dəxli yoxdur. Bu islahat ola bilməz. İslahat əsaslı şəkildə dövlət idarəçilik mexanizmini əhatə etməlidir, sistem şəklində olmalıdır. Mənim Misir Mərdanova hörmətim var, indi də heç onu gizlətmirəm. Və təzə gəlmiş nazirə də böyük ümidim var, o ümidimi də gizlətmirəm. Yeri gəlmişkən qeyd edim ki, bir sıra mətbuat orqanları təzə nazirin  işini qiymətləndirməyə tələsirlər. Ona bir az vaxt vermək lazımdır ki, işin içərisinə girə bilsin. Edə biləcəyi bir şeyləri tətbiq etsin. Təhsil elə bir sahədir ki, bu gün təyin olunmaqla sabah nəyisə dəyişmək mümkün deyil. Ancaq bizim cəmiyyət elə bir həddə gəlib çatıb ki, üfünətin içərisində gül əkmək mənasız bir şeyə çevrilib. Əgər bizim  rəsmi qaydada elan olunan nəticələrə baxsaq, hansı fəlakətin içərisində olduğumuz aydınlaşar.


 


- Hansı rəsmi nəticələr?


- 18 şəhər və rayonda 9-cu və 11-ci  siniflərin iki fənndən buraxılış imtahanlarının nəticələri elan olundu. Məlum oldu ki, 9-cu sinif şagirdlərinin nə az, nə çox 46,6 faizi ana dilindən 2 alıb. Bu bilirsən nə deməkdir? Bu hər iki şagirddən biri deməkdir. Biz ona görə müstəqil olmuşuq ki, öz milli dəyərlərimizi inkişaf etdirək. Uzun müddət şikayətlənirdik ki, dilimiz sovet dövründə yasaq olunmuşdu və sovet sistemdən imtina etdik ki, Moskva bizim dilimizi inkişaf etdirməyə qoymur. Üstündən 20 il keçəndən sonra məlum oldu ki, müstəqil respublikamızın milli məktəblərində şagirdlərimizin nə az, nə çox yarıba-yarısı öz doğma ana dilindən 2 alır.


 


- Bəs onda niyə deyirsiz ki, Misir Mərdanova hörmətimi itirməmişəm?


- Xeyr, bu 5-10 faiz olsaydı təhsil məsələsi olaradı, əgər bu 47 faizə çatıbsa onda artıq təhsil məsələsi deyildir. Bu bütövlükdə ölkədə yerilidilən siyasətin nəticəsidir . Ölkədə yeridilən siyasətin məntiqi yekunudur. Burda Misir Mərdanov olmasın, Vəli Məmmədov olsun. Bu artıq nazirlik məsələsi deyil, siyasi idarəçiliyin, sistemin yararsızlığı məsələsidir. Məktəb direktorları nazirdən daha çox rayon icra başçılarına tabedirlər. Orta təhsilin belini qıran rüşvət nazirliyə bağlı deyil . Orta təhsildəki rüşvət bilavasitə rayon icra hakimiyyətlərinə bağlıdır. Məktəblər təlimatlar baxımından nazirliyə , idarəçilik baxımından isə icra hakimiyyətlərinə bağlıdır. Bu çox acınacaqlı vəziyyətdir. Azərbaycan təhsilində heç bir vaxt elə hal olmayıb ki, riyaziyyatdan müsbət qiymət alanların sayı ana dilindən müsbət qiymət alanların sayından çox olsun. Bu göstəricilər təhsil meyarları baxımından təhlil olunmamalıdır. Bu göstərici siyasi hadisə kimi təhlil olunmalıdır. Mən elə bilirdim ki, bu nəticələr elan olunandan sonra hökumətin fövqəladə iclası keçirəcək. Adamlar hələ başa düşmür ki, nə baş verib?  IX siniflərdə şagirdlərin yarısı iki alıb . Sabah bu orduya gedəcək, sabah onlar sosial sahədə çalışacaq, xalqımızı idarə edəcək. Bu bisavad kütlə ilə biz hara gedirik? 


 


-Bizdə bunu 3 sistem bölgüsü ilə izah edirlər…


- Heç bir sistem filan yoxdur. Dünyada normal hakimiyyət bölgüsü var. Ən mütərəqqi system seçkili sistemdir. Adamlar istəyirlər ki, onları idarə edənləri özləri seçsinlər


 


“Milli Məclisdə olarkən elə şeylər demişəm ki, indi də o fikirləri səsləndirmək təhlükəlidir”


 


- Ölkədə bir sıra düşüncə sahibləri olan insanlar hesab edirlər ki, islahatlar aparmaq üçün bəlli adamlar getməlidir. Yəni bununla məsələ həll oluna bilər…


- İslahatlar sistemin dəyişməsini özündə ehtiva edir, ayrı-ayrı adamların dəyişməsini yox. İslahatlar sistem formasında olub elmi əsaslara dayanmalıdır. Bütövlükdə siyasətə çevrilməlidir. İslahat hansısa nazirin getməsi və yaxud kiminsə nazir gəlməsi demək deyil. Sistem dəyişməsə, gələn nazir bəyəm ondan yaxşı olacaq? Korrupsiyalaşma o qədər dərinləşdi ki, korrupsioner bir örnək mənbəyinə çevrildi. Adamlar indi uşaqlarına göstərir ki, filankəs kimi olmaq lazımdır. Halbuki o da, cəmiyyət də bilir ki, bütün bu şeylərin kökündə oğurluq, mənimsəmə dayanır. Dəyər dəyişdi. Azərbaycan idarəçilik şəbəkəsində düz və vicdanlı işçi kimə deyirlər? O adamlar ki rüşvət və korrupsiyanın hesabını daha doğru verir. Məsələn, Avstriya prokuraturasının məlumatı bəlli oldu. Yeri gəlmişkən qeyd edim ki, onlar Azərbaycanı axtarmırdılar. Avstriyada Suriyanın pullarını axtarırdılar. Eyni zamanda Azərbaycanın da adı çıxdı. İndi fakt göz qabağındadır. Kim Avstriya prokurorluğun elan etdiyi fakta şübhə ilə yanaşa bilər? Gözəl fakt verdi ki, Azərbaycan banknotların kəsilməsində rüşvət faktoru aşkarlanıb. O rüşvətlərin hansı hesaba köçürülməsinə dair faktlar var. Bilirsiz, bütün bu problemləri həll etməmək nəyə gətirib çıxartdı? Korrupsiya qarşı Mübarizə Komissiyasının rəhbərinin adı beynəlxalq hesabatlara düşdü. İnsan haqları üzrə nüfuzlu beynəlxalq qurum öz hesabatında  Azərbaycanda Korrupsiyasa qarşı Mübarizə Komissiyasının rəhbəri Ramiz Mehdiyevin adını mandat alverində səsləndirdi.


 


- Cəmil müəllim, ola bilərmi ki, sistemin 20 il dəyişməməsində  cəmiyyətin öndə gələn ziyalıların da payı var. Qısa bir məqamı xatırlayaq. Məsələn, Milli Şuranın ilk iclasında onun komitələri elan olunarkən səsvermə keçirildi. Səs çoxluğu ilə layihə qəbul edildi. Səs vermədən sonra siz çıxış edərək bildirdiniz ki, 17 komissiyaya ehtiyac yoxdur. Yəni hələ bu kiçicik məqamdan istifadə edərək demək istəyirəm ki, ola bilərmi ki, ziyalılarımız əvvəl deyilməli olan sözləri sonraya saxladıqlarına görə cəmiyyət bu gündədir…


- Əvvəla,  söhbət məndən gedirsə, mən həmişə çalışmışam ki, kiminsə xoşuna gəlib gəlməməsindən asılı olmayaraq dövlətimiz və millətimiz üçün faydalı hesab etdiyim fikirləri deyim.  Bəzən adamlar sadəlövhcəsinə  deyirlər ki, bəs bunu Məclisdə olan zaman niyə demirdin? Amma mən məclisdə olarkən elə şeylər demişəm ki, mən indi də o fikirləri səsləndirmək təhlükəlidir. Mili Şuraya gəlincə, görünür, mən prosedur baxımdan vəziyyəti yanlış anlamışam. Çünki orda dedilər ki, layihə əsas kimi qəbul olunsun, əlavə və təkliflər sonra səsləndirilsin. Lakin bu meyara görə Milli Şuranın böyük fəaliyyətini şübhə altına almaq doğru deyil. Milli Şurada çox təmiz, işgüzar, bütün varlığı ilə bu millətə xidmət etmək amalı ilə təmsil olunmuş adamlar vardır. Komissiyanın sayının 7 və 17 olması mühüm deyil.


 


-Xalqın xilaskarı kimi yaranan Milli Şura  bir komisyyanın formalaşdıra bilmirsə, hətta say tərkibi, ora daxil olmaqla da bağlı problemlər yaranırsa, bunun səbəbi nədədir?  Bəlkə adamlar məhsuldar işləmir deyə, hər dəfə bu seçki hökumətin xeyrinə olur?


- Bilirsən, bir dəfə qış vaxtına keçməklə bağlı dəyişiklik edəndə hökumət vaxtı 1 saat qabağa çəkmək əvəzinə 1 saat geri çəkmişdi. Milli Şura ictimai qurumdur, yeni yarandığına görə, müəyyən nöqsanları da ola bilər. Amma bütövlükdə onun ideyası, istək və arzuları, məqsəd və məramı xalqımızın vəziyyətini yüngülləşdirməyə, onu tam hüquqlu vətəndaş kimi görməyə yönəlib. Ona görə də sizin fikrinizlə razılaşa bilmərəm. Görürsünüz, çoxlu sayda istedadlı adamlar Milli Şurada təmsil olunublar. Onları peşəkarcasına məsələləri qiymətləndirmək baxımından komissiyalarda təmsil etməyə çalışıblar, bu da bir yanaşma formasıdır. Mən bu komissiyaların çoxluğunu da bununla izah edirəm. Amma eyni zamanda bu da mənim yanaşmamdır ki, Milli Şura hədəf kimi seçkini götürməlidir. Öz fəaliyyətini seçki prosesinə uyğunlaşdırmalıdır. Cəmiyyətin bütün sahələrində ciddi problemlər var. Bu dəqiqə Milli Şura həmin problemlərin həllinin içərisinə girməməlidir.  Demokratik seçki mühitinin yaradılması və demokratik seçkilərin keçirilməsi Şuranın birinci hədəf olmalıdır.


 


“Axı Milli Şuranı  nədə ittiham edəsən?”


 


- Ekologiya komissiyasını bu dəqiqə yaratmaq  nə dərəcədə aktualdır ki?


- Ona görə də mən orada dedim ki, bu dəqiqə cəmiyyətin ekologiyası ilə məşğul olmaq lazımdır. Və bunlar ona gətirib çıxarmamalıdır ki, bundan istifadə edib Milli Şuranı gözdən salasan. Milli Şurada kifayət qədər sınaqdan çıxmış istedadlı adamlar  var. Məsələn , Qubad İbadoğlu. O bu gün ölkənin iqtisadi potensialının, sosial həyatının qiymətləndirilməsində son dərəcə nadir bir mütəxəssdir. Ya da kim düşünə bilərdi ki, Rüstəm İbrahimbəyov müxalif fikrin önündə gedəcək. Deməli, yeridilən siyasət o qədər eybəcərləşdi ki, hətta biz buna gəlib çıxdıq. Əminliklə sizə deyirəm ki, ölkədə olan ziyalıların istisnasız olaraq böyük bir hissəsi ya hakimiyyətdən narazıdır, ya da ona nifrət edir. Sadəcə olaraq bunun ifadə formasını tapa bilmirlər. Milli Şura bu baxımdan geniş perspektivlər açır. 


 


- Narazı həmişə var. Mən bilmək istəyirəm ki,  hökumətə müharibə elan edən, ona rəqib olan Milli Şura 3 aydan sonra baş tutacaq seçkiyə nə qədər ümidli gedir?


- Son 15 ilin seçki mühitini götürsək, Azərbaycanda seçki mühtinin ən böyük bəlası kiminsə güclü, kiminsə zəif olması deyil. Ən böyük bəlası ölkədə azad, ədalətli demokratik seçkilərin keçirilməməsidir. Azərbaycanda sosial ictimai mühit elədir ki, heç kəs seçkiylə hakimiyyətdən getmək istəmir. Çünki hakimiyyətdə olduğu dövrdə iqtidar o qədər kriminallara yol verir ki, o hakimiyyətdən kənar özünü fikirləşə bilmir. Adamların hakimiyyətədən 4 əlli yapışmasının bir psixoloji momenti də bundan ibarətdir. Milli Şura çalışır ki, etiraz elektrotını hərəkətə gətirsin. İnsanların səsi qeydiyyata düşsün. Və insanlar öz səsinin arxasında olsun. İctimai bir fəallıq yaransın. Milli Şura marağındadır ki, etibarlı müşahidə çilərin sayı çox olsun, bitərəf beynəlxalq təşkilat alternativ olaraq exit-poll təşkil etsin. MSK-nın rəqəmləri ilə real rəqəmlər üst-üstə düşmür. MSK deyir ki, Azərbaycanda 5 milyon seçici var. Azərbaycan hakimiyyət orqanları təsdiq edirlər ki, 2 milyon azərbaycanlı Rusiyada  yaşayır. Bunun 500 mini Rusiya vətəndaşı olsun. Ölkədə olmayan 2 milyondan çox seçicinin səsi haradan çıxacaq? İndiyə qədər siyahilərdə olan və başqa məmləkətlərdə oturan bu 2 milyon səsdaşıyıcının məsələsi hansı formada həll olunub? Axı məhz bu rəqəm həmişə saxtakarlığın əsas mənbəyini təşkil edib.


 


- Dolayısı ilə Rusiya özü prosesdə iştirak edir…


-Bəli.


 


- Cəmil müəllim, Rusiyadan söz düşmüşkən qeyd edim ki, Milli Şura yaranan ilk gündən biz mətbuat olaraq proseslərin içindəyik. İlk dövrlər hakim düşərgə Milli Şuranı Rusiyanın proyekti hesab edirdi. Amma son bir neçə gündür ki, konklret bir iqtidar təmsilçisi açıqlamasında qeyd etdi ki, Azərbaycanda müxalif düşərgə heç bir xarici ölkədən o cümlədən Rusiyadan maliyyələşmir. Sizcə nə baş verir?


- Axı Milli Şuranı  nədə ittiham edəsən? Burda təmsil olunan adamlar kifayət qədər tanınan, təmiz adamlardır. Rusiya proyekti məsələsi də məhz bu məqsədlə ortaya atılmışdır, elə bir əsası olmadığı üçün bir neçə həftə ərzində də içtimai müzakirələrdən çıxdı. 


 


“Rövnəq Abdullayev bəyanat verir ki, biz ermənilərə qaz verməyə hazırıq”


 


- Hətta Rüstəm İbrahimbəyovun hökumətin adamı olduğunu deyirlər…


- Bilirsiniz, hakimiyyət düşünmürdü ki, Milli Şura formalaşa bilər və ona görə də onun formalaşma mərhələsində ona qeyri ciddi münasibət bəslənirdi. Lakin görəndə ki, Şura güc mərkəzi kimi formalaşdı, onda hökumət bütün inzibati imkanların hərəkətə gətirdi. Amma indi Milli Şuranı dağıtmaq, adamları qorxutmaq, müxtəlif təxribatlar törətməklə nəyəsə nail olmaq çətindir. Birinci  mərhələdə Rusiya proyekti olması ortalığa atıldı. Çünki, burada Rüstəm faktoru var idi. Onun həyatının bir hissəsi Rusiya ilə bağlıdır. Rüstəm yeganə adamdır ki, 4 dəfə Rusiyanın Dövlət Mükafatını alıb. Azərbaycanın xalq yazıçısıdır, 100-dən dünya teayrlarının səhnəsində əsərləri tamaşaya qoyulub, Oskarı bir dəfə alıb, iki filmidə bu mükafata aday olub. Bu böyük göstəricidir. Gördünüz ki, MŞ ilə bağlı Rusiyaya mifi öz-özünə dağıldı. Çünki heç bir bağlılıq yox idi. Sonra anonim xarici ölkələrlə bağlamaq meyilləri ortaya çıxdı. Amma gəlin biz bunun əksini fikirləşək. Məsələn, Milli Şuranı ittiham edənlər birdən elan etdilər ki, 3-cü dəfə namizədlik məsələsi dünya dövlətləri ilə razılaşdırılıb. Bir tərəfdən sən Milli Şuranı xaricə bağlılıqda ittiham edirsən, o biri tərəfdən isə Prezident Aparatının məsul şəxsi ölkənin tamamilə içinə aid olan məsələnin xarici ölkələrlə razılaşdırılması barədə açıqlama  verir.  Burda  məntiq hardadır? Ya da bir tərəfdən Milli Şuranı ermənilərlə əməkdaşlıqda ittiham edir. Eyni gündə Rövnəq Abdullayev bəyanat verir ki, biz ermənilərə qaz verməyə hazırıq. Müxalifətin ünvanına  səsləndirirlər ki, bunlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyirlər, o biri tərəfdən Brüsseldə seçki öncəsi Avropanı qazla təmin etmək missiyasını öz üzərinə götürür. İndi elan olunan  böyük qaz proyekt bilavasitə seçkiyə hesablanıb. Azərbaycanın nə potensialı varsa, onu Qarabağın azad edilməsinə istiqamətləndirməlidir, hansısa partiyanın nümayəndəsinin hakimiyyətdə qalmasına yox. Bu qorxulu tendensiyadır. Təsəvvür edin ki, Azərbaycan ərazilərinin işğal altında olduğu bu 20 ildə xalqa təlqin edilir ki, ötən hər gün bizim xeyrimzə işləyir. Əgər bu 20 ildə 20 metr ərazi işğaldan azad olunmayıbsa, o bizim xeyrimizə işləyən, bizim xeyrimizə dəyişən nədir və bu xeyrli proses daha nə qədər davam edəcək. Bunun izahi verilməlidir. Bu gün cəalyi vətən olub Qarabağdan kənar doğulan qarabağlı uşaqların artıq 20-21 yaşı var. Ötən hər günün hansı formada bizim xeyrimzə olduğunu bu saqqalı uşaqlara izah etmək lazımdır.  


 


Günel Türksoy

Teqlər:
Bu xəbər cəmi 3355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR